Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə47/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
98 
 
 
126.
 
İlkin Oruc oğlu 
ABDULLAYEV
  
 
Saxlanma tarixi: 24 avqust 2015-ci il                                        
         
İttiham: CM-nin 288.4-cü (işin və ya müvafiq materialların məhkəmədə baxılması ilə 
əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına 
zərər  vurmaqla,  əmlakını  məhv  etməklə  və  ya  əmlakını  zədələməklə  hədələmə,  həyat 
və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə)  
 
Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Abdullayev  Şəki  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən 
hakim  Rəşid  Hüseynov)  17  avqust  2016-cı  il  tarixli  hökmü  ilə  6  il  müddətinə 
azadlıqdan məhrum edilmişdir.  
 
Abdullayev ailəlidir, 3 azyaşlı övladı var.  
 
 
127.
 
Nəsir Vaqif oğlu 
HÜSEYNOV
  
 
Saxlanma tarixi: 22 avqust 2015-ci il                                        
 
İttiham: CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə 
yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq  üçün 
təhlükəli olan zor tətbiq etmə) maddələri 
 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Hüseynov  Mingəçevir  Şəhər  Məhkəməsinin  (hakim  Rasim 
Kazımov)  20  iyun  2016-cı  il  tarixli  hökmü  ilə  4  il  müddətinə  azadlıqdan  məhrum 
edilmiş, Şəki Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Elçin Hüseynov) bu hökmü 
16 dekabr 2016-cı il tarixdə qismən dəyişərək cəza müddətini 3 ilə endirmişdir.  
 
 
128.
 
İlqar Əliniyaz oğlu 
XƏLİLOV
 
 
Saxlanma tarixi:  22 avqust 2015-ci il                                       
 
İttiham: CM-nin 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silah, o cümlədən soyuq 
atıcı  silahı  əldə  etmə,  satma  və  ya  gəzdirmə),  233  (ictimai  qaydanın  pozulmasına 
səbəb  olan  hərəkətləri  təşkil  etmə  və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və 
315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə 
qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri 
 
Saxlandığı yer: Vərəmli məhkumlar üçün 3 saylı Müalicə Müəssisəsi 
 
İş üzrə qısa arayış: Xəlilov Mingəçevir Şəhər Məhkəməsinin (hakim Rasim Kazımov) 
20 iyun 2016-cı il tarixli hökmü ilə 5  il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 
Şəki  Apellyasiya  Məhkəməsi  (sədrlik  edən  hakim  Elçin  Hüseynov)  bu  hökmü  16 
dekabr 2016-cı il tarixdə dəyişdirmədən qüvvədə saxlamışdır.  
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
99 
 
Xəlilovun  səhhətində  ciddi  problemlər  var,  ayağına  mil  qoyulub,  vərəm  xəstəsi 
olduğundan vərəmli məhkumlar üçün nəzərdə tutulmuş müəssisədə saxlanılır.  
 
 
129.
 
Dilqəm Dilqami oğlu 
MAHMUDZADƏ
 
 
Saxlanma tarixi: 22 avqust 2015-ci il                                        
 
İttiham: CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə 
yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq  üçün 
təhlükəli olan zor tətbiq etmə) maddələri 
 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş üzrə qısa arayış: Mahmudzadə Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən 
hakim  Rəşid  Hüseynov)  17  avqust  2016-cı  il  tarixli  hökmü  ilə  4  il  müddətinə 
azadlıqdan  məhrum  edilib,  Şəki  Apellyasiya  Məhkəməsi  (sədrlik  edən  hakim 
Mirbahəddin  Hüseynov)  bu  hökmü  30  noyabr  2016-cı  il  tarixdə  dəyişdirmədən 
qüvvədə saxlayıb.  
 
 
130.
 
Sirac Azər oğlu 
RƏHİMOV
 
 
Saxlanma tarixi: 22 avqust 2015-ci il                                                                            
 
İttiham: CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə 
yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq  üçün 
təhlükəli olan zor tətbiq etmə) maddələri 
 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Rəhimov  Mingəçevir  Şəhər  Məhkəməsinin  (hakim  Rasim 
Kazımov) 20 iyun 2016-cı il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum 
edilib, Şəki Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Elçin Hüseynov) bu hökmü 
16 dekabr 2016-cı il tarixdə qismən dəyişərək cəza müddətini 2 il 6 aya endirib. 
 
Rəhimov 3-cü qrup epilepsiya xəstəsidir.  
 
 
(3) 2016-cı il Siyəzən etirazlarına görə tutulanlar 
 
2016-cı  ilin  yanvarında  Azərbaycanın  bəzi  regionlarında  manatın  ikinci  dəfə 
devalvasiyası  nəticəsində  bir  sra  ərzaq  məhsullarının,  xüsusən  də  unun  qiymətinin 
artmasına etiraz olaraq aksiyalar keçirilib. Belə aksiyalardan biri və kütləvisi yanvarın 
12-i  və  13-də  Bakıdan  təxminən  100  km  məsafədə  yerləşən  Siyəzən  rayonunda  baş 
tutmub.  Rayon  sakinləri  yerli  icra  hakimiyyəti  binasının  qarşısına  toplaşaraq  qiymət 
artımına və sosial problemlərlə bağlı etiraz aksiyası keçiriblər.  
 
Hadisə  ilə  bağlı  yayılmış  rəsmi  məlumat  Azərbaycan  regionlarında  daha  əvvəlki 
illərdə  baş  vermiş  etiraz  aksiyaları  zamanı  yayılan  məlumatlardan  fərqlənməyib. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə