Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə50/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
104 
 
 
2016-cı  il  22  dekabr  tarixində  Cəbrayıl  rayon  köçkünlərinin  Biləsuvar  rayonunda 
məskunlaşdığı  qəsəbələrin  sakinləri  elektrik  enerjisinin  tez-tez  kəsilməsinə  qarşı 
etiraz askiyası keçiriblər. Konkret sosial tələblə icra hakimiyyəti binasına yürüş etmiş 
şəxslərin qarşısı polis tərəfindən alınıb və qarşıdurma yaranıb.  
 
Qarşıdruma vaxtı və ondan sonra 5 nəfər saxlanılıb, onlar barəsində cinayət işi açılıb 
və barələrində Cəbrayıl rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Bununla  belə,  bu  şəxslərin  qeyd  edilən  maddələr  üzrə  ittiham  edilməsinə  əsaslı 
şübhələr mövcud deyil, hadisə şahidlərinin vəkilə və mətbuata verdiyi məlumata görə 
zorakılıq polis tərəfindən tətbiq edilib və məhz bunun nəticəsində qarşıdurma yaranıb. 
Polisə  qarşı  bu  iddialar  araşdırılmayıb,  regionalrda  əvvəlki  etiraz  aksiyaları  zamanı 
olduğu  kimi  Daxili  İşlər  Nazirliyi  müxtəlif  sayda  polisin  yaralandığını,  iğtişaşın 
etirazçılar  trəfindən  törədildiyini  bəyan  edib  və  məsələ  ilə  bağlı  heç  bir  ciddi 
araşdırma  aparılmayıb.  İttihamlar,  sadəcə,  polislərin  verdiyi  ilkin  ifadələrə  əsaslanır 
və iş materiallarında başqa hər hansı sübutlar yoxdur.  
 
Təzyiqlərə, hədələrə və zorakılığa baxmayaraq köçkünlər verdiyi ifadələrində heç bir 
mülkiyyətə  xəsarət  yetirmədiklərini,  polisə  müqavimət  göstərmədiklərini  və  iğtişaş 
yaratmadıqlarını bildiriblər. 
 
Cəbrayıl  rayon  Məhkəməsinin  (hakim  Təranə  Hüseynova)  14  avqust  2017-ci  il 
tarixli  hökmü  ilə  Zaur  Fehruzlu  və  Ülvi  Quliyev  hər  biri  1  il  6  ay  müddətinə 
azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  ediliblər.  Digər  3  nəfər  (Gülağa 
Alməmmədov,  İlkin  İskəndərov  və  Cəlal  Quliyev)  isə  şərti  olaraq  azadlığa 
buraxılıblar.  
 
 
142.
 
Zaur Təbriz oğlu 
FEHRUZLU
 
 
Saxlanma tarixi: 23 dekabr 2016-cı il                                       
 
İttiham:  CM-in  186.2.2  (əmlakı  qəsdən  məhv  etmə  və  ya  zədələmə,  yandırmaqla, 
partlatmaqla  və  ya  başqa  ümumi  təhlükəli  üsulla  törədildikdə,  yaxud  ağır  nəticələrə 
səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə 
yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq  üçün 
təhlükəli olan zor tətbiq etmə) maddələri 
 
Saxlandığı yer: 3 saylı İstintaq Təcridxanası 
 
 
143.
 
Ülvi Məhəmməd oğlu 
QULİYEV
 
 
Saxlanma tarixi:  23 dekabr 2016-cı il                                       
 
İttiham:  CM-in  186.2.2  (əmlakı  qəsdən  məhv  etmə  və  ya  zədələmə,  yandırmaqla, 
partlatmaqla  və  ya  başqa  ümumi  təhlükəli  üsulla  törədildikdə,  yaxud  ağır  nəticələrə 
səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
105 
 
yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq  üçün 
təhlükəli olan zor tətbiq etmə) maddələri 
 
Saxlandığı yer: 3 saylı İstintaq Təcridxanası 
_____________________________________________________________________                                  
                                
H. KEÇMİŞ DÖVLƏT MƏMURLARI 
 
144.
 
Əli Binnət oğlu 
İNSANOV
 
 
Saxlanma tarixi: 20 oktyabr 2005                                    
 
 
İttiham:  
 
Birinci  cinayət  işi  üzrə:  CM-in  179.3.2  (mənimsəmə  və  israf  etmə  külli  miqdarda 
törədildikdə), 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə 
vəzifəli  şəxs  tərəfindən  təkrar  törədildikdə),  308.1  (vəzifə  səlahiyyətlərindən  sui-
istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü 
şəxslər  üçün  qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq  səlahiyyətlərindən 
qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  etməsi  və  ya  qulluq  mənafeyi  tələb 
etdiyi  halda  istifadə  etməməsi  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  qanuni 
mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm 
zərər vurduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 
törədildikdə),  311.3.2  (rüşvət  alma  təkrar  törədildikdə),  311.3.3  (rüşvət  alma  külli 
miqdarda  törədildikdə)  və  313-cü  (vəzifə  saxtakarlığı,  yəni  vəzifəli  şəxs  tərəfindən 
rəsmi  sənədlərə  və  ya  informasiya  resurslarına  bilə-bilə  yalan  məlumatların  daxil 
edilməsi,  habelə  göstərilən  sənədlərdə  və  ya  informasiya  resurslarında  onların 
həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi 
niyyətlərlə törədildikdə) maddələri  
 
İkinci  cinayət  işi  üzrə:  CM-in  234.1  (satış  məqsədi  olmadan  qanunsuz  olaraq 
narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  şəxsi  istehlak  miqdarından  artıq 
miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı həyat və 
sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1 (cəzaçəkmə müəssisələrində 
və  ya  istintaq  təcridxanalarında  saxlanılan  şəxs  tərəfindən  qadağan  olunmuş 
əşyaların  hazırlanması,  saxlanılması,  gəzdirilməsi,  daşınması  və  ya  istifadəsi) 
maddələri
69
 
 
Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi   
 
İş  üzrə  qısa  arayış:  Əli  İnsanov  hakim  Yeni  Azərbaycan  Partiyasının  (YAP) 
qurucularından  biri  sayılır,  o,  1993-cü  ildən  həbs  edilənə  qədər  Azərbaycan 
Respublikasının Səhiyyə Naziri vəzifəsində çalışıb.  
 
 
 
 
 
                                                        
69
 Bu maddələr üzrə ittihamlar sabiq nazirə həbsdə olduğu dövrdə irəli sürülüb. 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə