Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə45/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
94 
 
və  ya  onun  yaxın  adamlarının  şəxsiyyəti  üzərində  zor  göstərmə,  onların  haqqında 
rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə vətəndaşların 
şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı 
hərəkətlər etməsini tələb etmə); 207-ci maddənin 2-ci hissəsi (qərəzli xuliqanlıq, yəni 
öz  məzmununa görə  müstəsna  dərəcədə  həyasızlıq və  ya xüsusi azğınlıqla  fərqlənən, 
yaxud  hakimiyyət  nümayəndəsinə  və  ya  ictimai  qaydanı  qorumaq  vəzifəsini  yerinə 
yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq hərəkətlərini dəf edən başqa 
vətəndaşlara  müqavimət  göstərməklə  əlaqədar  olan,  habelə  əvvəllər  xuliqanlıq 
üstündə  məhkum  olunmuş  şəxs  tərəfindən  edilən  hərəkətlər);  220-ci  maddəsinin  1-ci 
hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş 
sursatı  və  ya  partlayıcı  maddələr  gəzdirmə,  saxlama,  əldə  etmə,  hazırlama  və  ya 
satma);  220-ci  maddəsinin  2-ci  hissəsi  (milli  geyim  ləvazimatı  hesab  olunan  hallar 
istisna  edilməklə  xəncər,  fin  bıçağı  və  sair  soyuq  silahı  müvafiq  icazə  olmadan 
gəzdirmə,  hazırlama  və  ya  satma);  220-1-ci  maddəsinin  3-cü  hissəsi  (odlu  silahın 
(yivsiz  lüləli  ov  silahından  başqa),  döyüş  sursatının  və  ya  partlayıcı  maddələrin 
quldurcasına  basqın  yolu  ilə,  yaxud  xüsusi  təhlükəli  residivist  tərəfindən 
oğurlanması)  
 
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası 
 
 
124.
 
Səfa Alim oğlu 
POLADOV
 
 
Saxlanma tarixi: 10 dekabr 1996-cı il                                              
 
 
İttiham:  1960-cı  il  CM-in  59-cu  maddəsinin  1-ci  hissəsi  (dövlət  xadimini  və  ya 
ictimai  xadimini  yaxud  hakimiyyət  nümayəndəsini  siyasi  niyyətlərlə  öldürmə);  15 
(cinayətə  hazırlıq  və  cinayətə  sui-qəsd),  59-cu  maddəsinin  1-ci  hissəsi  (dövlət 
xadimini  və  ya  ictimai  xadimini  yaxud  hakimiyyət  nümayəndəsini  siyasi  niyyətlərlə 
öldürmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı 
birləşmələr və  ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində 
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, 
yaxud  əsgəri  ləvazimatla  təchiz  etmə);  71  (qaçaqmalçılıq,  yəni  malların  və  ya  sair 
qiymətli  şeylərin  xüsusi  saxlanc  yerlərində  gizlədilməsilə,  yaxud  gömrükxana 
sənədlərindən  və  başqa  sənədlərdən  aldatma  yolu  ilə  istifadə  etməklə,  ya  külli 
miqdarda,  ya  da  kontrabanda  ilə  məşğul  olmaq  üçün  təşkil  olunmuş  bir  dəstə  şəxs 
tərəfindən,  ya  qulluq  mövqeyindən  istifadə  etməklə  vəzifəli  şəxs  tərəfindən  qanunsuz 
olaraq  Azərbaycan  Respublikası  dövlət  sərhədindən  keçirilməsi,  habelə  partlayıcı, 
bihuşedici,  güclü  təsir  edən  və  zəhərləyici  maddələrin,  silah  və  döyüş  sursatı,  hərbi 
ləvazimatın  qaçaqmalçılığı);  220-ci  maddəsinin  1-ci  hissəsi  (müvafiq  icazə  olmadan 
odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr 
gəzdirmə, saxlama, əldə  etmə, hazırlama və ya satma); 120-ci maddənin 2-ci hissəsi 
(zərər çəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab 
verməklə azadlıqdan məhrumetmə);   
 
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası 
_____________________________________________________________________ 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
95 
 
 
G. SOSİAL ETİRAZLARLA BAĞLI TUTULANLAR 
 
(1) 2013-cü il İsmayıllı etirazlarına görə tutulanlar 
 
2013-cü  il  yanvarın  23-ü  axşam  saatlarında  İsmayıllıda  yerləşən  “Çıraq”  hotelinin 
(hotelin Əmək və Əhalinin Müdafiəsi naziri (keçmiş) Füzuli Ələkbərovun oğlu Vüqar 
Ələkbərova məxsusluğunu həmin hadisələrə görə həbs edilən İlqar Məmmədov rəsmi 
sənədlər  yayaraq  sübut  etmişdi)  inzibatçısı  Emil  Şəmdinov  və  onun  tanışı  Elməddin 
Məmmədov içkili vəziyyətdə yerli taksi sürücüsünün maşınını vurduqdan sonra taksi 
sürücüsünün özünə də zərbələr endiriblər. Hər iki şəxs hadisə yerinə yığılan çoxsaylı 
İsmayıllı  sakinlərini  təhqir  ediblər.  Bu,  hadisə  yerində  olan  və  sonradan  gələn 
İsmayıllı  sakinlərinin  etirazına  səbəb  olub,  qəzəblənmiş  kütlə  “Çıraq”  hotelinə  daş 
atmağa başlayıb və hotel yandırılıb. Etiraz edənlər nazir Füzuli Ələkbərovun qardaşı, 
rayon  icra  hakimiyyətinin  başçısı  Nizami  Ələkbərovun  da  istefasını  tələb  edib  və 
onun  evinə  sarı  gedərək  etirazlarını  burada  davam  etdirib,  evi  və  həyətdə  olan 
avtomobilləri  yandırıblar.  Etirazlara  görə  Bakıdan  və  qonşu  rayonlarından  çoxsaylı 
polis  qüvvələri  və  Daxili  Qoşun  əsgərləri  İsmayıllı  rayonuna  yeridilib  və  həbslər 
aparılıb.  Hadisələrə  görə  cinayət  işi  açılıb,  yanvarın  23-də  Emil  Şəmdinov  və 
Elməddin  Məmmədovdan  başqa  8  İsmayıllı  sakini  barədə  həbs  qətimkan  tədbiri 
seçilib,  23  nəfər  inzibati  qaydada  müxtəlif  müddətlərə  həbs  edilib.  Yanvarın  24-də 
həbs  edilənlərin  azadlığa  buraxılması  və  icra  başçısının  istefaya  göndərilməsi 
çağırışları  ilə  aksiyalar  davam  etdirilib,  etirazları  yatırmaq  üçün  polis  gözyaşardıcı 
qazdan və rezin güllələrdən istifadə edib.   
 
Cinayət işi çərçivəsində hadisələrə görə ümumilikdə 18 nəfər həbs olunub ki, onların 
16-sı İsmayıllı sakini, 2 nəfər isə hadisələri yerində öyrənmək üçün İsmayıllıya səfər 
etmiş  ReAL  Hərəkatının  Sədri  İlqar  Məmmədov  və  jurnalist  Tofiq  Yaqublu  olub. 
T.Yaqublu 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.  
 
Barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərə ilkin olaraq polisə müqavimət  və 
ictimai  qaydanı  kobud  surətdə  pozmaq  ittihamları  irəli  sürülsə  də,  sonradan  ictimai 
qaydanı  pozma  daha  ağır  ittihamla  -  kütləvi  iğtişaşlar  törətmə  və  ya  bu  iğtişaşlarda 
iştirak etmə ilə əvəzlənib. 
 
Şəki  Ağır  Cinayətlər  Məhkəməsinin  (hakim  Rəşid  Hüseynov)  17  mart  2014-cü  il 
tarixli  qərarı  ilə  həbs  edilmiş  şəxslərdən  10  nəfər  4  ildən  8  ilə  qədər  müddətlərə 
azadlıqdan  məhrumetmə  cəzalarına  məhkum  olunub,  8  nəfərə  şərti  cəza  kəsilərək 
onlar məhkəmə zalından azadlığa buraxılıb.   
 
Təqsirləndirilən  şəxslərin  bir  neçəsi  özlərini  qismən  təqsirli  bilsələr  də,  onların 
arasında  saxta  və  sifarişli  ittihamlarla  həbs  edilən  şəxslər  də  var.  Başqa  sözlə,  İlqar 
Məmmədov  və  Tofiq  Yaqublu  ilə  yanaşı,  İsmayıllı  sakinlərindən  də  açıq  siyasi 
motivlərlə  həbs  edilənlər  olub.  Bu  şəxslərin  cinayət  əməllərində  iştirakı  məhkəmədə 
sübuta  yetirilməyib, hətta şahid  kimi  ifadə  verən çoxsaylı polislər  yanğın törədən və 
daş  atan  şəxslərin  üzünü  görmədiklərini,  çoxsaylı  ümumi  etirazların  getdiyini 
vurğulayıblar.  Hotelin  sahibləri  və  hoteldə  qalanlar  zərərçəkmiş  kimi  tanınsalar  da, 
onlar təqsirləndirilənlərə qarşı heç bir iddialarının olmadığını məhkəmə proseslərində 
qeyd ediblər.     
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə