Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Rəngi vurduqdan sonra mumlu bez ilə səth üzərində qalan tozları təmizləyir”



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

“Rəngi vurduqdan sonra mumlu bez ilə səth üzərində qalan tozları təmizləyir” 

Tozdan təmizləmə işi rəngləmə prosesində neçə dəfə aparılır? 

Tozdan təmizləmə işi zamanı hansı vasitələrdən istifadə olunur? 

Rəngləmə otağında düzəldilən su hovuzu nə üçündür? 

Tozdan təmizləmə işi düzgün yerinə yetirilmədikdə hansı fəsadlar baş verə bilər? 
2.4.1. Quruduqdan sonra boyanmış səthi texnologiyaya əsaslanaraq laklayır 

Avtomobilin laklanması 
Avtomobilin laklanması ümumi rəngləmə prosesinin son mərhələsi hesab 
olunur. Bu mərhələdə görülən işin nəticəsinin keyfiyyətli olması üçün lak 
materialının düzgün seçilməsi işi xüsusi diqqət tələb edir. Avtomobilin laklama 
prosesinin mahiyyəti, əsasən, səthə vurulmuş boyanın ətraf mühitin təsirlərinə 
qarşı dözümlü olmasını təmin etmək və estetik gözəlləşdirərək parlaq görüntü 
yaratmaqdan ibarətdir. Lak qatının avtomobilə vurulması, eyni zamanda səthi kimyəvi və fiziki 
xətalardan qorumaq, avtomobilin üzərində bir neçə dəfə cilalama işini təmin etmək məqsədi daşıyır. 
Laklama işinin keyfiyyətli olması üçün lak materialını düzgün seçmək lazımdır. Bu işin yerinə yetirilməsi 
üçün iki lak növü mövcuddur: 
-
Sadə yumşaq, 
-
Bərkidici qatqı qatılması tələb olunan. 
Sadə yumşaq lakın səthə vurulması işi çətin olduğundan yüksək iş təcrübəsi tələb olunur ki, səth 
üzərində axıntılar yaranmasın. Bu növ lak həm də gec quruyur, ancaq cilalama işi çox asandır. Digər lak 
növünün əlavə bərkidici qatqı qatılaraq hazırlanması tələb olunur. Belə laklama quruma işini tezləşdirir 
və avtomobilin istismar müddətini artırır. Hər iki lak növü avtomobilə 1-2 qat vurulur.
Şəkil 2.5. Laklanmış avtomobildən görüntülər 


18 
 
2.4.2. Tələbələr üçün fəaliyyətlər 

Əlavə mənbələrdən lak prosesinin mahiyyətini araşdırıb təqdim edin. 

Təmir müəssisələrinə gedib iki kiçik lövhəni başqa-başqa lak növləri ilə laklayıb 
müqayisəli şəkildə təqdim edin. 

Müəssisədə aparılan laklama işinə aid video görüntü hazırlayın və sinifdə müzakirə 
aparın.
2.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə