Azərbaycanda multikulturaliZM


B i b l i o q r a f i y a



Yüklə 6,19 Mb.
Pdf görüntüsü
səhifə4/240
tarix15.03.2018
ölçüsü6,19 Mb.
#31828
1   2   3   4   5   6   7   8   9   ...   240

B i b l i o q r a f i y a  

 



mızın müxtəlif əsərlərində, dastan və nağıllarımızda baĢqa dinin, baĢqa millətin 

nümayəndə və rəhbərlərinə hörmət dolu münasibət, sevgi və ehtiram sərgiləndi-

yi bu kitab artıq rus və ingilis dillərində də nəĢr edilib. 

2016-cı  ildə  “Multikulturalizm”  adlı  rüblük  jurnalın  nəĢrinə  də  baĢlanıldı. 

Jurnal  Azərbaycan  multikultural  dəyərlərinin  dünyada,  dünya  təcrübəsinin  isə 

Azərbaycanda yayılmasını nəzərdə tutur. Bu jurnal vasitəsilə Azərbaycan multi-

kultural  əhvalının  energiyasının  dünyaya  yayılması  prosesi  gələn  illərdə  də 

davam edəcək. 

“Multikulturalizm ili”ndə Azərbaycan Milli Kitabxanasının həyata keçirdi-

yi  layihələr  də  çoxĢaxəli  və  Azərbaycan  multikulturalizm  modelinin  sistemli 

öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olmuĢdur. Milli Kitabxana ölkə-

mizin müxtəlif regionlarında fəaliyyət  göstərən mədəniyyət ocaqlarında, kitab-

xanalarda  “Multikulturalizm  ili”nə  həsr  olunmuĢ  tədbirlər  keçirmiĢdir.  Multi-

kulturalizmə dair ədəbiyyatın toplandığı geniĢ kitab sərgisinin və “Multikultura-

lizm  Azərbaycanın  həyat  tərzidir”  mövzusunda  daimi  fəaliyyət  göstərən  guĢə-

nin yaradılması bu baxımdan təqdirəlayiqdir.  

Tədbirlər  Planının  icrası  ilə  əlaqədar  Milli  Kitabxana  Mədəniyyət  və 

Turizm  Nazirliyi,  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzi  ilə  birgə  “Azər-

baycan  multikulturalizminin  ədəbi-bədii qaynaqları” kitabının və “Multikultu-

ralizm”  jurnalının  Bakıda,  Ağcabədidə,  Lənkəranda,  Qubada,  Gəncədə  və  res-

publikamızın  digər  regionlarında  ictimaiyyət  nümayəndələrinin  iĢtirakı  ilə 

təqdimat mərasimlərini keçirmiĢdir. 

“Multikulturalizm ili” ilə əlaqədar Milli Kitabxananın həyata keçirdiyi layi-

hənin  son  mərhələsində  Azərbaycan  Milli  Kitabxanasının  tərtib  etdiyi  “Azər-

baycanda  multikulturalizm”  adlı  oxucuya  təqdim  edilən  bu  biblioqrafiyanı  xü-

susi qeyd etmək lazımdır. Ġl ərzində ölkə ərazisində müvafiq mövzuya dair çap 

olunan bütün  ədəbiyyatı və il boyu keçirilən tədbirlər haqqında dövri  mətbuat 

səhifələrində  və  məcmuələrdə  dərc  olunan  bütün  materialları  əhatə  etməklə 

mövzuya  dair  6  minə  yaxın  mənbəni  özündə  ehtiva  edən  bu  fundamental 

biblioqrafiya  kitabxana  əməkdaĢlarının  gərgin  əməyinin  nəticəsidir.  Vəsaitdə 

milli birliyimizin əsasını təĢkil edən, Ulu Öndər Heydər Əliyevin banisi olduğu 

azərbaycançılıq  ideologiyasından  baĢlayaraq,  ölkəmizdəki  etnik  qrupların 

tarixinə,  mədəniyyətinə,  incəsənətinə,  həmçinin  nəzəri  və  praktik  baxımdan 

tolerantlığa və multikulturalizmə aid külli miqdarda ədəbiyyat öz əksini tapmıĢ-

dır. Əslində bu böyük bir mənəvi dövrün salnaməsidir desək, səhv etmərik. 

Əminəm  ki,  bütün  bunlar hələ son deyil, multikulturalizm  mövzusu təkcə 

təqvim  ili  ilə  bitmir,  bu  kampaniya  xarakteri  daĢıyan  mövzu  deyildir  və  mən 

inanıram  ki,  illər  keçəcək,  cəmiyyətimiz  zaman-zaman  multikulturalizm 

mövzusuna  qayıdılacaqdır  və  bu  zaman  Milli  Kitabxananın  hazırladığı  bu 

fundamental  biblioqrafiya  elmi  iĢçilərə,  mütəxəssislərə,  istənilən  oxucuya  bu 

mövzuları öyrənməkdə yaxından kömək edəcəkdir.  



A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

10 


 

Ümumiyyətlə,  “Multikulturalizm  ili”  çərçivəsində  ölkəmizdə  və  xaricdə 

görülən  iĢlər  onu  göstərdi  ki,  böyük  siyasi  müdrikliklə  mənəvi  dəyərlərimizin 

yaĢamasına,  xalqın,  millətin,  dövlətin  adının  uca  tutulmasına  Ģərait  yaradan 

Azərbaycan Prezidenti intəhasız uzaqları gördü. Nəticədə, xalqımıza, ölkəmizə 

siyasi,  mənəvi  faydalar  gətirən  mətləblərin  üzə  çıxmasına  real  Ģərait  yaratdı. 

Biz, heç Ģübhə etmirik ki, bu gün də yeni hədəflərin, yeni idealların astanasın-

dayıq. 2016-cı il artıq geridə qaldı, “Multikulturalizm ili” təqvim ili olaraq sona 

çatdı. Amma biz inanırıq ki, təqvim illəri xalqın canında, ruhunda yaĢayan zən-

gin potensialın ifadəsi üçün maneə ola bilməz. Multikultural əhval – baĢqasına 

Ģəfqət,  mərhəmət,  ehtiram,  özünü  özgədən  ayırmamaq  dünya  xalqlarının  ulu 

mənəvi  dəyərlər  xəzinəsinə  bizim  verə  biləcəyimiz,  əcdadlarımızın  qanı  ilə 

qanımıza keçən mənəvi saflıq, ləyaqət, Ģərəf hissləridir. Azərbaycan xalqı onları 

xüsusi bir coĢqunluqla yenə də qoruyub yaĢadacaq. 

Bu gün bütün dünya görür ki, Azərbaycan necə dəyiĢir. Bu gün təkcə Bakı, 

onun mənzərəsi deyil, ölkəmizin bütün Ģəhərləri, kəndləri, küçələri, meydanları, 

tikililəri,  yolları  dəyiĢir.  Amma  dəyiĢən  təkcə  bunlar  deyil,  bununla  yanaĢı, 

Azərbaycan  insanı  dəyiĢir,  mənən,  daxilən,  ruhən  dəyiĢir.  Bu  insan  ictimai 

mənafeyi  hər  Ģeydən  uca  tutmağa  baĢlayır.  Bu  insan  bayrağına,  dövlətinə, 

himninə, Prezidentinə məhəbbətini, böyük və zəngin keçmiĢinə sədaqətini artıq 

böyük bir Ģərəf və ləyaqətlə özündə yaĢadır. Bu insan həm öz xalqını, həm də 

dünya  xalqlarını  sonsuz  bir  məhəbbətlə  sevir.  Həm  milli,  həm  də  bəĢəri 

dəyərlərin keĢiyində durur. Bunu görməmək, görməzliyə vurmaq artıq mümkün 

deyil.  2016-cı  ilin  Azərbaycanda  baĢ  vermiĢ  multikultural  təntənəsi  bunu  bir 

daha sübut etdi. 

 

Kamal Abdulla



Azərbaycan Respublikasının Millətlərarası,  

Multikulturalizm və Dini məsələlər üzrə  

Dövlət müşaviri, akademik 

  

 

 

 

 


Yüklə 6,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə