Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Dekorativ rəngləmə materiallarını sadalayır”



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

“Dekorativ rəngləmə materiallarını sadalayır” 

Dekorativ rəngləmə materialları digərlərindən nə ilə fərqlənir? 

Dekorativ rəngləmə materiallarının içərisinə qatılan qatqılar hansı metal növlərini 
xatırladır? 

Hansı rəngdə olan avtomobillər daha cəlbedicidir? 

Dekorativ rəngləri bütün avtomobil modellərinə tətbiq etmək olarmı? 
3.2.1. Dekorativ rəngləmə üsulları və mərhələlərini sadalayır 

Dekorativ rəngləmə prosesinin mahiyyəti və bunun tətbiq sahəsi 
Müasir dekorativ rəngləmə materialları öz strukturuna, rənginə, 
xüsusiyyətinə və üzləmə üsullarına görə böyük imkanlar verir. Bu üsulla rənglənən 
avtomobillər xüsusi effektə malikdir. Dekorativ rəngləmə texnologiyası avtomobil 
boyasının növündən asılıdır. 
Ən geniş yayılmış dekorativ boya metallik boyadır. Metallik boyanın 
tərkibindəki alüminium hissəcikləri ona işıqqaytarma effekti verir. Son zamanlarda geniş yayılmaqda 
olan dekorativ rəngləmə materialı kimi termoboyadan istifadə olunur. Bu boya havanın 
temperaturundan asılı olaraq öz rəngini dəyişmə imkanına malikdir. Bu rəngləmə üsulu çox sadədir və 
adi fırça, boya mütəkkəsi və boya tapançası ilə çəkilir. 

Dekorativ rəngləmə prosesinin üsul və mərhələləri 
Termoboya ultrabənövşəyi şüalara çox həssasdır. Buna görə də boyanın üstündən lak (akril olsa 
daha yaxşıdır) çəkilməsi lazımdır. Eləcə də, avtomobili uzun müddət günəş altında saxlamaq olmaz. Bu 
üsul rəngləmənin əsas çatışmazlığı ondadır ki, boya qatının zədələnməsi və ya qopması bərpa və təmir 
edilmir. Buna görə də bütün avtomobilin yenidən rənglənməsinə ehtiyac yaranır. 
Digər dekorativ rənglənmə xüsusiyyətinə “xameleon” boya malikdir. Bu rəngləmə üsulu baxma 
bucağından və işıqlandırmadan asılı olaraq öz rənginə malikdir (dəyişmə imkanı). Onun tərkibinə işıq 
şüalarını əyən süni piqment daxildir. Dekorativ rəngləmənin kreativ üsullarından biri də kamuflyaj 
rəngləmədir. Bu üsul çox sadədir, əl ilə və ya trafaretin köməyi ilə yerinə yetirilir. 
3.2.2. Tələbələr üçün fəaliyyətlər 

Təmir müəssisələrinə gedib dekorativ rəngləmə üsullarının video görüntülərini 
hazırlayın. 

3 ədəd ayrı-ayrılıqda lövhə hazırlayıb metallik, xameleon və adi boya ilə rənglənmiş 
hissələr hazırlayın. 

Avtomobili günəş altında saxlayıb günəşin səthə düşmə bucağından asılı olaraq 
dekorativ boyanın görüntülərinin fotoşəkillərini hazırlayın. 
3.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə