Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə46/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
96 
 
125.
 
Vasif Ədalət oğlu 
İBRAHİMOV
            
 
 
 
 
 
Saxlanma tarixi:  25 fevral 2013-cü il                                       
 
İttiham:  CM-in  220.1  (zorakılıqların,  talanların,  yanğınların  törədilməsi,  əmlakın 
məhv  edilməsi,  odlu  silahın,  partlayıcı  maddələrin  və  ya  qurğuların  tətbiq  edilməsi, 
yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan 
kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti 
vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  zor  tətbiq  etmə, 
zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və 
sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə 
hədələmə) maddələri 
 
Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Vasif  İbrahimov  İsmayıllı  rayonunda  baş  verən  haqsızlıqlara 
qarşı cıxış edən və bu haqsızlıqlara görə tənqidlər səsləndirən sakinlərdən biri olub. 
Heç  bir  müxalifət  partiyasının  üzvü  olmasa  da,  ölkədə,  xüsusən  yaşadığı  İsmayıllı 
rayonunda  yerli  icra  strukturlarına  müxalif  olub.  V.İbrahimov  sahibkarlara  qarşı 
təzyiqlər,  onların  günlərlə  işıqsız  qalması,  sahibkarlara  məxsus  mağazaların 
qapadılması,  o  sıradan  müxtəlif  sosial  problemləri  ANS  telekanalı  və  çap  mətbuatı 
vasitəsilə  ictimailəşdirib,  İsmayıllıda  yaşayan  jurnalist  Elçin  İsmayıllıya  rayonun 
müxtəlif  yerlərində  olan  qanunsuzluqlar  və  sosial  problemlər  barədə  məlumatlar 
ötürüb, buna görə V.İbrahimov yerli icra strukturlarının hədəfinə çevrilib.  
 
V.İbrahimov İsmayıllı etirazlarının başlandığı gün, yəni yanvarın 23-də əraziyə gələn 
jurnalistlərə  müsahibə  verib  və  müsahibəsində  “Çıraq”  hotelinin tikintisini  qanunsuz 
adlandırıb,  hotelin  olduğu  tikilidə  35  aztəminatlı  ailənin  məskunlaşmasına 
baxmayaraq,  onların  oradan  məcburi  çıxarıldığını,  bu  işdə  yerli  strukturların  iştirak 
etdiyini bildirərək  onları  tənqid  edib
68
. Müsahibəsinin efirə  verilməyən hissəsində  o, 
icra  başçısı  və  keçmiş  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  nazirinin  oğlunun  bu 
hadisələrdə günahkar olduğunu bildirib.    
 
V.İbrahimov  etirazlar  və  qarşıdurmalarda  birbaşa  iştirak  etməyib  və  o,  ilk  günlər 
deyil,  hadisədən  1  ay  sonra  yerli  icra  strukturlarının  təkidi  ilə  həbs  edilib,  ona  qarşı 
ittihamlar irəli sürülüb. 
 
Şəki  Ağır  Cinayətlər  Məhkəməsinin  17  mart  2014-cü  il  tarixli  qərarı  ilə  8  il 
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 24 sentyabr 2014-cü il 
tarixdə Şəki Apellyasiya Məhkəməsi, 12 oktyabr 2016-cı il tarixdə isə Ali Məhkəmə  
V.İbrahimov barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.  
 
 
(2) 2015-ci il Mingəçevir etirazlarına görə tutulanlar 
                                                        
68
 http://bit.ly/1mb5UIx  
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
97 
 
 
2015-ci  il  avqustun  20-də  Mingəçevir  şəhər  sakini  Bəhruz  Hacıuev  narkotik  maddə 
saxlama  ittihamı  üzrə  şübhəli  bilinərək  saxlanılıb  və  Mingəçevir  şəhər  Polis 
Bölməsinə aparılıb. Polisə aparıldıqdan qısa müddət sonra Bəhruz Hacıyev dünyasını 
dəyişib, polis onun özünü polis binasının 3-cü mərtəbəsindən atdığını iddia edib.  
 
Bu  iddia  ilə  razılaşmayan  Hacıyevin  qohumları  və  yaşadığı  ərazinin  sakinləri 
avqustun 22-də onun dəfnindən sonra öz etirazlarını bildirmək və  təqsirkar şəxslərin 
cəzalandıırlmasını tələb etmək üçün polis şöbəsinin qarşısında dinc aksiya keçiriblər. 
Təxminən  500  nəfər  şəxsin  iştirak  etdiyi  aksiya  ilkin  olaraq  dinc  xarakterli  olub  və 
sonradan  polisin  müdaxiləsi  nəticəsində  qarşıdurma  yaranıb.  Bununla  da  aksiya 
iştirakçılarının dağıdılmasına və həbslərin aparılmasına başlanılıb. Bu zaman 20-dən 
artıq aksiya iştirakçısı saxlanılıb, onların əksəriyyəti inzibati qaydada həbs edilsə də, 
bəzilərinə qarşı cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.  
 
Aksiyadan sonra Bəhruz Hacıyevi dindirən polis baş leytenantı Şahlar Şahlarzadə də 
həbs  edilib,  ona  qarşı  iş  zamanı  vəzifəsindən  su-istifadə  və  ölüm  həddinə  çatdırma 
maddələri  ilə  cinayət  işi  açılıb.  Nəticə  etibarilə  azadlıqdan  məhrum  edilən  polis 
leytenantı 2017-ci il martın 17-də imzalanmış prezindetin əfv sərənacamı ilə azadlığa 
buraxılıb.  
 
Hadisəni əks etdirən videogörüntülərdən də görünür ki, insanlar dinc şəkildə heç kimə 
zorakılıq  göstərmədən  polis  şöbəsinin  qarşısına  gedirlər  və  burada  öz  tələblərini 
səsləndirməyə  başlayırlar.  Əraziyə  cəlb  edilmiş  çoxsaylı  polis  əməkdaşları  aksiyanı 
dağıtmağa başladıqdan sonra qarşıdurma  yaranır  və  bu qarşıdurma polis  nəfərlərinin 
aksiya iştirakçılarını həbs etməklə, bəzən kobud rəftarı ilə sona çatmış olur.  
 
Bu praktika Azərbaycanın müxtəlif regionlarında  əvvəllər keçirilmiş aksiyaar zamanı 
da baş verib. İnsanlar haqlı etirazlarını səsləndirmək üçün rayon icra hakimiyyəti və 
ya polis şöbəsinin qarşısına toplanırlar, dinc şəkildə şüar və çağırışlar edirlər, polisin 
müdaxiləsindən  sonra  iğtişaş  yaranır  və  həbs  edilən  şəxslərə  qarşı  iğtişaşların  təşkili 
və  ya  iğtişaşlarda  iştirak  etmə  ittihamı  və  əlavə  olaraq  ancaq  polislərin  ifadələrinə 
əsaslanan polisə müqavimət ittihamı irəli sürülür.  
 
Məhkəmə  prosesləri  zamanı  təqsirləndirilən  şəxslərin  iğtişaş  törətmək  niyyətinin 
olması  sübuta  yetirilməyib,  hətta  məhkəmə  qərarlarının  bəzilərində  bu  şəxslərin  öz 
etirazlarını dinc şəkildə bildirməsi  üçün polis şöbəsinin qarşısına gəldiyi vurğulanır. 
Təqsirləndirilən  şəxslərə  qarşı  polisə  tabe  olmayaraq  müqavimət  göstərmə  ittihamı 
yalnız zərərçəkmiş şəxslər kimi tanınan polislərin özlərinin ifadələri ilə irəli sürülüb, 
məhkəmə  digər  sübutların  araşdırılmasını  həyata  keçirməyib.  Ərazidə  olan 
təhlükəsizlik  kameralarından  əldə  edilmiş  görüntülərdə  də  polisə  müqavimət  anını 
gösətərn heç bir məqam yoxdur, təqsirləndirilən şəxslərin heç birinin konkret hansısa 
cinayət törətməsi kameradan götörülmüş görüntülərdə yoxdur.    
 
Hadisədən az müddət sonra Mingəçevirdən reportajlar hazırlayan və oradan alternativ 
məlumatlar  çatdıran  Meydan  TV  internet  televiziyasına  qarşı  cinayət  işi  açılmış, 
kanalla  əməkdaşlıq  edən  bir  sıra  müstəqil  jurnalistlər  Baş  Prokurorluğa  çağırılaraq 
dindiriliblər. Sonradan məlum olub ki, bu telekanala qarşı cinayət işi açılıb və bunun 
nəticəsində  kanalla  əməkdaşlıq  edən  bir  sıra  jurnalistlərin  ölkədən  çıxışına  qadağa 
qoyulub.      


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə