Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Rəngləyici – qurutma kamerasının növləri və təsnifatı



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   15   16   17   18   19   20   21   22   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

Rəngləyici – qurutma kamerasının növləri və təsnifatı 
Rəngləyici – qurutma kamerasının iş prinsipinə görə iki növü var: 
-
Yüksək hava təzyiqi yarada bilən. Bu növ kameradan az istifadə olunur. İş prinsipi kameranın 
içərisində yüksək hava təzyiqi yaratmaqla aparılır və kənardan toz dənəcikləri içəriyə daxil ola bilmir. 
Bu sistemli kameraların mənfi cəhəti ondan ibarətdir ki, rəngləmə zamanı yaranan boya tozlanması 
və buxarı çölə atılmadığından içəridə işləmək çətin olur. 


25 
-
İstiqamətləndirilmiş hava axını ilə işləyən rəngləyici – qurutma kameraları daha geniş yayılmışdır. Bu 
tipli kameralarda hava axınının giriş hissəsində müvafiq hava süzgəcləri quraşdırıldığından rəngləmə 
işinin aparılması təhlükəsiz və asandır.
Şəkil 4.2. Rəngləyici – qurutma kamerasının daxili görünüşü 
Şəkil 4.3. Rəngləyici – qurutma kamerasının xarici görünüşü və qabarit ölçüləri 
4.1.2. Tələbələr üçün fəaliyyətlər

Rəngləyici – qurutma kameralarının növlərinə dair fotoşəkillər hazırlayın. 

“EVRO STAİL LTD” avtomobillərinin təmiri şirkətinə gedib rəngləyici–qurutma
kameralarının iş prinsipinə dair video görüntü hazırlayın. 

Bu fəaliyyət zamanı hazırlanmış materialları məktəbin elektron saytında yerləşdirin. 


26 
4.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 
“Rəngləyici-qurutma kamerasının növlərini və xüsusiyyətlərini təsvir edir”

Rəngləyici – qurutma kameralarının növləri hansılardır? 

Rəngləyici – qurutma kamerası hansı sistemlərdən ibarətdir? 

Rəngləyici – qurutma kamerasının hava süzgəcləri nə üçündür və dəyişdirilməsi necə 
aparılır? 

Avtomobilin rənglənməsinə hazırlıq işlərinin kamerada aparılmasına nə üçün icazə 
verilmir? 
4.2.1.
 
Sifarişçinin tələbinə uyğun mövcud standartlara əsaslanaraq qurutma alətlərindən 
istifadə edir 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə