Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə51/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   48   49   50   51   52   53   54   55   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
106 
 
2005-ci  ilin  noyabrında  keçirilmiş  parlament  seçkilərindən  əvvəl  və  seçkilər 
ərəfəsində  Əli  İnsanov  YAP-ın  İdarə  Heyətinin  iclaslarında  kəskin  tənqidi  çıxışlar 
edib,  hakimiyyətdə  cinayətkarların  təmsil  olunduğunu,  aparılan  siyasətin  yanlışlığını 
və  dəyişdirilməli  olduğunu,  əks  halda  xalqı  aldatmış  olacaqlarını  bildirib.  YAP-ın 
qurultayından  əvvəl  keçirilən  idarə  heyətinin  iclasında  tənqidi  fikirlərini  davam 
etdirərək,  partiyaya  çağırdığı  və  ona  görə  partiyaya  qoşulan  şəxslərdən  buraxılan 
səhvlərə və  yanlış siyasətə  görə üzr istəmək dərəcəsinə  çatdırıldığını vurğulayıb.  Əli 
İnsanov həbsindən 7 ay əvvəl,  yəni 2005-ci ilin mart ayında həm YAP-dan, həm də 
səhiyyə  naziri  vəzifəsindən  istefa  vermək  üçün  ərizə  ilə  Prezident  İlham  Əliyevə 
müraciət  etsə  də,  onun  istefası  qəbul  olunmayıb.  Həbsindən  iki  ay  əvvəl  Ə.İnsanov 
izləndiyini, hətta Bakıdan çıxdıqdan sonra da bu izləmənin davam etdiyini və bununla 
da bağlı prezidentə müraciət yolladığını bildirib.  Müraciətdə elə hakimiyyətdə təmsil 
olunan qrupların onu  izlədiyini vurğulayıb.  
 
 
Parlament seçkilərinə 16 gün qalmış Ə.İnsanov həbs edilərkən ona qarşı ilkin olaraq 
dövlət çevrilişinə hazırlıq ittihamı sürülsə də (dövlət mediası da bu barədə məlumatlar 
yayırdı),  sonradan  bu  ittiham  sırf  iqtisadi  cinayətlər  üzrə  ittihamlara  çevrilib.  Onu 
Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşları  saxlayıb  və  barəsində  dərhal  həbs 
qətimkan tədbiri seçilib. 
 
        
 
Keçmiş  nazir  həbs  edilərkən  işgəncəyə  məruz  qaldığını,  işgəncələrin  Bayıl 
Həbsxanasında, 5 saylı  İstintaq Təcridxanasında, 13 saylı  Cəzaçəkmə  Müəssisəsində 
davam etdiyini bildirib. 
 
2007-ci  ildə  Ə.İnsanovun  cinayət  işi  üzrə  istintaq  yekunlaşıb,  ancaq  onun 
vəkillərinə işin materialları ilə tanış olmaq və onların surətlərini götürməyə imkan 
verilməyib.  O, 20 aprel 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 
11  il  müddətinə  azadlıqdan  məhrum  edilib.  2007-ci  il  sentyabrın  21-də  Bakı 
Apellyasiya  Məhkəməsi,  16  yanvar  2008-ci  ildə  isə  Ali  Məhkəmə  bu  qərardan 
verilən şikayətləri rədd ediblər.   
 
 
 
 
             
 
Cinayət  işinin  materiallarında  mənimsənildiyi  iddia  edilən  məbləğlə  Ə.İnsanovun 
həbsi  zamanı  Baş  Prokurorluğun  məlumatlarında  açıqlanan  məbləğlər  arasında  ciddi 
fərqlər olub. Ə.İnsanov  bütün  vergiləri ödədiyini və  təkcə  2005-ci  ildə 85000 manat 
vergi  ödədiyini  sübut  edən  qəbzləri  məhkəməyə  təqdim  edib.  Qanunsuz 
özəlləşdirmədə  ittiham  edilən  Ə.İnsanov  bu  prosesi  Əmlak  Məsələləri  üzrə  Dövlət 
Komitəsinin Sədri Kərəm Həsənov və keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin 
apardığını bildirib. Keçmiş nazir onların şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı 
vəsatət versə də, bu, təmin edilməyib. Ə.İnsanovun həbs edildiyi gün verdiyi ifadənin 
böyük bir hissəsi itirilib və cinayət işinin materiallarına əlavə edilməyib. 
 
Keçmiş  nazirin  İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında 
Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) və 6-cı (ədalətli məhkəmə hüququ) 
maddəsində  nəzərdə  tutulmuş    hüququnun  pozulması  ilə  bağlı    Avropa  İnsan 
Hüquqları  Məhkəməsinə  şikayət  verilib.  2013-cü  ilin  martın  14-də  Avropa  İnsan 
Hüquqları  Məhkəməsi  keçmiş  nazirin  hər  iki  hüququnun  pozulduğunu  tanıyıb
70

Məhkəmə  keçmiş  nazirin  müdafiə  hüququ  və  digər  prosessual  qaydaların 
pozulduğunu,  əlavə  araşdırma  aparılmasına  ehtiyac  olduğunu  və  Azərbaycan 
                                                        
70
 http://bit.ly/1myxEK1    


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
107 
 
hökumətinin 10 min avro cərimə ödəməli olduğunu qət edib. 2013-cü il noyabrın 15-
də Ali Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən işin yenidən 
baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya Məhkəməsində 
işə baxılarkən Ə.İnsanov hakimiyyət,  konkret  Prezident İlham Əliyev barədə kəskin 
tənqidi fikirlər səsləndirib.  Növbəti məhkəmə zamanı  Ə.İnsanov  şüşə  qəfəsə  salınıb 
və  hakim  onun  danışmasına  icazə  verməyib  (keçmiş  nazir  tənqidi  fikirlər 
səsləndirərkən  hakim  səsin  eşidilməsini  təmin  edən  mikrofonu  söndürüb).  25  fevral 
2014-cü  ildə    Apellyasiya  Məhkəməsi  Ə.İnsanov  barəsində  çıxarılan  11  illik 
azadlıqdan məhrum edilmə barədə hökmü qüvvədə saxlayıb.   AŞPA-nın 2007-ci ildə 
qəbul  etdiyi  1545  saylı  qətnaməsində  Ə.İnsanov  barəsində  ədalətli  məhkəmə 
keçirilməsi  tövsiyə   olunub.
71
 AŞPA-nın  Azərbaycan  üzrə  keçmiş  həmməruzəçiləri 
Cənab  Andres  Herkel  və  Xanım  Evgenuia  Jivkovanın  apardıqları  monitorinqin 
nəticələrinə dair 2008-ci il mart ayında yayılmış hesabatda və AŞPA-nın 2008-ci il 24 
iyul tarixli qətnaməsində də Ə.İnsanovla bağlı narahatlıq əks olunub.  
 
Ə.İnsanovun  cəza  müddətinin  bitməsinə  57  gün  qalmış,  23  avqust  2016-cı  ildə  ona 
qarşı 3 maddə əsasında ittiham irəli sürülüb və onun barəsində yeni istintaq başlanıb. 
Bu  işlə  əlaqədar  olaraq  o,  saxlandığı  13  saylı  CM-dən  Bakı  İstintaq  Təcridxanasına 
köçürülüb.  Hazırda  bu  iş  üzrə  istintaq  başa  çatıb  və  iş  baxılması  üçün  məhkəməyə 
göndərilib.  
 
Ona  qarşı  ittihamların  azadlığa  çıxmasına  az  müddət  qalmış  irəli  sürülməsi,  
müstəntiqlərdən fərqli olaraq, vəkillərinin yanına buraxılmaması və bu tip ittihamların 
siyasi motivli işlərdə mütəmadi istifadə edilməsi göstərir ki, hakimiyyət Ə.İnsanovun 
azadlığa buraxılmasında maraqlı deyil. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, o həbs 
edildikdən  sonra  hakimiyyəti  tənqid  etməyə  başlayıb  və  azadlığa  çıxdıqdan  sonra 
mübarizəsini davam etdirəcəyini açıq şəkildə bildirib.  
 
Ə.İnsanov  ona  qarşı  açılmış  yeni  cinayət  işi  üzrə  Qaradağ  Rayon  Məhkəməsinin 
(hakim  Rəşad  Mustafayev)  26  aprel  2017-ci  il  tarixli  hökmü  ilə  7  il  5  gün 
müddətinə  azadlıqdan  məhrum  edilib.  Bakı  Apellyasiya  Məhkəməsi  (sədrlik  edən 
hakim  Əflatun  Qasımov)  22  iyun  2017-ci  il  tarixdə  bu  hökmü  dəyişdirmədən 
qüvvədə saxlayıb.   
 
 
145.
 
Rüfət Eldar oğlu 
SƏFƏROV
                                        
                                                                                     
 
Saxlanma tarixi: 08 sentyabr 2016-cı il                                      
© şəxsi Facebook səhifəsi
 
 
İttiham:  CM-in  311.3.2-ci  (rüşvət  alma,  yəni  vəzifəli  şəxsin  xidməti  vəzifəsinin 
(səlahiyyətlərinin)  icrası  ilə  əlaqədar  hər  hansı  hərəkətə  (hərəkətsizliyə)  görə,  eləcə 
də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü 
                                                        
71
 http://bit.ly/P93hLW   
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə