Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə53/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   48   49   50   51   52   53   54   55   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
110 
 
videoların  yayılmasına  görə  onunla  hakimiyyət  arasında  münasibət  daha  da 
kəskinləşib.  
 
Elşad  Abdullayevin  keçmiş  Milli  Təhlükəsizlik  Nazirliyində  işləyən  qardaşı  Mahir 
Abdullayev 2003-cü ildə itkin düşüb. E.Abdullayev bu hadisəyə görə də Azərbaycan 
hakimiyyətini, xüsusən hüquq mühafizə orqanlarını tictimai şəkildə tənqid edib. 
 
Mübariz Abdullayevə verilən ittiham  da  əmisi Mahir Abdullayevin  itkin düşməsi  ilə 
bağlıdır.  İttihama  əsasən,  Mübariz  Abdullayev  əmisi  Mahir  Abdullayev  itkin 
düşdükdən bir müddət sonra əmisi Elşad Abdullayevə zəng edərək başqa şəxs adından 
danışaraq qardaşının onda olduğunu və əvəzində 50 000 manat istədiyini bildirib və 
bu pulun Zaqatala rayonuna  gətirilməsini istəyib.  
 
Lakin  nəticədə  Elşad  Abdullayev  Zaqatalaya  getməyib  və  heç  kimə  heç  bir  vəsait 
verməyib.  İş  materiallarında  bunun  qarşısının  Kürdəmir  Rayon  Polis  Şöbəsinin 
əməkdaşlarının aldığı vurğulansa da, bunun hansı şəkildə baş verdiyi izah edilmir.  
 
M.Abdullayevi  2003-cü  ildə  Kürdəmir  Rayon  Polis  Şöbəsinin  əməkdaşları  həbs 
edərək 3  gün saxlayıb  və ona qarşı cinayət  işi  açılıb,  lakin 3 gündən sonra o sərbəst 
buraxılıb  və  yalnız  10  ildən  sonra,  məhz  Elşad  Abdullayevlə  hakimiyyətin 
münasibətləri  pisləşdikdən  sonra  istintaqa  çağırılıb.  Bu  10  il  ərzində  Mübariz 
Abdullayev  bir  dəfə  də  olsun  dindirilməyib,  hər  hansı  istintaq  hərəkəti  aparılmayıb.  
2013-cü  ildə  sahə  müvəkkili  M.Abdullayevə  onun  Baş  Prokurorluğa  getməli 
olduğunu  bildirib.  Baş  Prokurorluqda  Elmar  Camalovla  görüşən  M.Abdullayevə 
bildirilib  ki,  onun  barəsində  cinayət  işinə  baxılması  üçün  sənədlər  məhkəməyə 
göndəriləcək  və  onun  yenidən  ifadəsinə  ehtiyac  var,  lakin  ondan  ifadə  almadan  boş 
kağıza imza atdırıblar və onu sərbəst buraxıblar. M.Abdullayev ona hökm çıxarıldığı 
gün məhkəmə zalında həbs edilib.  
 
M.Abdullayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2013-cü il tarixli 
hökmü  ilə  10  il  müddətinə  azadlıqdan  məhrum  edilib.  Şirvan  Apellyasiya 
Məhkəməsi  (hakim  Saleh  Süleymanov)  03  iyun  2014-cü  ildə  bu  hökmü  qüvvədə 
saxlayıb.  Ali  Məhkəmə  də  05  mart  2015-ci  ildə  M.Abdullayevin  şikayətini  təmin 
etməyib
 
M.Abdullayevin  10  il  əvvəl  açılmış  cinayət  işi  əsasında  həbs  edilməsi,  ondan  ifadə 
almaq  əvəzinə  boş  kağıza  imza  atdırılması,  məhkəmə  prosesləri  zamanı  yalnız 
Kürdəmir  Rayon  Polis  Şöbəsinin  keçmiş  əməkdaşlarının  şahid  qismində  verdikləri 
ifadələrin  əsas  götürülməsi,  başqa  sübutların  araşdırılmaması  göstərir  ki,  onu  əmisi 
Elşad  Abdullayevin  tənqidi  mövqeyinə  və  hakimiyyətlə  münasibətlərinin 
kəskinləşməsinə görə həbs ediblər.    
 
 
147.
 
Murad Güləhməd oğlu 
ƏDİLOV
       


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
111 
 
                                                                                           
 
Saxlanma tarixi:  11 avqust 2014-cü il 
 
İttiham: CM-in 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və 
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop 
maddələri satma, külli miqdarda törədildikdə) maddəsi 
 
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:    AXCP  mətbuat  katibi  və  “Azərbaycan  Saatı”  proqramının 
aparıcılarından  biri,  siyasi  təqiblərə  görə  hazırda  Fransada  yaşayan  Natiq  Ədilovun 
qardaşı Murad Ədilov bu proqrama qarşı aparılan kampaniya çərçivəsində həbs edilən 
şəxslərdən biridir.  
 
Bu  proqramın  rəhbəri  Qənimət  Zahidin  də  yaxın  qohumları  həbs  edilib  və 
M.Ədilovun işində olduğu kimi eyni ittihamlarla ağır cəzaya məhkum ediliblər (iki ilə 
yaxın həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıblar). Bu proqram kimi xaricdən 
yayımlanan  Meydan  TV  əməkdaşlarının  da  yaxın  qohumlarına  qarşı  analoji 
ittihamlarla  həbs  ediliblər  (bir  müddət  həbsdə  saxlandıqdan  sonra  onlar  azadlığa 
buraxılıb).  
 
M.Ədilov  Sabirabad  rayonunda  həbs  edilərkən  həm  rayon  polis  şöbəsində,  həm  də 
sonradan Bakıda saxlandığı polis idarəsində işgəncələrə və qeyri-insani rəftara məruz 
qaldığı  barədə  məlumat  versə  və  rəsmi  müraciətlər  etsə  də,  bunlar  lazımi  şəkildə 
araşdırılmayıb. O, Bakı İstintaq Təcridxanasına aparılan zaman bədənində qançırların 
olması sənədlərdə əks olunsa da, bu fakt da araşdırılmayıb. Həbsdən az müddət əvvəl 
hakimiyyətə xüsusi yaxınlığı ilə fərqlənən və müxalif mövqedə olan şəxslər barəsində 
qarayaxma  süjetlər  və  proqramlar  təqdim  edən  Lider  telekanalında  jurnalist  Natiq 
Ədilova və onun ailəsinə qarşı qarayaxma xarakterli məlumatlar yayılıb.  
 
Onun məhkəmə prosesləri də sübut edib ki, istintaq qərəzli aparılıb, sübutlar qismində 
ancaq  polislərin  və  hal  şahidlərinin  ifadələri  istifadə  edilib.  M.Ədilovun  ailəsinə 
məxsus  geniş  evdə  ancaq  bir  otaqda  axtarış  aparılıb  və  həmin  otaqdan  da  narkotik 
maddənin  tapıldığı  iddia  edilib,  halbuki  əməliyyat  narkotik  maddənin  həqiqətən  də 
tapılması üçün keçirilsəydi, bütün mənzildə axtarış aparılmalıydı.  
 
M.Ədilov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü 
ilə  6  il  müddətinə  azadlıqdan  məhrum  edilib.  Şirvan  Apellyasiya  Məhkəməsi  27 
oktyabr 2015-ci  ildə, Ali Məhkəmə isə  22 aprel  2016-cı  ildə  hökmü dəyişdirmədən 
qüvvədə saxlayıb.      
 
M.Ədilov ailəlidir,  3 azyaşlı övladı var ki, böyüyü 7 yaşındadır.   
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə