Azərbaycanda multikulturaliZM


B i b l i o q r a f i y a



Yüklə 6,19 Mb.
Pdf görüntüsü
səhifə5/240
tarix15.03.2018
ölçüsü6,19 Mb.
#31828
1   2   3   4   5   6   7   8   9   ...   240

B i b l i o q r a f i y a  

11 


 

 

 

 

Görkəmli Ģəxsiyyətlər multikulturalizm haqqında 

 

Tolerantlıq,  dözümlülük  çox  geniĢ  anlayıĢdır.  O,  həm  insani  münasibətlə-



rin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlər-

arası,  dinlərarası  münasibətlərin  bir  çox  cəhətlərinə  aiddir...  O,  təkcə  dinlərin 

bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dö-

zümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. 

 

*** 


Ərazimizdə  yaĢayan  azərbaycanlı  da,  ləzgi  də,  avar  da,  kürd  də,  talıĢ  da, 

udin də, kumık da, baĢqası da – bütünlükdə hamısı azərbaycanlıdır. 

 

*** 


Azərbaycan  Respublikası  çoxmillətli  bir  dövlətdir.  Azərbaycanda  müsəl-

manlarla yanaĢı, baĢqa dinlərə mənsub olan vətəndaĢlar da yaĢayır. Azərbaycan 

müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində 

yaĢayan  bütün  xalqlara,  bütün  millətlərə  dinindən,  dilindən,  irqindən,  siyasi 

mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. 

Heydər Əliyev, 

Azərbaycan xalqının ümummilli lideri 

 

Multikulturalizm  Azərbaycanın  dövlət  siyasəti  və  həyat  tərzidir...  Bu  gün 

Azərbaycan artıq dünyada tanınmıĢ multikulturalizm mərkəzlərindən biridir. 

 

*** 



Azərbaycan  həm  Avropa  ġurasının,  eyni  zamanda,  Ġslam  ƏməkdaĢlıq 

TəĢkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüĢ-

dür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. 

Multikulturalizmin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islama-

fobiya və antisemitizm ola bilər. 

 

*** 



...Azərbaycan  sivilizasiyaların,  mədəniyyətlərin  və  dinlərin  kəsiĢməsində 

yerləĢir. Biz Avropa və Asiya arasında yerləĢirik. Əlbəttə ki, bu coğrafi yerləĢ-

mə  Azərbaycanın  mədəni  müxtəlifliyində  öz  rolunu  oynamıĢdır.  Əsrlər  boyu 

bütün  mədəniyyətlər,  dinlər  və  etnik  qrupların  nümayəndələri  Azərbaycanda 

sülh və ləyaqət Ģəraitində bir ailə kimi yaĢamıĢlar... 



A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

12 


 

*** 


Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaĢ-

ları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır. 

 

*** 


Azərbaycanda hökm sürən ictimai-siyasi quruluĢdan asılı olmayaraq, bütün 

dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuĢdur. Bu gün müstə-

qil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. 

 

*** 



Öz  dininə  hörmət  baĢqa  dinə  hörmətdən  baĢlayır.  Multikulturalizm  ayrı-

seçkiliyə  yol  vermir,  əksinə,  bütün  xalqları  birləĢdirir.  Eyni  zamanda,  hər  bir 

ölkənin öz qaydaları, öz ənənələri vardır. 

Ġlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Azərbaycanın  bütün  vətəndaĢları  dilindən,  dinindən,  etnik  mənsubiyyətin-

dən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici 

faktdır  ki,  Azərbaycan  dünya  ölkələri  üçün  tolerantlıq  örnəyi  hesab  olunur  və 

bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalıĢırlar. 

 

*** 



Bakı  unikal  Ģəhərdir.  Artıq  uzun  müddətdir  ki,  burada  müsəlman  məscidi 

və  atəĢpərəst  məbədi,  katolik  kilsəsi  və  sinaqoq,  pravoslav  məbədi  və  kirxa 

yanaĢı  mövcuddur.  Onların  coğrafi  yaxınlığı  faktı  belə,  yüksək  tolerantlıq 

Ģəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiĢ etdirir və hər bir dinin əsas 

dəyərlərinin ümumbəĢəri dəyərlərlə üst-üstə düĢdüyünü təsdiq edir. 

 

*** 



Öz  mədəniyyətinə,  öz  tarixinə,  öz  ənənələrinə,  öz  əməllərinə  hörmətlə 

yanaĢan  xalq,  gərək  eyni  Ģəkildə  fərqli  mədəniyyətlərə  də,  fərqli  tarixə  də 

hörmətlə yanaĢsın. 

Mehriban Əliyeva, 

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili,  

UNESCO və İSESKO-nun xoşməramlı səfiri 

 

Azərbaycanda – bu qədim torpaqda həmiĢə müxtəlif millətlərə, mədəniyyət 



və ənənələrə məxsus insanlar yaĢamıĢlar. Onların hər biri öz töhfəsini vermiĢ və 

tarixdə  öz  izini  qoymuĢdur. Bu  gün  ölkəmizdə  xristianlar,  müsəlmanlar  və 

yəhudilər  sülh  və  əmin-amanlıq  Ģəraitində  yaĢayırlar. Tolerantlıq  anlayıĢı 

xalqımız üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz 




B i b l i o q r a f i y a  

13 


 

heç vaxt baĢqa cür yaĢamamıĢıq. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənə-

nələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azər-

baycan  xalqının  ən  böyük  sərvətidir. Azərbaycan  beynəlxalq  dialoqu,  mədəni 

dialoqu dəstəkləyir. 

Leyla Əliyeva,  

Heydər Əliyev Fondunun vitse-prezidenti  

 

Polietnik cəmiyyətdə vətəndaĢ millətçiliyi daxili birliyə malik olmuĢ Azər-

baycan  cəmiyyətinin  ətraf  mühiti  qavraması  üsuludur.  Mədəni  və  etnik  birliyə 

nail olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə və normal inkiĢaf 

edə bilməz... 

Ramiz Mehdiyev,  

Azərbaycan Respublikası Prezidentinin  

Administrasiyasının rəhbəri, akademik 

 

Bu  gün  Azərbaycan  multikulturalizm  siyasəti  və  bu  sahədəki  uğurları  ilə 



dünyanın  bir  çox  ölkələrinə,  o  cümlədən  tarixən  zəngin  təcrübəsi  ilə  tanınan 

Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikultura-

lizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan 

multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi. 

 

*** 


…Azərbaycan  tarixini,  ədəbiyyatını,  mədəniyyətini,  azərbaycançılıq  məf-

kurəsini,  tolerantlığı  bir  yerə  toplayıb  sistemləĢdirmək  və  dünyaya  nümayiĢ 

etdirmək ən mühüm vəzifəmizdir... 

Kamal Abdullayev,  

Azərbaycan Respublikasının millətlərarası,  

Multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik  

 

Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı 

münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlər-

də bərqərar olunmasına xidmət edir. Müxtəlif mədəniyyətlərə və milli-dini az-

lıqlara  hörmət  Azərbaycan  xalqının  milli  xüsusiyyətidir. Artıq  dünyada  multi-

kulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir. 



Əbülfəs Qarayev,  

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri  

 

Fəxrlə  qeyd  edə  bilərəm  ki,  Azərbaycan  bu  gün  güclü  dövlət  quruculuğu 



istiqamətində möhkəm təməllər üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə 

də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır.  



Mübariz Qurbanlı,  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 


Yüklə 6,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə