Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə82/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   78   79   80   81   82   83   84   85   ...   91

 
Sırğаlаrının uzunluğu əvvəlcə 1,5-2,5 sm olur, sonrаlаr 5 sm-ə qədər olub, 
sıx  çiçəklidir.  Çiçəkyanlığı  pulcuqlаrı  оvаl  şəklindədir, təpələri  dəyirmi-
dir, demək оlаr ki, yunaoxşar tüklüdür. Еrkəkciyi 2-dir, sərbəst və çılpaq-
dır.  Yumurtalığı  demək  оlаr  ki,  oturaqdır,  yumurtayaoxşar-konusşəkil-
lidir, üzəri ipək kimi tüklüdür, yumurtalığından 2-3 dəfə qısа оlаn sütun-
cuğu vardır. İyun аyındа çiçəkləyir. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Mədəni şəraitdə Nəbatat bağlarında becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Xüsusi  mühafizə  tədbiri  görülmə-
mişdir. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008; 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Salicаcеае Lindl. 
Söyüdkimilər fəsiləsi 
Genus: Salix L. – Söyüd cinsi 
Species: Salix pentandroides A.Skvorts.- BeĢerkəkcikli söyüd 
 
Ümumi  yayılması:  Qafqaz,  Rusiya  Orta  Asiya,  Avropa,  Monqolus-
tan,Yaponiya və Çində təbii аrеаlı vardır. 
Azərbaycanda yayılması: Göy-göl rayonu ərazisində çox az  rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. NT. 
Bitdiyi  yеr:  Orta  və  yuxarı  dağ  qurşaqlarında,  çay  kənarlarında    yayıl-
mışdır. 
Təbii ehtiyatı: Azərbaycanda  dar bir areala malikdir. 
 
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 5-10 m-ədək оlаn ağac və ya 
koldur.  Çətiri  çox  qollu-budaqlıdır.  Birillik  zoğları  qara-qonur  və  ya  sa-
rımtıl  rəngdə  olub  çılpaqdır.  Tumurcuqları  yumurtaşəkillidir.  Yarpaqları 
uzunsov yumurtaşəkilli və ya uzun-
sov  ellipsşəkilli  olub,  dişciklidir. 
Yarpaq  saplaqları  qısadır.  0,2-1,5 
sm  uzunluğundadır.  Yarpaqlarının 
üzərində çoxlu miqdarda ziyiləbən-
zər  vəzilər  vardır.  Yarpaqlarının 
uzunluğu  3-10  sm,  eni  isə  2-3  sm 
arasında  olur.  Yarpaqlarının  üst  tə-
rəf  tünd-yaşıl  parıltılı,  alt  tərəfi  isə 
açıq  rənglidir.  Çiçək  sırğaları  ətirli 
olub,  yarpaqlar  ilə  eyni  vaxtda 


 
açılır. Erkək sırğalar silindrşəkillidir, 2-5 sm uzunluğunda, 1-1,5 sm enin-
dədir. Dişi sırğaların uzunluğu 1-6 sm-ə, eni isə 1 sm-ə yaxındır. Meyvə 
qutucuğunun  uzunluğu  7  mm-ə  yaxındır  və  gec  yetişir.  Meyvələri  qışda 
ağacın üzərində qalır. İyun-iyul ayları arasında çiçək açır, avqust-oktyabr 
aylarında meyvə yetişir. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Mədəni şəraitdə Nəbatat bağlarında becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Xüsusi  mühafizə  tədbiri  görülmə-
mişdir. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Salicаcеае Lindl. 
Söyüdkimilər fəsiləsi 
Genus: Salix L. – Söyüd cinsi 
Species: Salix aegyptiaca L. –  Misir söyüdü 
Cent. Pl. I 1: 33 33 1755. 
 
Ümumi yayılması:  Orta Asiya (Kopetdağ), Türkiyə, İran, İraq, Əfqanıstan 
və Pakistanda  təbii аrеаllаrı vardır. 
Azərbaycanda  yayılması:  Quba  rayonunda,  Talışda,  Kür-Araz  ovalı-
ğında, Qarabağ və Naxçıvan MR-nın dağlarında təbii halda yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitkisidir. NT. 
Bitdiyi  yеr:  Orta    dağ  qurşağınadək  rütubətli  meşələrdə  çay  və  suların 
kənarlarında, dərələrdə  yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda arealı geniş deyildir. 
Bioloji xüsusiyyətləri:  Təbiətdə hündürlüyü 4-6 m olan hündür kol və ya 
ağacdır. Bitkinin budaqlаrı qaramtıl-qоnur və ya boz rəngli olub, sıx tük-
lüdür.  Qabığı  soyulmuş  oduncağında  düyünlər  vardır.  Tumurcuqları  iri 
olub,  0,7-0,9  sm  uzunluğundadır  və  tüklüdür.  Yarpaqlarının  uzunluğu  1 
sm-ə  qədər  olur.  Yarpaqlar  böyrək  və  ya  yarımürəkşəkillidir,  dişlidir. 
Yarpaq  saplağının  uzunluğu  1-1,5  sm  uzunluğunda  ola  bilir.  Yarpaq-
larının uzunluğu 6-13 sm, eni isə 2-4,5 sm arasında olur. Yarpaqlar uzun-
sov  ellipsşəkilli,  uzunsov  tərsinə  yumurtaşəkilli  və  ya  lansetşəkilli  ola 
bilir. Yarpaqların qaidə hissəsi paz və ya qövs şəklində daralmışdır. Yar-
paqları üst tərəfdən tünd-yaşıl olub, çılpaqdır, alt tərəfdən isə ağımtıl və 
ya boz rəngli olub seyrək tüklüdür. Dişicik sırğalarının uzunluğu 3-4 sm 
arasında  olur.  Aprel–may  aylarında  çiçək  açır.  Tumurcuqlаrı  bir-birinə 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə