Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə52/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   48   49   50   51   52   53   54   55   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
108 
 
şəxslər  üçün  birbaşa  və  ya  dolayı  yolla,  şəxsən  və  ya  vasitəçidən  istifadə  etməklə 
maddi və  sair neməti, imtiyazı  və  ya güzəşti istəməsi  və  ya alması,  yaxud bu barədə 
təklif və ya vədi qəbul etməsi, təkrar törədildikdə) maddəsi 
 
Saxlandığı yer:  9 saylı Cəzaçəkmə Müəssisəsi  
 
İş  üzrə  qısa  arayış:  Hakim  Yeni  Azərbaycan  Partiyasının  yaradıcılarından  biri, 
keçmiş  deputat  və  Müdafiə  Nazirliyinin  mətbuat  xidmətinin  rəhbəri  olmuş  Eldar 
Sabiroğlunun  oğlu  olan  Rüfət  Səfərov  Zərdab  Rayon  Prokurorluğunun  müstəntiqi 
vəzifəsində  çalışıb.  2015-ci  ilin  dekabrında  kütləvi  ədalətsizliyə,  qanunsuzluqlara, 
insan  hüquqlarının  pozulmasına  görə  vəzifəsindən  istefa  verib  və  bu  barədə  Baş 
Prokurora 
məktub 
göndərib. 
O, 
məktubu 
həm 
də 
mətbuat 
vasitəsilə 
ictimaiyyətləşdirib.  R.Səfərov müxalifətə  keçdiyini  və bundan sonra haqsızlığa qarşı 
mübarizə  aparacağını  sosial  şəbəkələrdə  bildirib.  Səfərov  atasına  qarşı  olan  haqsız 
hücumların da onun istefasına  gətirib çıxaran səbəblərdən biri olduğunu  vurğulayıb. 
Belə  ki,  Səfərovun  atası  Prezident  Administrasiyasının  rəhbəri  Ramiz  Mehdiyevin 
ünvanına sərt çıxışlar edib və bundan sonra ona qarşı təzyiqlər başlayıb.   
 
R.Səfərovun bu addımından qısa müddət sonra - 2016-cı il yanvarın 15-də ona qarşı 
ittiham  irəli  sürülüb  və  barəsində  Binəqədi  Rayon  Məhkəməsinin  qərarı  ilə  həbs 
qətimkan tədbiri seçilib. Həbsindən sonra onun iş otağında, kirayədə qaldığı mənzildə 
axtarış aparılıb, kompüter və telefonu götürülüb. Yanvarın 22-də isə Binəqədi Rayon 
Məhkəməsi  həbs  qətimkan  tədbirini  ev  dustaqlığı  qətimkan  tədbiri  ilə  əvəzlənməsi 
barədə qərar qəbul edib.  
 
R.Səfərov  siyasi  bəyanat  verərək  bildirib  ki,  tutduğu  vəzidən  uzaqlaşdıqdan  dərhal 
sonra onun barəsində cinayət işinin açılması cinayət təqibinin siyasi motivli olduğunu 
göstərir.  Bundan  başqa,  ittihama  görə,  R.Səfərovun  rüşvət  aldığı  iddia  edilən  bütün 
şəxslər  Zərdab  rayonunda  fəaliyyət  göstərən  vəzifəli  şəxslərdir  (Əlibəyli  kənd 
bələdiyyəsinin  sədri  Elçin  Xəlilov,  Zərdab  rayon  Elektrik  Şəbəkəsinin  məsul  işçisi 
Ələmdar  Abbasov,  Zərdab  rayon  Baytarlıq  İdarəsinin  əməkdaşı  Mansur  Pənahov, 
Zərdab  rayon  Mədəniyyət  və  Turizm  Şöbəsinin  müdiri  Eldəniz  Abdullayev),  onlar 
2014-cü ildə rüşvət verdikləri ilə bağlı şikayətləri məhz R.Səfərov vəzifəsindən istefa 
verdikdən sonra tədqim ediblər. İlkin məhkəmə prosesində R.Səfərovun vəkili rüşvət 
verən  vəzifəli  şəxslərin  barəsində  xüsusi  qərar  çıxarılaraq  onların  məsiuliyyətə  cəlb 
olunması üçün tədbir görülməsi barədə vəsatət versə də, bu vəsatət təmin edilməyib.  
Bu  faktın  özü  göstərir  ki,  ittiham  saxtalaşdırılıb,  əks  halda  rüşvət  verən  şəxslər  də 
cinayət məsuliyyətinə cəlb edilməli idi, belə ki, qanunvericiliyə görə, rüşvət vermə də 
cinayət sayılır.   
 
Məhkəmə  prosesləri  zamanı  şahidlər  kəskin  ziddiyyətli  ifadələr  verib.  Vəkil 
şahidlərin  güya  R.Səfərovun  rüşvət  istədiyini  görmələri  barədə  ifadələrindən  sonra 
onların  da  cinayəti  bilib  gizlətmə  cinayətinə  yol  verdiklərinə  görə  məsuliyyətə  cəlb 
edilmələri  üçün  araşdırmanın  aparılmasından  ötrü  xüsusi  qərarın  çıxarılması  barədə 
vəsatət verib. Lakin bu vəsatət də təmin edilməyib.  
  
İş üzrə adı keçən şahidlərdən biri Babək Hacıyev istintaqa verdiyi ifadəni məhkəmədə 
təsdiqləməyib və bildirib ki, prokurorluqda ona hazır mətn veriblər və o da oxumadan 
onu  imzalayıb,  məhkəmə  zamanı  məlum  olub  ki,  bu  ifadə  R.Səfərovun  əleyhinədir. 
Güya  o,  Baytarlıq  İdaərsinin  əməkdaşından  rüşvət  aldığını  Babək  Hacıyevə  özü 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
109 
 
deyib.  Digər  şahid,  Zərdab  rayon  Baytarlıq  İdarəsinin  əməkdaşı  Şaiq  Əliyev 
R.Səfərovun rüşvət aldığını görmədiyini, bu barədə yalnız eşitdiyini bildirib.  
 
Rüfət  Səfərov  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  hakim  Asim 
Hacıyev) 08 sentyabr 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum 
edilərək  məhkəmə  zalında  həbs  olunub.  Dövlət  ittihamçısı  onun  10  il  müddətinə 
azadlıqdan  məhrum  edilməsini  tələb  edib.  R.Səfərov  və  vəkili  son  söz  üçün  vaxt 
istəsələr  də,  hakim  onların  bu  xahişini  rədd  edib.  Şirvan  Apellyasiya  Məhkəməsi 
(sədrlik  edən  hakim  Ələsgər  Novruzov)  bu  hökmü  22  dekabr  2016-cı  il,  Ali 
Məhkəmə  isə  (sədrlik  edən  hakim  Gülzar  Rzayeva)  11  iyul  2017-ci  il  tarixdə 
dəyişdirmədən qüvvədə saxlayıb.    
 
R. Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra bir neçə dəfə karsa 
salınıb.  R.Səfərov  və  vəkilləri  bu  cəzaların  qanunsuz  olduğunu  və  onu  sındırmaq 
məqsədi güddüyünü iddia edirlər. 
  
 
I. SİYASİ GİROVLAR 
 
146.
 
Mübariz Əslan oğlu 
ABDULLAYEV
     
                                                                                                 
                   
 
 
Saxlanma tarixi: 21 avqust 2013-cü il  
 
 
        
© şəxsi Facebook profili
 
 
İttiham:  CM-in  182.3.2-ci  (hədə-qorxu  ilə  tələb  etmə,  külli  miqdarda  əmlak  əldə 
etmək məqsədi ilə törədildikdə) maddəsi 
 
Saxlandığı yer:  Şəki Penitensiar Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Mübariz  Abdullayev  ləğv  edilmiş  Azərbaycan  Beynəlxalq 
Universitetinin  keçmiş  rektoru  Elşad  Abdullayevin  qardaşı  oğludur.  2010-cu  ildə 
rektoru  olduğu  Universitetinin  lisenziyası  ləğv  edildikdən  sonra  hakimiyyətlə 
münasibətləri kəskinləşən və bu səbəbdən də ölkədən qaçaraq hazırda Fransada siyasi 
mühacirət  həyatı  yaşayan  Elşad  Abdullayev  2012-ci  ilin  sentyabrında  qalmaqallı 
videonun  yayılması  ilə  gündəmə  gəlib.  Videoda  Elşad  Abdullayevlə  həmin  dövrdə 
hakim  partiyadan  millət  vəkili  olmuş  Gülər  Əhmədova,  o  sıradan  görüşdə  vasitəçi 
kimi təqdim edilən millət vəkilinin rəfiqəsi Sevinc Babayeva arasında  danışıqlar əks 
olunub, millət vəkili Elşad Abdullayevin millət vəkili seçilməsi üçün ondan 1 milyon 
manat  pul  istəyib  və  bu  vəsaitin  Prezident  Administrasiyasının  rəhbəri  Ramiz 
Mehdiyevə  veriləcəyini  bildirib.  Bu  video  yayıldıqdan  sonra  Sevinc  Babayeva 
naməlum şəraitdə Türkiyədə ölüb, Gülər Əhmədova isə 2013-cü ilin fevralında həbs 
olunub  (bir  müddətdən  sonra  o,  Bakı  Apellyasiya  Məhkəməsinin  qərarı  ilə  azadlığa 
çıxıb). E.Abdullayev bu videodan sonra daha bir neçə qalmaqallı video  yayıb və bu 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə