Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə44/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
92 
 
birləşmələr və  ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində 
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, 
yaxud  əsgəri  ləvazimatla  təchiz  etmə);  70-2-ci  maddənin  3-cü  hissəsi  (adamların 
həlak  olmasına  və  ya  başqa  ağır  nəticələrə  səbəb  olan  qanunvericilikdə  nəzərdə 
tutulmayan  silahlı  birləşmələr  və  ya  qrupların  tərkibində  dövlət  və  ya  ictimai 
müəssisələrə,  idarələrə,  təşkilatlara,  yaxud  ayrı-ayrı  şəxslərə  basqın  etmə);  71 
(qaçaqmalçılıq,  yəni  malların  və  ya  sair  qiymətli  şeylərin  xüsusi  saxlanc  yerlərində 
gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və  başqa sənədlərdən aldatma yolu 
ilə  istifadə  etməklə,  ya  külli  miqdarda,  ya  da  kontrabanda  ilə  məşğul  olmaq  üçün 
təşkil  olunmuş  bir  dəstə  şəxs  tərəfindən,  ya  qulluq  mövqeyindən  istifadə  etməklə 
vəzifəli şəxs tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən 
keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, 
silah  və  döyüş  sursatı,  hərbi  ləvazimatın  qaçaqmalçılığı);  15  (cinayətə  hazırlıq  və 
cinayətə sui-qəsd), 17 (iştirakçılıq), 94-cü maddənin 3-cü bəndi (zərər çəkmiş şəxsi öz 
qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə); 95 (CM-nin 94-
cü  maddəsində  göstərilən  ağırlaşdırıcı  əlamətlər  (tamah,    xuliqanlıq,  zərər  çəkmiş 
şəxsi öz qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə, iki və ya 
bir neçə şəxsi öldürmə, müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını 
öldürmə,  xüsusi  amansızlıqla  və  ya  bir  çox  şəxsin  həyatı  üçün  təhlükəli  olan  üsulla 
adamöldürmə,  başqa  cinayəti  gizlətmə  və  ya  onun  edilməsini  yüngülləşdirmə 
məqsədilə,  habelə  zorlamaqla  əlaqədar  adamöldürmə,  xüsusi  təhlükəli  residivist 
tərəfindən, yaxud əvvəllər qəsdən adam öldürmüş olan şəxs tərəfindən adamöldürmə) 
olmadan  qəsdən  adamöldürmə);  120-ci  maddənin  2-ci  hissəsi  (zərər  çəkən  şəxsin 
həyatı və ya səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab verməklə azadlıqdan 
məhrumetmə); 145-ci  maddənin  2-ci  hissəsinin 1,  2,  5 və  6-cı  bəndləri  (qabaqcadan 
əlbir  olan  bir  dəstə  şəxs  tərəfindən,    silah  və  ya  silah  kimi  istifadə  olunan  digər 
predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai əmlaka və ya vətəndaşların şəxsi 
əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud banditizm etmiş şəxs 
tərəfindən  edilən,  zərər  çəkənə  külli  miqdarda  zərər  vuran    quldurluq,  yəni 
vətəndaşların  şəxsi  əmlakına  sahib  olma  məqsədilə  hücuma  məruz  qalmış  şəxsin 
həyatı  və  ya  səhhəti  üçün  təhlükəli  zorakılıqla  və  ya  belə  zorakılıq  tətbiq  ediləcəyi 
hədəsi ilə bağlı olan basqın); 146 (hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin 
və  ya  onun  yaxın  adamlarının  şəxsiyyəti  üzərində  zor  göstərmə,  onların  haqqında 
rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə vətəndaşların 
şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı 
hərəkətlər  etməsini  tələb  etmə);  194-cü  maddənin  1-ci  hissəsi  (hüquq  verən  və  ya 
vəzifələrdən  azad  edən  rəsmi  sənədləri  hazırlama,  saxtalaşdırma,  satma  və  ya 
saxtalaşdırılmış sənədlərdən bilə-bilə istifadə etmə, habelə saxta sənədlər tərtib etmə 
məqsədilə  dövlət  müəssisələrinin,  idarələrinin,  təşkilatlarının  və  ya  ictimai 
müəssisələrin,  idarələrin,  təşkilatların  saxta  ştamplarını,  möhürlərini  və  ya 
blanklarını hazırlama, satma və ya əldə etmə), 207-ci maddənin 2-ci hissəsi (qərəzli 
xuliqanlıq,  yəni  öz  məzmununa  görə  müstəsna  dərəcədə  həyasızlıq  və  ya  xüsusi 
azğınlıqla  fərqlənən,  yaxud  hakimiyyət  nümayəndəsinə  və  ya  ictimai  qaydanı 
qorumaq  vəzifəsini  yerinə  yetirən  ictimaiyyət  nümayəndəsinə,  yaxud  da  xuliqanlıq 
hərəkətlərini  dəf  edən  başqa  vətəndaşlara  müqavimət  göstərməklə  əlaqədar  olan, 
habelə  əvvəllər  xuliqanlıq  üstündə  məhkum  olunmuş  şəxs  tərəfindən  edilən 
hərəkətlər); 207-ci maddənin 3-cü hissəsi (odlu silah, yaxud bıçaq, beşbarmaq və ya 
digər  soyuq  silah,  habelə  bədənə  xəsarət  yetirmək  üçün  xüsusi  düzəldilmiş  başqa 
şeylər  işlətmə  və  ya  işlətməyə  cəhd  göstərmə  ilə  törədilən  xuliqanlıq);  220-ci 
maddəsinin  1-ci  hissəsi  (müvafiq  icazə  olmadan  odlu  silah  (yivsiz  lüləli  ov 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
93 
 
tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə 
etmə, hazırlama və ya satma); 220-ci maddəsinin 2-ci hissəsi (milli geyim ləvazimatı 
hesab olunan hallar istisna edilməklə xəncər, fin bıçağı və sair soyuq silahı müvafiq 
icazə  olmadan  gəzdirmə,  hazırlama  və  ya  satma);  220-1-ci  maddəsinin  3-cü  hissəsi 
(odlu  silahın  (yivsiz  lüləli  ov  silahından  başqa),  döyüş  sursatının  və  ya  partlayıcı 
maddələrin  quldurcasına basqın yolu  ilə, yaxud xüsusi təhlükəli residivist tərəfindən 
oğurlanması)  
 
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası 
 
 
123.
 
Arif Nazir oğlu 
KAZIMOV 
 
 
Saxlanma tarixi: 10 dekabr 1996-cı il          
                                                                                                    
 
İttiham: 1960-cı il tarixli CM-in 57 (vətənə xəyanət); 59-cu maddəsinin 1-ci hissəsi 
(dövlət  xadimini  və  ya  ictimai  xadimini  yaxud  hakimiyyət  nümayəndəsini  siyasi 
niyyətlərlə öldürmə); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-
ci  hissəsi  (dövlət  xadimini  və  ya  ictimai  xadimini  yaxud  hakimiyyət  nümayəndəsini 
siyasi  niyyətlərlə  öldürmə);    70  (dövlət  müəssisələrinə,  idarələrinə,  təşkilatlarına  və 
ya ictimai  müəssisələrə,  idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı  şəxslərə  basqın etmə 
məqsədilə  silahlı  bandalar  təşkil  etmə,  habelə  belə  bandalarda  və  onların  etdikləri 
basqınlarda  iştirak  etmə);  70-2-ci  maddənin  1-ci  hissəsi  (qanunvericilikdə  nəzərdə 
tutulmayan  silahlı  birləşmələr  və  ya  qruplar  yaratma,  eləcə  də  onların 
yaradılmasında  və  fəaliyyətində  iştirak  etmə,  onları  silahla,  döyüş  sursatı  ilə, 
partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə); 70-2-
ci maddənin 3-cü hissəsi (adamların həlak olmasına və ya başqa ağır nəticələrə səbəb 
olan  qanunvericilikdə  nəzərdə  tutulmayan  silahlı  birləşmələr  və  ya  qrupların 
tərkibində  dövlət  və  ya  ictimai  müəssisələrə,  idarələrə,  təşkilatlara,  yaxud  ayrı-ayrı 
şəxslərə basqın etmə); 71 (qaçaqmalçılıq,  yəni  malların  və ya sair qiymətli  şeylərin 
xüsusi  saxlanc  yerlərində  gizlədilməsilə,  yaxud  gömrükxana  sənədlərindən  və  başqa 
sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda 
ilə  məşğul  olmaq  üçün  təşkil  olunmuş  bir  dəstə  şəxs  tərəfindən,  ya  qulluq 
mövqeyindən  istifadə  etməklə  vəzifəli  şəxs  tərəfindən  qanunsuz  olaraq  Azərbaycan 
Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir 
edən  və  zəhərləyici  maddələrin,  silah  və  döyüş  sursatı,  hərbi  ləvazimatın 
qaçaqmalçılığı); 145-ci maddənin 2-ci hissəsinin 1,2,5 və 6-cı bəndləri (qabaqcadan 
əlbir  olan  bir  dəstə  şəxs  tərəfindən,    silah  və  ya  silah  kimi  istifadə  olunan  digər 
predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai əmlaka və ya vətəndaşların şəxsi 
əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud banditizm etmiş şəxs 
tərəfindən  edilən,  zərər  çəkənə  külli  miqdarda  zərər  vuran    quldurluq,  yəni 
vətəndaşların  şəxsi  əmlakına  sahib  olma  məqsədilə  hücuma  məruz  qalmış  şəxsin 
həyatı  və  ya  səhhəti  üçün  təhlükəli  zorakılıqla  və  ya  belə  zorakılıq  tətbiq  ediləcəyi 
hədəsi ilə bağlı olan basqın); 146 (hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə