Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Dekorativ rəngləmə üsulları və mərhələlərini sadalayır”



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   15   16   17   18   19   20   21   22   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

“Dekorativ rəngləmə üsulları və mərhələlərini sadalayır” 

Dekorativ rəngləmə materialları hansılardır? 

Xameleon boya ilə metallik boyanın fərqi nədir? 

Dekorativ boyanın hansı üstün xüsusiyyətləri mövcuddur? 

Dekorativ boya ilə avtomobili rənglədikdən sonra lakın çəkilməsi mütləqdirmi? 


21 
3.3.1. Müəyyən edilmiş trafaretlərdən istifadə edərək səthi rəngləyir 

Lazım olan trafaretlərin seçilməsi 
Avtomobillərin rənglənməsində istifadə olunan trafaretlər müxtəlif məqsədlər 
üçün tətbiq olunur: 
-
Dövlət qeydiyyat nişanlarının yazılması üçün 
-
Avtomobilin ön və arxa şüşələrinə müxtəlif imzalar çəkmək üçün 
-
Avtomobilin qapıları və qanadlarında müxtəlif dekorativ şəkillər çəkmək üçün 
-
Avtomobillərin kuzalarında müxtəlif reklam xarakterli yazıların yazılması üçün 
-
Aeroqrafik şəkillər və imzalar üçün 
Trafaretlərin bir neçə növü var: 
1.
Lekalo - plastik materialdan hazırlanır, lazımi şəkilləri çəkmək üçündür və dəfələrlə təkrar istifadə 
etmək olar. 
2.
Dayaq növlü trafaret - kağız materiallardan hazırlanır, avtomobil üzərinə şəkil köçürtmək üçündür, 
ancaq bu işi yerinə yetirərkən ölçülərin nisbiliyini gözləmək lazımdır. 
3.
Lokol trafaret - kağız və ya polietilen materiallardan hazırlanır, əsasən şəkillərin detallarını çəkmək 
və effektli rəng çalarlarını əldə etmək üçündür. 
Trafaretləri hazır vəziyyətdə ala və ya özümüz düzəldə bilərik. 
 

 
 
Şəkil 3.2. Trafaret işləmələri 

Müəyyən edilmiş trafaretlərdən istifadə edərək səthin rənglənməsinin üsulları 
Aeroqrat sənəti yaradıcılıq qabiliyyəti olan insanlar üçün hər cəhətdən yaxşı sənətdir. Bir çox 
rəssamlar aeroqraf və trafaretlərin köməyi ilə avtomobilin üzərində müxtəlif sənət əsərləri yaradır. Bu 
işin üstünlüyü qısa vaxt ərzində çox səliqəli və dəqiq nəticə əldə etməkdir. 
Şəkil 3.3. Aeroqrafik rəngləmədən görüntülər 


22 
3.3.2. Tələbələr üçün fəaliyyətlər 

3 qrupa bölünərək hər qrup bir trafaret hazırlasın. Nömrə trafareti, imza trafareti və 
rəsm trafareti.

2 lövhənin üzərində trafaretlərdən istifadə edərək müxtəlif rəsmləri hazırlayın. 

Aeroqraf sənəti barədə təqdimat hazırlayın. 
3.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə