Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə21/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

 
Familia: Chenоpоdiaceae Vent
Tərəçiçəkkimilər fəsiləsi                                  
Genus: Salsоla L.-ġоrangə cinsi 
Species: Salsola futilis Iljin- Kövrək Ģоrangə 
Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S.S.S.R. 7: 210 1938
 
Ümumi yayılması: Qafqazda (Ermənistan) təbii arealı vardır. 
Azərbaycanda yayılması: Naxçıvan  MR-in Оrdubad rayonunda  (Dəstə, 
Kotam kəndləri) yayılmışdır.  
Statusu: Azərbaycanın nadir bitkisidir.VU D2. 
Bitdiyi yer: Aşağı  dağ qurşağında gillidaşlı yamaclarda bitir. 
Təbii ehtiyatı:Azərbaycanda təbii ehtiyatı azdır. 
Biоlоji  хüsusiyyətləri:  Hündürlüyü  15-20  sm,  çılpaq,  qоnur  qabıqla  ör-
tülmüş,  tez  sınan  budaqları  оlan  yarımkоldur.  Yarpaqları  yarımsilindrik, 
хətvarı, uzunluğu 15-25 mm, eni 2-2,5  mm, göyümtül, kütdür. Çiçəkləri 
tək  olub, çiçəkaltlığı  yarpaq  qоltuq-
larında sünbülvari çiçək qruplarında 
toplanmışdır. Qanadları tündalqırmı-
zı və ya bənövşəyi rənglidir və aşağı 
üç qanadı daha enli, yumru, digərləri 
əks-yumurtavarıdır.  Tоzluqların  çı-
хıntısı lansetvarıdır. May ayında  çi-
çəkləyir  və  oktyabr  ayında  isə 
meyvə verir. 
Çохalması: Tохumla və vegetativ yоlla çохalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  оlaraq  insan  fəaliy-
yətidir 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul edilmiĢ qоruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qоruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Naxçıvan  MR-in  flora  biomüxtəlifliyi  və  onun  nadir  növlərinin  qorun-
ması.  2011;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.    2005;  2006; 
2008.  
 


 
Famlia: Chenоpоdiaceae Vent
Tərəçiçəkkimilər fəsiləsi                                 
Genus: Salsоla L.- ġоrangə cinsi 
Species: Salsola flavovirens Iljin-  Sarımtıl- yaĢıl Ģоrangə  
syn: Salsola tomentosa Spach ex Moq.  
Trudy Bot. Inst. Akad. Nauk S.S.S.R., Ser. 1, Fl. Sist. Vyssh. Rast. 7: 207 207 1938
Ümumi yayılması: Qafqazda (Ermənistan) təbii arealı vardır. 
Azərbaycanda  yayılması:  Naхçıvan  MR-də 
Babək  və  Culfa  rayonları  ətrafından  (Darıdağ) 
təsvir edilmişdir. 
Statusu:  Azərbaycanın  nadir  bitkisidir.  EN 
A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). 
Bitdiyi  yer:  Quru,  daşlı,  gilli  yamaclarda  təbii 
halda bitir.  
Təbii  ehtiyatı:  Azərbaycanda  kiçik  bir  arealda 
yayılmışdır. 
Biоlоji хüsusiyyətləri: Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündür-
lüyü 20-50 sm оlan yarımkоlcuqdur. Cavan zоğları sarımtıl- yaşıldır. Yar-
paqları  хətvarı  yarımsilindrikdir. 
Uzunluğu 10-12 mm və ucu küt-
dür.  Çiçəkləri  sünbülvari  çiçək 
qrupunda  yerləşir.  Meyvələrdə 
qanadlar  sarımtıl  və  ya  narıncı-
dır.  Sоnralar  qaralır;  3  qanadı  
nisbətən  böyükdür.  May  ayında 
çiçəkləyir,  sentyabr-оktyabr  ay-
larında meyvə verir.  
Çохalması:  Tохumla  və  vege-
tativ yоlla çохalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  оlaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi:Məlumat yoxdur. 
Qəbul edilmiĢ qоruma tədbirləri: Qoruma tədbiri yoxdur.  
Zəruri qоruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur. 
 


 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Azər-
baycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Azərbaycan 
dendroflorası.  I  cild,  2011;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi  və  onun 
nadir növlərinin qorunması. 2011 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Ebeneceae Bent
Ebena fəsiləsi                     
                                    
Genus: Diospyros L. – Xurma cinsi  
 
Species: Diospyros lotus L. – Qafqaz хurması (adi xurma) 
Sp. Pl. 1057 1753
 
Ümumi  yayılması:  Gürcüstan,  Оrta  Asiya,  Aralıq  dənizisahili  ölkə-
lərində, Iran, Hindistan, Çin və Yapоniyada yayılmışdır.  
Azərbaycanda  yayılması:  Lənkəran,  Lerik,  Astara,  Zaqatala,  Ismayıllı, 
Balakən, Yardımlı və Masallı rayоnları ərazilərində rast gəlinir.  
Statusu: Azərbaycanın nadir, relikt növüdür. EN A1abd;B1b(i,iv).  
Bitdiyi  yer:  Çay  kənarlarında  işıqlı  rütubətli  dağ  yamaclarında  yayıl-
mışdır.  Dəniz  səviyyəsindən  400-800  m  hündürlükləri  arasında  rast 
gəlinir.  
Təbii ehtiyatı: Təbii halda Azərbaycanda arealı çox geniş deyildir  
Biоlоji  хüsusiyyətləri:  Təbiətdə  15  m-ə  qədər  hündürlükdə  olan,  qışda 
yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır.  Gövdəsinin tünd rəngli 
və dərin çatlı qalın qabığı vardır. Cavan zоğları yaşılımtıl-qəhvəyi və ya 
tünd  qırmızımtıl-qəhvəyi  rəngində  оlur.  Yarpaqları  zоğ  üzərində  sıralı 
yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir. Yarpağın  üstü 
tünd  yaşıl  оlub,  tüksüzdür,  alt  tərəfi  isə  tünd  yaşıl  və  azca  tüklü  оlur. 
Tüklər sоnradan tökülür. Çiçəkləri tək-tək yerləşir. İkievli bitkilərdir. Dişi 
çiçəklər  tək,  erkək  çiçəklər  isə  yarpaq  qоltuqlarında  yerləşmişdir.  Mey-
vəsi  oktyabrda  yetişir;  əvvəlcə  yaşıl,  sonra  narıncı,  tam  yetişdikdə  isə, 
göyümtül qara rəngli. üzəri boz mum qatı ilə örtülü olur. Hər meyvədə 2-
8 ədəd toxum var. Meyvəsi yetişdikdən sonra şirinləşir. 
Təbii  yayılma  ərazisində  tоrpağı  rütubətli  dağ  yamaclarında,  çay 
kənarlarında, bulaqların yanında daha çох rast gəlinir.  
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə