8
İşdən sonra əməliyyatlar zamanı istifadə edilən alətlərin təmizlənməsi vacibdirmi?
1.3.1. Çilingərin iş və nəzarət-ölçü alətlərinin saxlanması və onlara qulluq edir
Çilingər alətlərinin saxlanması və onlara qulluq
İşə başlamazdan əvvəl çilingər yerinə yetiriləcək işlərə (əməliyyatlara) dair
lazım
olan bütün alətləri, tərtibatları hazırlamalı, onları çilingər stolunun üzərinə
lazımı qaydada yerləşdirməlidir.
İşlərin keyfiyyətlə yerinə yetirilməsində çilingər alətlərinin və tərtibatlarının
saz vəziyyətdə saxlanması və onlardan düzgün istifadə edilməsi mühüm rol oynayır.
Alət və tərtibatların
həmişə saz vəziyyətdə olması işlər sona çatdıqdan sonra həmin alət
və tərtibatlara necə qulluq
edilməsindən çox asılıdır. Bu səbəbdən əəəməliyyatlar sona çatdıqdan sonra işlərin yerinə
yetirilməsində istifadə edilən çilingərlik alət və tərtibatları çirkdən, yağdan təmizlənməli, kəsici və deşici
alətlət müvafiq qaydada itilənməli və ya yeyələnməlidirlər. Elə çilingərlik alətləri vardır ki, onların səthi
nisbətən yağlı vəziyyətdə saxlanmalıdır, bu halda onları
quru deyil, yağlı əski ilə silmək lazımdır.
Şəkil 1.3 Saxlanmasına daha çox diqqət yetirilməli olan çilingərlik alətlərindən bəziləri
Nəzarət-ölçü cihazları da işlər bitdikdən sonra təmizlənməli və onlar üçün nəzərdə tutulmuş
futlyarlarda saxlanmalıdırlar.
1.3.2. Tələbələr üçün fəaliyyətlər
Çilingərlik alətlərinin saxlanma qaydalarına dair başqa mənbələrdən axtarışlar aparın və
əldə etdiklərinizin müqayisə edin və təqdimatını hazırlayın
Çilingərlik alətlərindən hər hansı birinə (seçim sizindir) necə qulluq edilməsini başqa
mənbələrdən istifadə etməklə araşdırın və təqdimatını hazırlayın
Çilingərlik alət və tərtibatlarının çilingər stolu üzərində
və çilingərin iş yerində
yerləşdirilməsinin qaydalarına dair başqa mənbələrdən istifadə edərək şəkil təsvirləri
arayın və onları müqayisə edin və təqdimatını hazırlayın
9
Şəkil 1.4 Alətlərdən düzgün və təhlükəsiz istifadə qaydaları
1.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: