Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə55/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   48   49   50   51   52   53   54   55   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
114 
 
əməkdaşları  nümayişkaranə  şəkildə  həbsi  əsaslandırmaq  üçün  silah  və  lazım  olan 
başqa  "maddi  sübut"ları  mənzillərə  qoyublar.  Bu  hərəkətlər  Azərbaycan 
Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinin  kobud  şəkildə  pozulmasıdır. 
Bununla  yanaşı,  həbsin  ilk  günlərində  saxlanılanlara  vəkilləri  ilə  əlaqə  yaratmaq 
imkanı verilməyib. 
 
Həbs edilənlər istintaq zamanı məhkəməyə qədər - 13 yanvar 2007-ci ildən 11 dekabr 
2007-ci ilədək MTN-nin təcridxanasında təkadamlıq kameralarda saxlanılıblar. Onlar  
davamlı  olaraq  döyülüb,  yatmaqdan,  yeməkdən  və  sudan  məhrum  ediliblər.  Eyni 
zamanda həbs edilənlərə psixotrop maddələr verilib. Onları istintaqa gərək olan etiraf 
izahatları verməyəcəkləri təqdirdə  azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə 
hədələyiblər.  
 
Vəhşicəsinə  edilən  işgəncə  zamanı  Emin  Məmmədov  adlı  məhbus  2007-ci  ilin  mart 
ayında  ölüb.  E.Məmmədovun  ölümünün  səbəbləri  barədə  tibbi  arayış  var.  Ancaq 
E.Məmmədovun  ölümü  bir  neçə  ay  ərzində  valideynlərindən  və  ictimaiyyətdən 
gizlədilib.  Onun  ailəsi  E.Məmmədovun  ölümü  ilə  bağlı  hüquq  müdafiəçilərinə 
müraciət  edəcəkləri,  ictimaiyyət  qarşısında  öldürülmüş  şəxsin  taleyi  ilə  bağlı  məsələ 
qaldıracaqları halda  yeni repressiyalarla  üzləşəcəkləri ilə hədələnib.  Vəkilin məhbus 
E.Məmmədovun saxlandığı yer barədə sorğusuna cavab  verən MTN  bildirilib ki, bu 
adam haqqında heç bir məlumatları yoxdur və E.Məmmədov MTN-də heç bir zaman 
olmayıb.  MTN  təcridxanasında  işgəncələrə  məruz  qalaraq  həyatını  itirən 
E.Məmmədov məhkəmə prosesləri zamanı da xatırlanmayıb. E.Məmmədov məhkəmə 
və ictimaiyyət üçün izsiz yoxa çıxıb.  
 
Məhkəmə  prosesləri  qapalı  keçirilib  və  həbs  edilənlərin  ailə  üzvləri  proseslərə 
buraxılmayıb.  CPM-in  200-cü  maddəsinə  əsasən  dövlət  sirlərinin  yayılmasının 
qarşısını  almaq  məqsədilə  məhkəmə  prosesləri  qapalı  keçirilə  bilər.  Lakin  cinayət 
işində dövlət sirri barədə hər hansı qeyd yoxdur və CPM-in 200-cü maddəsinə istinad 
edilərək  məhkəmə  proseslərinin  qapalı  keçirilməsi  əsaslandırılmayıb.  Bu  cinayət  işi 
üzrə  məhkəmə  proseslərinin  qapalı  keçirilməsi  qanuna  zidd  idi.  Məhkəmə  prosesi 
zamanı  ittiham  edilənlər  onlara  qarşı  irəli  sürülən  ittihamları  qəbul  etməyib.  Eyni 
zamanda  həbs  müddətində  işgəncələrə  və  başqa  qanunazidd  hərəkətlərə  məruz 
qaldıqlarını  bildiriblər.  Məhkəmə  prosesi  zamanı  məlum  olub  ki,  terror  təşkilatı 
yaratmaqda  günahlandırılanların  əksəriyyəti  həbsə  qədər  bir-birlərini  tanımayıblar. 
Eyni  zamanda irəli sürülən ittihamların heç birini məhkəmə  zamanı sübuta  yetirmək 
mümkün  olmayıb.  Məhkəmə  prosesi  ittiham  tərəfinin  istəyinə  uyğun  şəkildə 
yekunlaşıb. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Ənvər Seyidov) 10 dekabr 
2007-ci il tarixli hökmü ilə Səid Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 
14  il,  Fərid  Ağayev  13  il,  Samir  Qocayev  13  il,  Bəybala  Quliyev  13  il,  Cahangir 
Kərimov  13  il,  Rasim  Kərimov  13  il,  Emil  Möhbalıyev  12  il,  Mikayıl  İdrisov  12  il 
müddətinə  azadlıqdan  məhrum  ediliblər.  Bakı  Apellyasiya  Məhkəməsi  25  fevral 
2008-ci ildə, Ali Məhkəmə isə 2008-ci ilin payızında hökmü dəyişdirmədən qüvvədə 
saxlayıb.  
 
 
149.
 
Fərid Nadir oğlu 
AĞAYEV
 
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
115 
 
                                                                                                        
 
 
 
 
 
 
 
 
 
© Ailəsi tərəfindən təqdim edilib 
Saxlanma tarixi: 15 yanvar 2007-ci il 
 
İttiham: CM-in 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş 
hazırlıq),  180.3.1  (soyğunçuluq,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə);  218.2 
(cinayətkar  birlikdə  (təşkilatda),  habelə  mütəşəkkil  dəstələrin  təşkilatçılarının, 
rəhbərlərinin  və  ya  sair  nümayəndələrinin  birliyində  iştirak  etmə)  və  278-ci 
(Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olaraq  hakimiyyətin  zorla  ələ 
keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin  konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri 
 
Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi 
 
 
150.
 
Səid Ələkbər oğlu 
DADAŞBƏYLİ
 
 
                                                                                                        
 
 
 
 
 
 
 
 
 
© Ailəsi tərəfindən təqdim edilib 
Saxlanma tarixi: 15 yanvar 2007-ci il
 
 
İttiham:  CM-in  28.2-ci  (yalnız  ağır  və  xüsusilə  ağır  cinayətlərin  törədilməsinə 
yönəlmiş  hazırlıq),  180.3.1  (soyğunçuluq,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə); 
204.3.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta
yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və 
ya  satma,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə),  204.3.2  (satış  məqsədi  ilə  saxta 
pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan 
qiymətli  kağızları  hazırlama,  habelə  əldə  etmə  və  ya  satma,  külli  miqdarda 
törədildikdə),  218.1  (ağır  və  ya  xüsusilə  ağır  cinayətlər  törətmək  məqsədilə 
cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların 
tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə 
ağır  cinayətlərin  törədilməsi  üçün  plan  və  şərtlərin  işlənib  hazırlanması  məqsədilə 
mütəşəkkil  dəstələrin  təşkilatçılarının,  rəhbərlərinin  və  ya  sair  nümayəndələrinin 
birliyini  yaratma),  228.1  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə