Azərbaycanda multikulturaliZM


A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m



Yüklə 6,19 Mb.
Pdf görüntüsü
səhifə2/240
tarix15.03.2018
ölçüsü6,19 Mb.
#31828
1   2   3   4   5   6   7   8   9   ...   240

A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

 



 

 

 

Redaktordan 

 

Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığı-

mız sosial münasibətin mövcudluğu və davamlılığını Ģərtləndirən dinc birgəya-

ĢayıĢ ənənəsini, tolerantlıq, qarĢılıqlı hörmət və ehtirama söykənən köklü müna-

sibətləri  örnək  göstərə  bilərik.  Bunun  nəticəsidir  ki, 

 Prezident  Ġlham  Əliyev 

2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. 

Azərbaycan  Milli  Kitabxanasının  hazırladığı  “Azərbaycanda  multikultura-

lizm”  adlı  fundamental  biblioqrafik  göstərici  də  bu  əlamətdar  hadisəyə  həsr 

edilib.  Biblioqrafik  göstərici  5  hissədən  ibarətdir:  I  hissə  -  Azərbaycançılıq 

ideologiyası – milli birliyin əsası kimi; II hissə - Milli-mədəni müxtəliflik, etnik 

qruplar – dili, mədəniyyəti və incəsənəti; III hissə - Tolerantlıq – Azərbaycanda  

dini etiqad azadlığının təmin edilməsi; IV hissə - Multikulturalizm Azərbaycan-

da həyat tərzidir; V hissə - Köməkçi göstəricilər. 

Mövzuya uyğun olaraq ədəbiyyat bir neçə bölmə və ayrı-ayrı hissələr daxi-

lində yarımbölmə altında qruplaĢdırılmıĢdır. Bölmə və yarımbölmələrdə materi-

allar  xronoloji  prinsiplə,  daxildə  isə  əlifba  sırasına  uyğun  olaraq  toplanmıĢdır. 

Vəsaitdən istifadəni asanlaĢdırmaq məqsədi ilə sonda Azərbaycan, rus və ingilis 

dillərində müəlliflərin əlifba göstəricisi tərtib olunmuĢdur. Biblioqrafik göstəri-

ci kitabxanaçı-biblioqraflar və geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢdur. 

Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara 

əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və rəylərini M.F.Axundov adına 

Milli Kitabxanaya göndərmələrini xahiĢ edirik.  

 

Ünvan: AZ-1000, Bakı Ģəh., Xaqani küç. 57;  



E-mail: contact@anl.az; URL: www.anl.az 

 

 



 

 

 

 


B i b l i o q r a f i y a  

 



 

 

Multikulturalizm Azərbaycanda həyat tərzi və  

dövlət siyasətidir 

 

Azərbaycan  Prezidenti  Ġlham  Əliyevin  2016-cı  ili  ölkəmizdə  “Multikul-



turalizm  ili”  elan  etdikdən  sonra  insanlarımız  nəinki  öz  daxilinə  nəzər  saldı, 

həmçinin  öz  keçmiĢinə  bir  daha  diqqət  yetirdi,  dünyada  hökm  sürən  müxtəlif 

prosesləri  dəyərləndirdi  və  bir  daha  əmin  oldu  ki,  vaxtilə  multikulturalizm 

siyasi xəttinin sistemliliyini təmin edən Ulu Öndər Heydər Əliyev uzaqgörənli-

yi  ilə  Azərbaycanın  uğurlu  gələcəyi  üçün  çox  möhtəĢəm,  iĢıqlı  bir  siyasi  plat-

forma qurub.  

Ölkə  Prezidentinin  sərəncamı  ilə  qəbul  edilən  Tədbirlər  Planına  müvafiq 

olaraq il ərzində çox böyük iĢlər görüldü. Azərbaycan multikulturalizm modeli-

nin  öyrənilməsi  və  dünyada  təbliği  amalı  ilə  hansı  ölkədə,  hansı  məkanda  ol-

duqsa,  Azərbaycan  multikulturalizmi  barədə,  Azərbaycan  həqiqətləri  haqqında 

söhbət  açarkən  o  söhbətin,  o  ünsiyyətin  əsasının  artıq  qoyulmuĢ  olduğunu 

gördük və həyata keçirmək istədiyimiz iĢlər münbit zəmində cücərməyə baĢla-

dı.  Bu  münbit  zəmini  Azərbaycan  dövləti,  xüsusən  Azərbaycan  Prezidenti 

Ġlham  Əliyev  dünya  siyasi  proseslərindəki  misilsiz  əməli  fəaliyyəti  ilə  artıq 

yaratmıĢdı. Bu zəmini Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım 

Əliyeva  xarici  ölkələrdə  həyata  keçirdiyi,  bəĢəri  dəyərlərə  verdiyi  töhfələrlə 

yaratmıĢdı. Bu münbit zəmini qəlbində öz Prezidentinə inam və sədaqət, dinin-

dən və millətindən asılı olmayan Azərbaycan insanı yaratmıĢdı. 

Bu  gün  dünyada  multikulturalizm  siyasəti  ilə  bağlı  iki  qütbün  formalaĢ-

masını görməmək mümkün deyil. 

Birinci  qütbü  bədbin  qütb  adlandıra  bilərik.  Onu  2011-ci  ildə  Böyük 

Britaniyanın sabiq BaĢ naziri Devid Kemeron formalaĢdırdı və bütün dünyaya 

bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-

biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqi-

qətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara – 

qarĢıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı. 

Digər qütbü  isə  nikbin qütb  adlandıra bilərik və  bunun təntənəsini bu gün 

biz  Azərbaycanda  görürük.  Əlbəttə  ki,  nikbin  qütbün  beynəlxalq  aləmdə  əsl 

siyasi memarı Azərbaycan Prezidenti Ġlham Əliyevdir – bunu təkcə biz demirik, 

bunu dünyanın qabaqcıl, insanpərvər, sülhməramlı, qaralı-ağlı, müxtəlif dinə və 

məzhəbə  qulluq  edən,  müxtəlif  millətlərə  mənsub  olan,  özünü  bəĢər  övladı 

sayan  yüz  minlərlə,  milyonlarla  daxilən  azad,  ruhən  böyük,  qəlbən  geniĢ 




A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

 



insanlar  deyir.  Bunu  artıq  ənənəyə  dönmüĢ  Beynəlxalq  Humanitar  Forumun 

üzvləri  söyləyir.  Bunu  mədəniyyətlərarası  dialoqun  təntənəsi  sayılacaq  və 

memarı  Prezident  Ġlham  Əliyev  olan  Bakı  Prosesinin  iĢtirakçıları  deyir.  Bunu 

onlarla  xarici  ölkə  universitetlərində  “Azərbaycan  multikulturalizmi”  dərsinin 

gənc dinləyiciləri və müəllimləri bəyan edir.  

“Multikulturalizm ili” elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi 

və  ideoloji  hədəflər  göstərilmiĢdi.  Azərbaycan  müxtəlifliklərdən  qaynaqlanmıĢ 

möhtəĢəm  eyniliyi  ilə  bu  siyasi-ideoloji-mənəvi  hədəflərə  doğru  irəlilədi. 

Cəmiyyətin,  hökumətin  bütün  zümrələri,  qurumları,  institutları  həmahəng,  bir-

birini  tamamlayan  addımlar  atdılar.  Əslində,  bütün  Azərbaycan  bir  möhtəĢəm 

addım  atdı  və  bütün  dünya  bir  daha  inandı  ki,  xalqla  Prezidenti  təkcə  siyasi 

amillər  deyil,  yüksək  mənəvi,  insani  amillər  birləĢdirir.  “Multikulturalizm  ili” 

bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi. 

Eyni  zamanda,  “Multikulturalizm  ili”  Azərbaycan  Prezidentinin  bəĢəri 

dəyərlərə  münasibətini  bir  daha  sərgilədi,  onun  siyasi  xadim  kimi  qəlbini  bir 

daha bütün geniĢliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiy-

yatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə  göstərdi. Azərbay-

canda yaĢayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və 

ehtiramını bir daha sübut etdi. 

Prezidentin bu münasibətinin ölkə daxilindəki bütün konfessiya və millətlə-

rə  bərabər  Ģəkildə  paylanmasının  xüsusi  əhəmiyyəti  var.  Məhz  belə  bir  siyasi 

xətt ölkənin multikultural təhlükəsizliyini təmin edir və ölkədaxili əmin-amanlı-

ğın,  ölkə  xaricində  isə  özünəinamın  təməlini  möhkəmlədir.  Multikulturalizm 

siyasətinin  bariz  təzahürü  həm  də  multikultural  təhlükəsizliyin  qorunmasına 

yönəlmiĢ belə bir Prezident iradəsidir desək, heç də səhv etmərik. 

Rəqəm  və  faktların  dilinə  keçsək,  ilk  növbədə,  onu  qeyd  etmək  olar  ki, 

“Multikulturalizm  ili”  ilə  əlaqədar  2016-cı  il  martın  11-də  imzalanmıĢ  geniĢ, 

çoxĢaxəli tədbirlər planı tam olaraq həyata keçdi. Bu tədbirlər planında ölkədə 

və  xaricdə  elmi-metodoloji  konfransların,  “dəyirmi  masa”ların,  seminarların, 

festivalların,  konsertlərin,  tamaĢaların,  sərgilərin,  müsabiqələrin,  yay  və  qıĢ 

multikulturalizm  məktəblərinin  keçirilməsi,  “Azərbaycan  multikulturalizmi” 

fənninin  proqramının  yaradılması  və  dərsliyinin  hazırlanması,  müxtəlif  xarici 

və  ölkə  universitetlərində  bu  fənnin  tədrisi,  multikulturalizmin  nəzəri-praktiki 

məsələlərinə, tarixi və müasir aspektlərinə həsr olunmuĢ məqalə və monoqrafi-

yaların nəĢri, xaricdə və ölkədə Azərbaycan multikulturalizminin dayaq nöqtə-

lərinin yaranması və bir sıra baĢqa məsələlər öz əksini tapmıĢdı. 

Beləliklə,  çoxĢaxəli  multikulturalizm  hərəkatı  Azərbaycan  həqiqətlərinin 

dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləĢdirdi. 

Xüsusilə,  Ġsveçdə,  Ġngiltərədə,  Almaniyada,  Ġtaliyada,  Fransada,  Rusiyada 

Qafqaz  Müsəlmanları  Ġdarəsi  sədrinin,  rus  pravoslav  kilsəsinin  rəhbərliyinin, 

katoliklərin nümayəndələrinin, udilərin dini rəhbərlərinin, dağ və Avropa yəhu-



Yüklə 6,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə