Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə54/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   48   49   50   51   52   53   54   55   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
112 
 
Amnesty International təşkilatı M.Ədilovu vicdan məhbusu kimi tanıyıb
72

_____________________________________________________________________ 
 
148.
 
Elnur Rafiq oğlu 
SEYİDOV 
                                         
                                                                                       
 
Saxlanma tarixi: 27 mart 2012-ci il 
 
İttiham:  CM-in 178.3.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma 
yolu  ilə  özgənin  əmlakını  ələ  keçirmə  və  ya  əmlak  hüquqlarını  əldə  etmə  mütəşəkkil 
dəstə  tərəfindən  törədildikdə)  178.3.2  (dələduzluq  külli  miqdarda  ziyan  vurmaqla 
törədildikdə),  179.3.1  (mənimsəmə  və  ya  israf  etmə,  yəni  təqsirkara  etibar  edilmiş 
özgə  əmlakını  talama  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə),  179.3.2  (mənimsəmə 
və  israf  etmə  külli  miqdarda  törədildikə),  308.2-ci  (vəzifə  səlahiyyətlərindən  sui-
istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü 
şəxslər  üçün  qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq  səlahiyyətlərindən 
qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  etməsi  və  ya  qulluq  mənafeyi  tələb 
etdiyi  halda  istifadə  etməməsi  ağır  nəticələrə  səbəb  olduqda  və  ya  seçkinin 
(referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri 
 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi  
 
İş  üzrə  qısa  arayış:  Elnur  Seyidov  müxalif  və  Azərbaycan  hakimiyyətinin  sərt 
tənqidçilərindən  olan  AXCP-nin  Sədri  Əli  Kərimlinin  qaynıdır,  həbsinə  qədər 
Texnikabank”ın  Yasamal  filialının  müdir  müavini  vəzifəsində  çalışıb.  E.Seyidovu 
Milli  Təhlükəsizlik  Nazirliyi  əməkdaşları  həbs  edib,  ona  əvvəl  yalnız  dələduzluq 
ittihamı irəli sürülüb, sonradan ittiham  ağırlaşdırılıb. E.Seyidov  tutulduqdan sonra  9 
ay  ərzində  onun  işi  üzrə  hər  hansı  istintaq  hərəkəti  aparılmayıb,  həbs  müddəti  isə 
əsassız  olaraq  uzadılıb,  halbuki  bu  cinayətlərə  görə  uzadılma  müstəsna  hallarda  baş 
verə bilər. 
 
  
CPM-in tələblərinə görə, dələduzluq ittiham üzrə istintaq hərəkətləri aparmaq DİN-in 
səlahiyyətindədir,  ancaq  E.Seyidova  münasibətdə  qanunun  bu  tələbi  kobud  şəkildə 
pozulub:  onu  MTN  həbs  edib,  MTN-nin  təcridxanasında  saxlanılıb  və  istintaqı  da 
MTN aparıb.   
 
E.Seyidov  “Texnikabank”ın  İdarə  Heyətinin  Sədri  Etibar  Əliyev  və  başqalarının 
cinayət  işi  üzrə  onlardan  20  gün  sonra  həbs  edilib.  Rəsmi  ittihama  görə,  E.Seyidov 
bank  rəhbərliyinin  göstərişi  ilə  və  onların  mənafeyi  üçün  qanunları  pozmaqda 
günahlandırılıb. E.Əliyev, eləcə də bankın bu iş üzrə həbs edilmiş başqa əməkdaşları 
azadlığa çıxsa da, E.Seyidov hələ də həbsdə saxlanılır.  
 
                                                        
72
 http://bit.ly/29JyV26 
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
113 
 
E.Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir, bu barədə müstəqil və özəl tibb 
müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə 
saxlanması  yolverilməzdir  və  bu  xəstəlikdən  əziyyət  çəkənlərə  dövlət  qayğısı 
haqqında  7  mart  2012-ci  il  tarixli  Qanun  da  var.  Qanunda  belə  xəstələrə  qayğı  və 
onların  müdafiəsi  üzrə  bir  sıra  tədbirlər,  o  sıradan  azadlıqdan  məhrum  edilmiş  belə 
xəstələrin  azadlığa  buraxılması  nəzərdə  tutulur.  Lakin  bu  xəstəlikdən  əziyyət  çəkən 
E.Seyidov həbsdə saxlanılır. E.Seyidov həbsdə olduğu dövrdə xəstəliyinə görə ikinci 
qrup əlil olub.     
 
E.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qərarı 
ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 03 
aprel  2014-cü  ildə  bu  hökmü  dəyişdirmədən  qüvvədə  saxlayıb.  Ali  Məhkəmə  19 
yanvar  2015-ci  ildə  irəli  sürülmüş  iki  ittihama  xitam  verərək  cəzanın  7  il  3  aya 
endirilməsi barədə qərar çıxarıb.    
 
 
 
        
 
Məhkəmə  zamanı  şahidlərin  verdiyi  ifadələr  ziddiyyətli  olub,  bəzi  şahidlər  isə 
E.Seyidovun təqsiri olmadığını bildiriblər. Ancaq məhkəmə bunları nəzərə almayıb.  
 
E.Seyidovun  ilkin  həbsi  və  ağır  xəstəlikdən  əziyyət  çəkməsi  ilə  bağlı  Avropa  İnsan 
Hüquqları  Məhkəməsinə  şikayət  göndərilib.  E.Seyidovun  işi  ABŞ  Dövlət 
Departamentinin  Azərbaycanda  2013-cü  ildə  insan  haqları  üzrə  hesabatında  müxalif 
qüvvələrin ailə üzlərinə edilən təzyiq nümunəsi kimi göstərilib
73
.  
 
02  avqust  2016-cı  ildə  Qaradağ  Rayon  Məhkəməsi  E.Seyidovun  xəstəliyinə  görə 
vaxtından əvvəl azadlığa çıxması ilə bağlı ərizəsini təmin etməyərək ağır xəstəliyinə 
baxmayaraq, onu həbsdə saxlayıb. Bakı Apellyasiya Məhkəməsi 09 sentyabr 2016-cı 
ildə bu qərardan verilmiş şikayəti təmin etməyib.      
_____________________________________________________________________ 
 
J. SƏİD DADAŞBƏYLİ VƏ ONUNLA BİRGƏ TUTULANLAR  
 
Səid Dadaşbəyli Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat və istehsalın 
idarə olunması” ixtisası üzrə təhsil alıb. 1992-1998-ci illərdə  Azərbaycan Dövlət Neft 
Şirkətində  çalışıb.  1998-ci  ildən  “Azəri  EM-AY  Drillinq  Flyuids”  Azərbaycan-ABŞ 
birgə  müəssisəsində  material-texniki  təchizat  üzrə  koordinator  vəzifəsində  çalışıb. 
Kanada  hökuməti  mütəxəssis  fəaliyyəti  ilə  əlaqədar  olaraq  ona  daimi  yaşayış 
haqqında pasport verib. Evlidir, 2 azyaşlı uşağı var. 
 
13-18 yanvar 2007-ci ildə “Səid Dadaşbəyli işi” üzrə təxminən 30 nəfər həbs edilib və 
tutulanlar  “NİMA”  (Mehdi  Seyid  əz-Zamanın  Şimal  Ordusu)  adlı  radikal  dini 
qruplaşma  yaradaraq  İranın  xüsusi  xidmət  orqanlarına  casusluq  etməklə  dövlət 
əleyhinə cinayətlərin törədilməsində ittiham olunublar.  
 
Bir  müddət  sonra  həbs  edilənlərin  bəziləri  Milli  Təhlükəsizlik  Nazirliyinin 
təcridxanasında  saxlanılan  11  nəfərin  əleyhinə  izahat  vermək  şərti  ilə  azadlığa 
buraxılıblar.  Həbslərin  ilkin  mərhələsindən  başlayaraq  ciddi  qanun  pozuntusuna  yol 
verilib. İttiham olunanların mənzillərində axtarış aparılması barədə məhkəmə qərarları 
olmadan  Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşları  güc  tətbiq  edərək  evlərə 
giriblər. Həbs edilənlərin valideynləri və qohumlarının etirazlarına baxmayaraq, MTN 
                                                        
73
 http://1.usa.gov/18BOn4u  


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə