“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
Cinayət işinin materiallarında mənimsənildiyi iddia edilən məbləğlə həbs zamanı Baş
Prokurorluğun məlumatlarında açıqlanan məbləğlər arasında ciddi fərqlər olub. Cənab İnsanov
bütün vergiləri ödədiyini və təkcə 2005‐ci ildə 85000 manat vergi ödədiyini sübut edən qəbzləri
məhkəməyə təqdim edib. Qanunsuz özəlləşdirmə həyata keçirməkdə ittiham edilən cənab
İnsanov bu prosesin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və keçmiş
İqtisadi İnkişaf naziri Fərhad Əliyev tərəfindən həyata keçirildiyini bildirib və onların şahid kimi
məhkəməyə gətirilməsi ilə bağlı vəsatət versə də, bu, təmin edilməyib. Cənab İnsanovun həbs
edildiyi gün verdiyi ifadənin böyük bir hissəsi itirilmiş, nəticə etibarilə cinayət işinin
materiallarına əlavə edilməmişdir.
Keçmiş nazirin İnsan Hüquq və Əsas Azadlıqları haqqında Avropa Konvensiyanın 3‐cü (işgəncəyə
məruz qalmamaq) və 6‐cı (ədalətli məhkəmə hüququ) maddəsində nəzərdə tutulmuş
hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsinə şikayət verilmişdir. 2013‐cü ilin martın 14‐
də Avropa Məhkəməsi keçmiş nazirin hər iki hüququnun pozuntusunu tanıyıb
43
. Məhkəmə
keçmiş nazirin müdafiə hüququ və digər prosessual qaydaların pozulduğunu, əlavə araşdırma
aparılmasına ehtiyac olduğunu və Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməli
olduğunu qət edib. 2013‐cü il noyabrın 15‐də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına
əsasən işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərib. Apellyasiya
məhkəməsində işə baxılarkən cənab İnsanov hakimiyyət, konkret prezident İlham Əliyev barədə
kəskin tənqidi fikirlər səsləndirib. Növbəti məhkəmə zamanı Əli İnsanov şüşə qəfəsə salınıb və
hakim onun danışmasına icazə verməyib (keçmiş nazir tənqidi fikirlər səsləndirərkən hakim
səsin eşidilməsini təmin edən mikrofonu söndürüb). 25 fevral 2014‐cü ildə Apellyasiya
Məhkəməsi Əli İnsanov barəsində çıxarılan 11 illik azadlıqdan məhrum edilmə barədə hökmü
qüvvədə saxlayıb.
AŞ PA‐nın 2007‐ci ildə qəbul etdiyi 1545 saylı qətnaməsində Əli İnsanov
barəsində ədalətli məhkəmə keçirilməsi tövsiyə olunmuşdur
44
. AŞ PA‐nın Azərbaycan üzrə
keçmiş həmməruzəçiləri cənab Andres Herkel və xanım Jivkovanın apardıqları monitorinqin
əticələrinə dair 2008‐ci il mart ayında yayılmış hesabatda və AŞ PA‐nın 2008‐ci il 24 iyul tarixli
ətnaməsində də cənab İnsanovla bağlı narahatlıq əks olunmuşdur.
n
q
9
3.
Quliyev Nicat Əmir oğlu
Saxlanma
ust 2013‐cü il
tarixi:
07 avq
İttiham:
CM‐nin 228.1‐ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı
(yivsiz odlu ov silah
rtlayıcı maddələr və
qurğular əldə etmə,
ı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) pa
başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi
Saxlandığı yer:
3 saylı Bakı İstintaq Təcridxanası (Şüvəlan Təcridxanası)
İş üzrə qısa arayış:
Cənab Quliyev 1993‐95‐ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini
müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004‐cü ilədək orada prezident Aslan Abaşidzenin
müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda
bizneslə məşğul olub. N.Quliyev 2005‐ci il oktyabrın 19‐da parlament seçkilərindən əvvəl həbs
edilmiş, ona qarşı dövlət çevrilişinə cəhddə iştirak ittihamı irəli sürülsə də, az sonra azadlığa
buraxılıb. O, 2013‐cü il prezident seçkilərinə 2 ay qalmış 2005‐ci ildə olduğu kimi yenidən MTN
əməkdaşları tərəfindən Abşeronda yerləşən bağ evində həbs edilib. Həbsindən əvvəl prezident
seçkiləri üçün müxalifətin ilkin vahid namizəd seçilmiş tanınmış kinorejissor Rüstəm
İbrahimbəyov
ış və təzyiqlərlə üzləşən İbrahimbəyova dəstəyini ifadə
e
öz müsahibələrində cənab Quliyevlə çoxdan tanış olduğunu və
83
la telefonla danışm
tmişdir. Cənab İbrahimbəyov da
43
http://bit.ly/1myxEK1
44
http://bit.ly/P93hLW
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
d
Quliyevin ona zəng edərək hal‐əhval tutduğunu və məhz buna görə də həbs e ildiyini
bildirmişdir.
Nicat Quliyevin evində axtarış aparılıb, həyat yoldaşı bağa girənlərin hərəkətlərinə nəzarət
etmək iqtidarında olmayıb. Ailə üzvlərinin mobil telefonları əllərindən alınıb, onlara evdən
çıxmaq qadağan edilib. Nə axtardıqlarını izah etməyən MTN əməkdaşları Nicat Quliyevin
sənədlərini, evdəki kompüterləri, foto və video materialları, dəmir seyfi müsadirə ediblər. O
ı
t
ə
v
cümlədən bağ n həyətində olan yardımçı ikilidən v cənab Quliyevə məxsus a tomobildən
silahın tapıldığı iddia edilib.
Nicat Quliyev saxlandıqdan dərhal sonra öz vəkili ilə təmin edilmək və evə zəng etmək
hüququndan məhrum edilib. Avtomobilə baxış zamanı cənab Quliyevin iştirakı təmin edilməyib.
saxlandıqdan sonra avtomobili onun nəzarətindən kənarda ‐ MTN əməkdaşlarının sərəncamında
olub. Cənab Quliyev ittihamın saxta hesab edərək, ifadə verməkdən imtina edib. Abşeron rayon
Məhkəməsinin 02 aprel 2014‐cü il tarixli qərarı ilə cənab Quliyev 3 il müddətinə azadlıqdan
əhrum etmə cəzasına məhkum edilmişdir.
m
9
4.
Lətifov Asif Aydın oğlu
Saxlanma
ust 2012‐ci il
tarixi:
29 avq
İttiham:
CM‐nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı
(yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) və 232.1‐ci (
odlu
silahı, onun komplek
artlayıcı maddələri və qurğuları talama, yaxud
hədə‐qorxu ilə tələb
t hissələrini, döyüş sursatını, p
etmə) maddələri
Saxlandığı yer:
9 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış:
Cənab Lətifov Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) zabiti,
prezidentin mühafizəçisi olub, 17 il Xüsusi Təyinatlı "Beta" dəstəsində xidmət edib. Bu müddət
ərzində dəfələrlə mükafatlara layiq görülüb. 2011‐ci il martın 5‐də cənab Lətifovun həmin gün
hava limanında birgə xidmət etdiyi həmkarı Emin Ələkbərov tabeçiliyində olan patronu itirib,
cənab Lətifov isə patronu tapıb. Ziddiyyətdə olduğu üçün patronu “Beta” dəstəsinin komandirinə
yox, DXMX Müfəttiş Təşkilat İdarəsinə təhvil verib, bu hadisədən 4 gün sonra, o, Mülki Məcəllənin
156‐cı (xidməti uyğunsuzluq) maddəsi əsas gətirilərək işdən azad edilib. “Beta” dəstəsinin
komandiri Fikrət Rzayevlə cənab Lətifov arasında ziddiyyət sonuncunun XDMX‐də baş verən
qanunsuzluqlara, xüsusən “Beta” dəstəsinin komandiri Fikrət Rzayevin qanunsuz əməllərinə
etiraz etməsi nəticəsində yaranıb. Fikrət Rzayev hər ay “Beta” dəstəsinin üzvlərindən 30 manat
tələb etmiş, cənab Lətifov buna etiraz edərək XDMX‐nin Müfəttiş Təşkilat İdarəsinə şikayət
etmişdir. İşdən çıxarılmağı ilə barışmayan cənab Lətifov həm bu, həm də üzləşdiyi digər
qanunsuzluqları ictimailəşdirməyə başlamış, müxalifət və müstəqil qəzetlərdə müsahibələr və
yazılarla çıxış etmiş, bir neçə dəfə ictimaiyyət üçün mətbuat konfransları keçirmişdir. O, XDMX‐
nin rəhbərliyini məhkəməyə vermişdir.
Bir neçə dəfə xəbərdarlıq alan cənab Lətifov tənqidlərindən və ictimailəşdirmə fəaliyyətindən
vaz keçmədiyi üçün, üstündən 1 il 3 ay ötməsinə baxmayaraq, patronun itməsi və sonradan
cənab Lətifov tərəfindən tapılması hadisəsi onun əleyhinə yönəldilmiş, o, patronun qəsdən
Hərbi Prokurorluq
84
oğurlanmasında və vəzifələrini aşmaqda ittiham edilərək, barəsində
tərəfindən cinayət işi başlanılmışdır.
Cənab Lətifov 2013‐cü il yanvarın 28‐də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi