Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə42/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
88 
 
yanvarında  cəzasının  qalan  hissəsini  çəkmək  üçün  ciddi  rejimli  8  saylı  Cəzaçəkmə 
Müəssisəsinə köçürülüb.     
_____________________________________________________________________ 
 
 
F.  ÖMÜRLÜKLƏR 
 
Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri 
 
Xüsusi  Təyinatlı  Polis  Dəstəsi  (XTPD)  1988-ci  ildən  Azərbaycanın  Dağlıq  Qarabağ 
bölgəsində  başlanan  separatçı  hadisələr  və  nəticədə  90-cı  illərin  əvvəllərində  Sovet 
İttifaqının  dağılması  nəticəsində  müstəqillik  qazanmış  Azərbaycan  və  Ermənistan 
arasında  başlayan  müharibəyə  görə  bu  dəstənin  komandiri  Rövşən  Cavadovun 
rəhbərliyi  altında  hərbi  əməliyyatlarda  iştirak  edib.  Münaqişə  zamanı  ilkin 
döyüşlərdən  sonra  R.Cavadova  polkovnik  rütbəsi  verilib  və  onun  rəhbərlik  etdiyi 
hərbi birləşmə XTPD adını alıb. 1991-ci ildə müharibədə  göstərdikləri qəhrəmanlığa 
görə  bir  sıra  XTPD-çiyə  Milli  Qəhrəman  adı  verilib.  1993-cü  ildə  hakimiyyətə 
gəlməsində  misilsiz  rol  oynadığına  görə  keçmiş  prezident  Heydər  Əliyev  (hazırkı 
Prezident İlham Əliyevin atası) R.Cavadovu daxili işlər nazirinin müavini təyin edib, 
XTPD  isə  nazirliyin  tərkibində  saxlanılıb.  Siyahıda  adı  olan  Elçin  Əmiraslanov 
XTPD-nin  Qazax  bölməsinin  komandiri  təyin  olunub.  Bununla  belə,  bir  müddətdən 
sonra  Rövşən  Cavadovla  Heydər  Əliyev  arasında  ciddi  fikir  ayrılığı  yaranıb  və 
getdikcə dərinləşməyə başlayıb. 1995-ci ilin yanvarında Elçin Əmiraslanov və Qazax 
XTPD-çiləri  rayonun  Şıxlı  kəndindən  Ermənistan  ərazisinə  neft  keçirilməsinin 
qarşısını alıb, 22 neft çənini Qazax rayon Polis Şöbəsinə təhvil verib və bununla bağlı 
E.Əmiraslanov  dövlət  televiziyasında  çıxış  edərək  neft  keçirmək  istəyən  şəxslərin 
tutulmamasına  görə  tənqidi  fikirlər  səsləndirib.  Məhz  bundan  sonra  XTPD-çilərlə 
Heydər  Əliyev  arasında  ziddiyyətlər  açıq  mübarizə  müstəvisinə  keçib.  1995-ci  il 
matın  13-də  XTPD-nin  Qazax  bölməsinə  hücum  olub  və  qanlı  döyüş  baş  verib. 
Martın 14-də daxili işlər naziri Ramil Usubov (hazırda da bu vəzifəni daşıyır) XTPD-
nin  buraxılması  və  3  gün  ərzində  silahların  təhvil  verilməsi  barədə  əmr  imzalayıb. 
Bununla belə martın 16-dan 17-ə keçən gecə XTPD-nin Bakıdakı qərargahı ətrafında 
XTPD-çilərlə daxili qoşunlar arasında silahlı toqquşma baş verib, nəticədə XTPD-nin 
rəisi  Rövşən  Cavadov  aldığı  güllə  yaraları  nəticəsində  Daxili  İşlər  Nazirliyinin 
hospitalında ölüb.  
 
Bundan  sonra  ölkə  boyu  XTPD  üzvlərinin  həbsi  başlayıb.  Həbs  edilən  və  sonradan 
azadlıqdan  məhrum  edilən  çoxsaylı  XTPD-çilərə  qarşı  qiyam  ittihamı  ilə  yanaşı 
müxtəlif illərdə törədilmiş səs-küylü qətllərin törədilməsi ittihamları da irəli sürülüb. 
Azadlıqdan məhrum edilən XTPD-çilər ya həbsxanalarda ölüb, ya da sonrakı illərdə 
siyasi və  ya ehtimal edilən siyasi məhbuslar qismində bir qayda olaraq əfv vasitəsilə 
azadlığa  buraxılıb.  Sonuncu  dəfə  əfv  fərmanı  ilə  XTPD  üzvü  olmuş  Şəmsi 
Abdullayev 2012-ci ilin dekabrında azadlığa buraxılıb. Bununla belə, bir neçə XTPD-
çi hələ də həbsdə saxlanılır.    
 
Məhbusların  üzərinə  qoyulmuş  ittihama  əsasən,  Elçin  Əmiraslanovun  tapşırığı  ilə 
Səfa  Poladov  və  Arif  Kazımov  Qazax  rayonunda  yerləşən  “Akasiya”  restoranında 
Qazax rayon Polis Şöbəsinin rəisini və Qazax-Ağstafa rayonları üzrə MTN idarəsinin 
rəisini  öldürüblər.  Hər  3  məhbus  vətənə  xəyanət  maddəsi  ilə  təqsirli  bilinərək  ölüm 
cəzasına  məhkum  edilsələr  də,  bu  ittihamın  mahiyyətini  nə  istintaq,  nə  də  məhkəmə 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
89 
 
sübut  edib.  Daha  sonra  E.Əmiraslanov  Xüsusi  İdarənin  rəisi  Şəmsi  Rəhimovun  və 
Milli  Məclisin  sədr  müavini  Afiyəddin  Cəlilovun  qətlində  iştirakçılıqda  da  ittiham 
edilib.  
 
Məhkəmə  iclaslarında  Qazax  rayonunda  baş  vermiş  hadisə  ilə  bağlı  ittiham  sübuta 
yetməyib, ölən şəxslərin yaxınları həbs edilənlərə qarşı heç bir şikayət və tələblərinin 
olmadığını,  bu  adamların  onların  yaxın  qohumlarını  öldürmədiklərini,  onların 
Ermənistana neft keçirilməsi ilə bağlı istintaqla əlaqədar öldürüldüyünü bildiriblər.  
 
Bununla belə, E.Əmiraslanov, A.Kazımov və Ş.Poladov Azərbaycan Respublikası Ali 
Məhkəməsinin 28 noyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan SSR-nin 08 dekabr 
1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsinə əsasən ölüm cəzasına 
məhkum  ediliblər.  Ərizəçilər  məhkum  edilən  vaxt  onların  hökmündən  apellyasiya 
şikayətinin verilməsi qanunla nəzərdə tutulmurdu. Bundan əlavə, E.Əmiraslanov Ali 
Məhkəmənin  22  sentyabr  2000-ci  il  tarixli  qərarı  ilə  15  il  müddətinə  azadlıqdan 
məhrum  edilib  və  həmin  qərara  əsasən,  onun  əvvəlki  ömürlük  azadlıqdan 
məhrumetmə cəzası (ölüm cəzası bu cəza ilə əvəz edilmişdi) saxlanılıb. 
 
Fransada yaşayan və siyasi sığınacaq alan MTN-nin keçmiş əməkdaşı Ramin Nağıyev 
2010-2011-ci  illərdə  mətbuata  verdiyi  açıqlamalarında  və  yazılarında,  XTPD-çilərin 
ittiham edildiyi qətlləri onların deyil, 2005-ci ildə həbs edilmiş DİN-nin Baş Cinayət 
Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinin 
törətdiyini bildirib. R.Nağıyev Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun qətli ilə bağlı 
istintaq  qrupunun  üzvlərindən  biri  olub  və  1995-ci  ildə  heç  bir  səbəb  göstərilmədən 
istintaqdan kənarlaşdırılıb
62
. R.Nağıyevin bəyanatları rəsmi şəkildə təkzib edilməyib.  
 
Ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqi mübahisəlidir 
 
10  fevral  1998-ci  ildə  Azərbaycanda ölüm  cəzasının  ləğv  olunması ilə əlaqədar 
Azərbaycan 
Respublikasının 
Cinayət, 
Cinayət-Prosessual 
və İslah-Əmək 
Məcəllələrinə  dəyişikliklər  və əlavələr  edilməsi  haqqında  Milli  Məclis  Qanun  qəbul 
edib. Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindiyi günədək ölüm 
cəzasına 
məhkum 
olunmuş 
şəxslərin 
cəzası ömürlük 
azadlıqdan 
məhrumetmə cəzası ilə əvəz edilsin.  Faktiki olaraq ölüm cəzası həmin dövr üçün heç 
bir qanunvericilik aktında mövcud olmayan cəza növü ilə əvəz edilib.  
 
1995-ci  ilin  noyabr  ayının  12-də  qəbul  edilmiş  Azərbaycan  Respublikası 
Konstitusiyasının  147-ci  maddəsinə  əsasən  Konstitusiyasının  ölkə  ərazisində  ən 
yüksək  hüquqi  qüvvəsi  var.  Konstitusiya  birbaşa  hüquqi  qüvvəyə  malikdir  və 
Azərbaycanın  qanunvericilik  sisteminin  əsasıdır.  Konstitusiyanın  149-cu  maddəsinin 
7-ci  hissəsinə  əsasən  fiziki  və  hüquqi  şəxslərin  hüquqi  vəziyyətini  yaxşılaşdıran, 
hüquq  məsuliyyətini  aradan  qaldıran  və  ya  yüngülləşdirən  normativ  hüquqi  aktların 
qüvvəsi  geriyə  şamil  edilir.  Başqa  normativ  hüquqi  aktların  qüvvəsi  geriyə  şamil 
edilmir.  XTPD-çilərin  məhkum  olunduqları  Cinayət  Məcəlləsinin  23-cü  maddəsinə 
əsasən ölüm cəzası bağışlama qaydasında azadlıqdan məhrumetmə ilə əvəz edildikdə, 
azadlıqdan  məhrumetmə  15  ildən  çox  müddətə,  lakin  20  ildən  çox  olmayaraq  təyin 
edilə bilərdi. 
                                                        
62
 http://bit.ly/1f0C3kt   
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə