Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə31/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
66 
 
İş üzrə qısa arayış: Sabunçu Rayon Məhkəməsinin (hakim İlqar Abbasov) 21 aprel 
2016-cı il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 
 
90.
 
Əlizöhrab Əmirhüseyn oğlu 
RÜSTƏMOV
 
 
Saxlanma tarixi: dekabr 2015-ci il 
 
İttiham:  CM-in  228.1-ci  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş surastı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) maddəsi 
 
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Sabunçu  Rayon  Məhkəməsinin  (hakim  Süleyman  Ağayev)  10 
may 2016-cı il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
_____________________________________________________________________ 
 
91.
 
Atabala Şahbaz oğlu 
ŞAHBAZOV
 
 
Saxlanma tarixi: 01 dekabr 2015-ci il 
 
İttiham:  CM-nin  228.1-ci  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş surastı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) maddəsi 
 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Sabunçu  Rayon  Məhkəməsinin  (hakim  Süleyman  Ağayev)  25 
aprel 2016-cı il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  
_____________________________________________________________________ 
 
92.
 
Fail Atabala oğlu 
ŞAHBAZOV
 
 
Saxlanma tarixi: 24 noyabr 2016-cı il  
 
İttiham:  CM-nin  228.1-ci  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş surastı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) maddəsi 
 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Atası  və  qardaşı  Nardaran  hadisələrinə  görə  həbs  edilən 
F.Şahbazov  hadisə  ilə  əlaqədar  həbs  edilmiş  şəxslərin  məhkəmə  proseslərinin  fəal 
iştirakçılarından olub. Proseslər davam etdiyi dövrdə onu ilkin olaraq inzibati qaydada 
30  sutka  həbs  etsələr  də,  sonradan  ona  qarşı  qanunsuz  silah  saxlama  ittihamı  irəli 
sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.  
 
Sabunçu  Rayon  Məhkəməsinin  (hakim  İlqar  Abbasov)  23  may  2017-ci  il  tarixli 
hokmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.  
_____________________________________________________________________ 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
67 
 
 
93.
 
Cavanşir Məlik oğlu 
TAĞIYEV
 
 
Saxlanma tarixi: 04 dekabr 2015-ci il 
 
İttiham:  CM-in  228.1-ci  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş surastı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) maddəsi 
 
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş üzrə qısa arayış: Sabunçu Rayon Məhkəməsinin (hakim Mehriban Qarayeva) 19 
aprel 2016-cı il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  
_____________________________________________________________________ 
 
94.
 
Zahid Faiq oğlu 
ZƏKİYEV
 
 
Saxlanma tarixi: 01 dekabr 2015-ci il 
 
İttiham: CM-in 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş 
surastı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı  istisna  olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və  ya gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silah, o cümlədən 
soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri 
 
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Sabunçu  Rayon  Məhkəməsinin  (hakim  Ziya  Şirinov)  03  may 
2016-cı il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. 
 
 
(2) 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə tutulanlar 
 
2010-cu  ilin  payızında  Təhsil  Nazirliyinin  hicablı  məktəblilərin  dərslərə 
buraxılmasına  qoyduğu  qadağa  dindar  kəsimin  etirazına  səbəb  olub,  buna  qarşı 
müxtəlif  kampaniyaların  və  etiraz  aksiyalarının  keçirilməsinə  gətirib  çıxarıb. 
Qadağanın tətbiqinə qarşı 2010-cu ilin dekabrında keçirilmiş kiçik etiraz aksiyasından 
sonra  ilk  kütləvi  etiraz  aksiyası  6  may  2011-ci  ildə  qadağanı  qoyan  Təhsil 
Nazirliyinin qarşısında təşkil edilib. Dinc xarakterli həmin aksiya polislərin və hüquq-
mühafizə  orqanlarının  mülki  geyimli  əməkdaşlarının  müdaxiləsi  ilə  dağıdılıb, 
nəticədə, çox sayda aksiya iştirakçısı saxlanılıb və onlardan 12 nəfər qanunsuz olaraq 
sübut edilməyən xuliqanlıq və ictimai qaydanın pozulması ittihamları ilə 1 il 6 aydan 
3 ilə  qədər müddətə  azadlıqdan məhrum  edilib. Bu  aksiyaya  görə  saxlanılanların bir 
qismi  cəzalarını  başa  vurduğundan,  kiçik  bir  qismi  də  vaxtından  əvvəl  azadlığa 
buraxıldığından siyahıda adları  yer almayıblar. Bununla belə, həmin şəxsləri keçmiş 
siyasi  məhbus  sayırıq  və  maraqlanan  şəxslərə  əlavə  zəruri  məlumatları  verməyə 
hazırıq. 
 
 
İkinci kütləvi etiraz aksiyası  5 oktyabr 2012-ci ildə (Azərbaycanda Müəllimlər Günü 
kimi  qeyd  olunur  və  bu  tarix  mövcud  problemə  diqqəti  daha  da  artırmaq  üçün 
simvolik  olaraq  seçilib)  yenə  də  Təhsil  Nazirliyinin  qarşısında  təşkil  edilib.  Dinc 
aksiyanı  polisin  güc  işlədərək  dağıtması  ciddi  qarşıdurmaya  səbəb  olub,  nəticədə  6 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə