Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə40/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
84 
 
Saxlanma tarixi: 22 fevral 2017-cı il   
 
İttiham:  CM-in  168-1.3.1-ci  (islam  dininə  aid  ayin  və  mərasimlərin  xaricdə  dini 
təhsil  almış  Azərbaycan  Respublikasının  vətəndaşı  tərəfindən  aparılması,  təkrar 
törədildikdə) maddəsi 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
 
İş üzrə qısa arayış: Sərdar Babayev (Hacı Sərdar) Azərbaycanın və qonşu ölkələrin 
dini  cameəsində  tanınmış  və  hörmət  edilən  dindarlardan  biridir.  Masallı  rayonunda 
yaşayan  Babayev  2010-cu  ildən  məktəblərdə  hicaba  qoyulan  qadağaya  etiraz  edən 
şəxslərdən  biri  olub,  o  cümlədən  də  bu  qadağaya  etirazlarda  iştirak  edən,  sonradan 
hakimiyyəti  sərt  tənqid  edən  dindarların  həbsi  zamanı  bu  addımlarına  görə 
hakimiyyəti tənqid edib.  
 
Bununla belə əsas işi ruhani olaraq yaşadığı regionda dini ayinləri aparmaqdan ibarət 
olub.  Onun  həbsi  üçün  də  məhz  bu  amildən  istifadə  edilib.  Belə  ki,  Babayevin 
təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməsi  barədə  Masallı  rayon  Polis  Şöbəsinin 
müstəniqi Sahil Alıyevin 22 fevral 2012-ci il tarixli qərarında da bu fakt qeyd edilir: 
04.11.2016-cı  ildə  Masallı  şəhər  Cümə  məscidinin  həyətində  heç  bir  rəsmi  razılıq 
olmadan xütbə oxumuş və cümə namazına rəhbərlik edib. Qərarda Babayevin İranda 
1991-ci ildə dini təhsil alması da qeyd edilib.  
 
Lakin  müstəntiq  Babayevin  Azərbaycanda  da  dini  təhsil  aldığını,  ona  qarşı  irəli 
sürülmüş maddənin cinayət qanunvericiliyinə 2016-cı ilin mayında əlavə edildiyini və 
buna görə bu maddənin 2016-cı ilin mayından əvvəl xaricdə dini təhsil almış şəxslərə 
şamil  edilib-edilməməsini  araşdırmayıb.  Babayevin  ittiham  edildiyi  maddə  az  ağır 
cinayətlər  kateqoriyasına  aid  edilsə  də,  onun  dərhal  həbs  edilməsi  üçün  məhkəməyə 
təqdimat  verilib  və  Masallı  Rayon  Məhkəməsi  də  həmin  gün  araşdırma  aparmadan 
Babayevi  həbs  edib.  Şirvan  Apellyasiya  Məhkəməsi  də  sonradan  bu  qərarı  qüvvədə 
saxlayıb.  
 
S.Babayev Masallı Rayon Məhkəməsinin (hakim Anar Alməmmədov) 03 iyul 2017-
ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.  
 
    
120.
 
Elnur Şakir oğlu 
CAVADOV
 
 
Saxlanma tarixi: 18 mart 2016-cı il   
 
İttiham:  CM-in  228.1-ci  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) maddəsi 
 
Saxlandığı yer: Gəncə İstintaq Təcridxanası 
 
İş  üzrə  qısa  arayış:  Elnur  Cavadov  inanclı  şəxsdir,  10  iyun  2015-ci  ildə 
Azərbaycandan gedərək ailəsi ilə birlikdə İstanbul şəhərində məskunlaşır, 2016-cı ilin 
mart ayında isə yaşadığı Gəncə şəhərinə geri dönüb. Gəncəyə qayıtdıqdan 4 gün sonra 
–  14  mart  2016-cı  il  tarixində  E.Cavadov  polisə  müqavimət  ittihamı  ilə    30  sutka 
inzibati həbs cəzası alıb. Bu müddətin bitməsinə 3 gün qalmış Gəncə Nizami Rayon 
Məhkəməsinin  qərarına  əsasən  yerli  polis  əməkdaşlarının  və  Dini  Məsələlər  üzrə 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
85 
 
Dövlət Komitəsinin regional nümayəndəsinin iştirakı ilə E.Cavadovun evində axtarış 
aparılıb və evdən bir ədəd avtomat silah tapıldığı üçün faktiki olaraq 1 aya yaxın evdə 
olmayan  şəxs  barəsində  cinayət  işi  açılıb  və  onun  barəsində  həbs  qətimkan  tədbiri 
seçilib.  
 
E.Cavadov Gəncə Nizami Rayon Məhkəməsinin (hakim Əli Tağıyev) 29 iyul 2016-
cı il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  
 
Bununla  belə,  E.Cavadovun  təqsiri  məhkəmə  prosesləri  zamanı  sübuta  yetirilməyib. 
Belə  ki,  axtarış  zamanı  hansı  səbəbdən  Dini  Məsələlər  üzrə  Dövlət  Komitəsinin 
nümayəndəsinin  hansı  səbəbdən  və  hansı  prosessual  statusla  axtarışda  iştirak  etməsi 
ilə  bağlı  sual  açıq  qalıb  və  araşdırılmayıb.  Bu  iş  üçün  böyük  əhəmiyyət  kəsb  edən 
E.Cavadovun  əl  izlərinin  silahın  üzərində  olub-olmamasını  müəyyənləşdirə  biləcək 
ekspertiza  keçirilməyib.  Axtarış  zamanı  evdə  olmuş  E.Cavadovun  həyat  yoldaşı  və 
atasının  silahın  qara  geyimli  şəxs  tərəfindən  evə  qoyulması  ilə  bağlı  ifadələri 
ümumiyyətlə  məhkəmə  hökmündə  qeyd  edilməyib  və  nəticədə  bu  ifadələrə  qiymət 
verilməyib.   
 
E.Cavadov  və  ailə  üzvləri  onun  həbsinin  əsl  səbəbinin  Facebook  sosial  şəbəkəsində 
dindarlara  qarşı  təzyiqləri  tənqid  etməsi,  hakimiyyət  nümayəndələrini  tənqid  edən 
karikatura yayıması olduğunu bildiriblər.    
 
 
 
121.
 
Abgül Neymət oğlu 
SÜLEYMANOV
 
 
Saxlanma tarixi: 12 avqust 2011-ci il                            
 
 
İttiham: CM-in 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş 
sursatı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı  istisna  olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və  ya  gəzdirmə),  233  (ictimai  qaydanı  kobud  surətdə  pozan  və  ya  hakimiyyət 
nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, 
müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin 
bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak 
etmə),  234.1  (satış  məqsədi  olmadan  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya 
psixotrop  maddələri  şəxsi  istehlak  miqdarından  artıq  miqdarda  əldə  etmə  və  ya 
saxlama),  234.4.3  (satış  məqsədi  ilə  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya 
psixotrop  maddələri  əldə  etmə  və  ya  saxlama,  hazırlama,  istehsal  etmə,  emal  etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop 
maddələri satma, külli miqdarda törədildikdə) və 283.2.1-ci (zor tətbiq etməklə və ya 
zor  tətbiq  etmə  hədəsi  ilə  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin 
salınmasına,  milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə