Familia: Lamiaceae Lindl.
Dodaqçiçəklilər fəsiləsi
Genus: Thymus L. – Kəklikotu cinsi
Species: Thymus migricus Klokov & Des.-Shost. – Miqri kəklikotu
Syn.: Thymus kotschyanus ssp. migricus (Klokov & Des.-Shost.) Menitsky
Thymus kotschyanus var. migricus (Klokov & Des.-Shost.) Ronn. ex Rech. f
Trudy Bot. Inst. (Baku) 2: 302 1936.
Ümumi yayılması: Azərbaycan.
Azərbaycanda yayılması: Naxçıvan MR-də Şərur rayonunun Ardıc dağı,
Şahbuz rayonunda Biçənək kəndi, Ordubad rayonunda Kotam və Kilid
kəndləri ətrafında rast gəlinir:
Statusu: Azərbaycanın nadir bitkisidir.VU C2a(i).
Bitdiyi yer: Dağ qurşaqlarında daşlı-qayalı yamaclarda yayılmışdır.
Təbii ehtiyyatı:Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 8-15 sm olan yarımkoldur.
Bitki də budaqlanma güclüdür. Üzərində çiçək olan budaqları 5-12 sm ola
bilir. Çiçəkaltlığı aşağıya doğru əyilmiş tüklərlə örtülüdür. Bitkinin yar-
paqları saplaqlı olub uzunsov və ya yumurtavaridir. Yarpaqlar 0,6-1,3 sm
uzunluğunda 0,3-0,7 sm enində ola bilir. Yarpağın üst hissəsi çılpaq olub
kənarları bir qədər kirpiklidir və yan damarları görünür. Çiçək saplağı
qısa tüklüdür. Bitkinin kasacığı 3-4 mm uzunluğundadır, çılpaqdır. Tacı
ağımtıl və yabənövşəyi ola bilir. İyun-iyul aylarında çiçək açır və iyul-
avqust ayları arasında meyvə verir.
Çoxalması: Çoxalması generativ yolla həyata keçir.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş mühafizə tədbiri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-
siyaları. 1996; florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Nax-
çıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan
Muxtar Respublikasının “Qırmızı Kitabı”. 2010; Azərbaycan Naxçıvan
MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
Familia: Lamiaceae Lindl.
Dodaqçiçəklilər fəsiləsi
Genus: Thymus L. – Kəklikotu cinsi
Species: Thymus fedtschenkoi Ronniger – Fedçenko kəklikotu
Syn.: Thymus ararati-minoris Klokov & Des.-Shost. Thymus kjapazi Grossh.
Repert. Spec. Nov. Regni Veg. 31: 139 1932.
Ümumi yayılması:Qafqaz.
Azərbaycanda yayılması: Ancaq, Azərbaycan daxilində Kiçik Qafqazda
bitir.
Statusu: Azərbaycanın nadir bitkisidir .CR B1ab(i,ii,iii,iv,v).
Bitdiyi yer: Yuxarı dağ zolağında daşlıq yamaclarında bitir.
Təbii ehtiyyatı:Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Qısa, sürünən zoğları olan, çox alçaq yarımkol-
cuqdur. Çiçək saplaqlı budaqları nazik, hündürlüyü 3-7 sm, sıx və çox
qısa tükcüklüdür. Yarpaqları saplaqlarda, qalıntəhər, təxminən eyni öl-
çülü, yumurtavari, uzunluğu 4-5 mm, eni 2,5-3 mm, çılpaq, sıx nöqtəli-
vəzicikli, kənarları uzun tükcüklüdür; yan damarcıqları iki cüt, qalındır.
Çiçək qrupu başcıqlıdır. Çiçək saplaqları qısa tükcüklüdür. Kasacığın
uzunluğu 3,5-4 mm, zəngvari, üstü çılpaqdır; yuxarı dişcikləri çox qısa,
üçküncdür. Çiçək tacı ağ, üstdən tükcüklü və sıx, nöqtəli-vəziciklidir.
İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş mühafizə tədbiri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008.
Dostları ilə paylaş: |