Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
90 
 
 
Göründüyü  kimi,  ölüm  cəzasının  ömürlük  azadlıqdan  məhrumetmə  cəzası  ilə 
əvəzlənməsi XTPD-çilərin məhkum olunduğu Azərbaycan SSR-nin 08 dekabr 1960-
cı il tarixli qanunu ilə təsdiqlənmiş Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş alternativ 
cəzalara nisbətdə onların hüquqi vəziyyətlərini ağırlaşdırır. Belə ki, Azərbaycan SSR-
in  08  dekabr  1960-cı  il  tarixli  qanunu  ilə  təsdiq  edilmiş  Cinayət  Məcəlləsində  ölüm 
cəzası hər hansı bir formada ləğv edildikdə (bağışlandıqda, əfv edildikdə) həmin cəza 
15  ildən  çox,  lakin  20  ildən  çox  olmayan  azadlıqdan  məhrumetmə  cəzası  ilə  əvəz 
oluna  bilərdi.  Deməli,  Azərbaycan  SSR-nin  08  dekabr  1960-cı  il  tarixli  qanunu  ilə 
təsdiq  edilmiş  Cinayət  Məcəlləsində  ölüm  cəzasının  alternativi  cəza  15  ildən  çox, 
lakin  20  ildən  çox  olmayan  azadlıqdan  məhrumetmə  cəzası  olub.  Yəni  1998-ci  ildə 
ölüm  cəzası  maksimum  20  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzası  ilə 
dəyişdirilməli idi.  
 
Konstitusiyanın  149-cu  maddəsinin  7-ci  hissəsinə  əsasən,  Milli  Məclis  10  fevral 
1998-ci  il  tarixli  qanunla  ölüm  cəzasına  məhkum  olunan  şəxslərin  cəzasını  ömürlük 
azadlıqdan  məhrumetmə  cəzası  ilə  əvəz  edə  bilməzdi.  Çünki  10  fevral  1998-ci  il 
tarixli  qanun  XTPD-çilərin  məhkum  olunduqları  Azərbaycan  SSR-nin  08  dekabr 
1960-cı  il  tarixli  qanunu  ilə  təsdiq  edilmiş  Cinayət  Məcəlləsində  nəzərdə  tutulanlara 
əsasən məhbusların hüquqi vəziyyətlərini ağırlaşdırıb. 
 
Bundan başqa, XTPD-çilərin ölüm cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası 
ilə  əvəz  edən  10  fevral  1998-ci  il  tarixli  qanun  yeni  Cinayət  Məcəlləsinin  qüvvəyə 
minməsi  ilə  01  sentyabr  2000-ci  ildən  qüvvədən  düşüb.  Hazırda  XTPD-çilərin  ölüm 
cəzasının  ömürlük  azadlıqdan  məhrumetmə  cəzası  ilə  əvəz  olunması  barədə  qanun 
qüvvədən  düşdüyündən  onların  ömürlük  azadlıqdan  məhrumetmə  cəzası  çəkməyə 
məcbur  edilməsi  qanunsuzdur.  Çünki  10  fevral  1998-ci  il  tarixli  Qanunun  özü  artıq 
qüvvədən düşüb. 
 
Avropa Şurası da ömürlüklərdən 3-nü siyasi məhbus sayır 
 
Azərbaycan  və  Ermənistan  2001-ci  il  yanvarın  25-də  Avropa  Şurasının  (AŞ)  üzvü 
olduqdan  bir  neçə  gün  sonra  -  yanvarın  31-də  AŞ  Nazirlər  Komitəsinin  Baş  Katibi 
Valter  Şvimmerin  Azərbaycanda  siyasi  məhbus  olduğu  ehtimal  edilən  716  nəfərlik 
siyahının  araşdırılması  üçün  3  müstəqil  ekspert  təyin  etməsi  ilə  bağlı  təşəbbüsünü 
təsdiqləyib.  2001-ci  ilin  fevralında  Baş  Katib  bu  ekspertləri  təyin  edib.  Ekspertlər 
2001-ci ilin iyulunda Azərbaycan və Ermənistanda ehtimal edilən siyasi məhbuslarla 
bağlı  araşdırmalarının  nəticələrini  əks  etdirən  hesabat  hazırlayaraq  yayıblar.  Bu 
hesabatın 19-cu bəndində ekspertlər qrupunun siyasi məhbus hesab etdiyi və etmədiyi 
23  şəxsin  siyahısı  (vaxt  məhdudiyyəti  və  zəruri  informasiyalar  olmadığından  yalnız 
bu  qədər  iş  araşdırılıb)  verilib  ki,  E.Əmiraslanov  və  A.Kazımov  burada  yer  alıb  və 
onlar  siyasi  məhbus  sayılıb
63
.  Avropa  Şurasının  Parlament  Assambleyası  2002-ci  il 
yanvarın 24-də “Azərbaycanda siyasi məhbuslar” adlanan 1272 saylı Qətnamə qəbul 
edib  və  həmin  Qətnamənin  10-cu  bəndində  AŞ  PA  Azərbaycan  hakimiyyətini  digər 
siyasi məhbuslar kimi E.Əmiraslanov və A.Kazımovu azad etməyə çağırıb
64
.  
 
                                                        
63
 http://bit.ly/1hEhLL3  
64
 http://bit.ly/1h3hjoL  


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
91 
 
Yeni mandatı üzrə fəaliyyətini davam etdirən müstəqil ekspertlər 12 may 2003-cü ildə 
hazırladıqları  rəydə  Ş.Poladovun  da  siyasi  məhbus  olduğu  qənaətinə  gəliblər
65
.  AŞ 
PA  27  yanvar  2004-cü  ildə    “Azərbaycanda  siyasi  məhbuslar”  adlanan  1359  saylı 
Qətnamə qəbul edib və bu sənəddə müstəqil ekspertlərin siyasi məhbus kimi tanınan 
şəxslərin azadlığa buraxılmasına çağırışı yer alıb
66
. AŞ PA 31 may 2005-ci ildə 1359 
saylı  Qətnamənin  davamı  olaraq  hesabat  qəbul  edib  və  bu  sənədin  26-cı  bəndində 
müstəqil  ekspertlərin  müəyyən  etdiyi  3  siyasi  məhbus  –  E.Əmiraslanov,  A.Kazımov 
və  Ş.Poladovun  hələ  də  həbsdə  qaldığı  vurğulanıb  və  bundan  narahatlıq  bildirilib
67

AŞ  PA-nın  sonrakı  illərdəki  sənədlərində  də  hər  3  şəxsin  siyasi  məhbus  olduğu 
vurğulanıb.   
 
Müstəqil  ekspertlər  qrupunun  siyasi  məhbus  hesab  etmədiyi  şəxslərin  böyük  hissəsi 
müxtəlif  illərdə  azadlığa  buraxılıb.  Ömürlük  azadlıqdan  məhrum  edilmiş    başqa 
XTPD-çilər Dəyanət Kərimovun və keçmiş Baş Nazir Surət Hüseynovun dayısı oğlu 
Kəramət  Kərimovun  cəzaları  əfv  fərmanı  ilə  25  il  müddətinə  azadlıqdan  məhrum 
edilmə  ilə  əvəzlənsə  də,  bu  münasibət  E.Əmiraslanova,  A.Kazımova  və  Ş.Poladova 
göstərilməyib.  
 
Hər üç məhbus Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər, səhhətlərində 
ciddi problemləri var, E.Əmiraslanov epilepsiya xəstəliyindən əziyyət çəkir, bir dəfə 
əməliyyat olunub. A.Kazımov başından, Ş.Poladov isə belindən əməliyyat olunub.    
 
122.
 
Elçin Səməd oğlu 
ƏMİRASLANOV
 
 
Saxlanma tarixi: 10 dekabr 1996-cı il                                    
 
 
İttiham:  1960-cı  il  CM-in  57  (vətənə  xəyanət);  57-1-ci  maddənin  2-ci  hissəsi 
(Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindən  və  Azərbaycan  Respublikasının 
qanunvericiliyində nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına 
və  ya  konstitusiyalı  dövlət  orqanlarına  qarşı  istifadə  etmə,  ağır  nəticələrə  səbəb 
olduqda);  15  (cinayətə  hazırlıq  və  cinayətə  sui-qəsd),  59-cu  maddəsinin  1-ci  hissəsi 
(dövlət  xadimini  və  ya  ictimai  xadimini  yaxud  hakimiyyət  nümayəndəsini  siyasi 
niyyətlərlə öldürmə); 17 (iştirakçılıq), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini 
və  ya  ictimai  xadimini  yaxud  hakimiyyət  nümayəndəsini  siyasi  niyyətlərlə  öldürmə); 
15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 17 (iştirakçılıq), 59 (dövlət xadimini və ya 
ictimai  xadimini  yaxud  hakimiyyət  nümayəndəsini  siyasi  niyyətlərlə  öldürmə);  70 
(dövlət  müəssisələrinə,  idarələrinə,  təşkilatlarına  və  ya  ictimai  müəssisələrə, 
idarələrə,  təşkilatlara,  yaxud  ayrı-ayrı  şəxslərə  basqın  etmə  məqsədilə  silahlı 
bandalar təşkil etmə, habelə belə bandalarda və onların etdikləri basqınlarda iştirak 
etmə);  70-2-ci  maddənin  1-ci  hissəsi  (qanunvericilikdə  nəzərdə  tutulmayan  silahlı 
                                                        
65
  http://bit.ly/P93b7e  
66
 http://bit.ly/1dUqbwR  
67
  http://bit.ly/1gJUxIg  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə