uzunlaşmış, parlaq rəngli (tünd-bənövşəyi və ya qırmızı rəngli), dördüzlü
tozluqları vardır. Bu tozluqlar öz oturaq hissələri ilə tellərə bərkimişdir.
Meyvəsi dəyirmi-ovalşəkillidir. Toxumları oval-yumurtavarı, sivri,
açıq-qonur rəngli, parlaqdır, qaidə hissəsində ağ rəngli iki göbəkcik
vardır. Fevral və mart aylarında çiçək açır, sentyabr-oktyabr aylarında
meyvə verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Mədəni şəraitdə becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir. Milli Park və Dövlət qoruqlarında mühafizə edilir.
Zəruri qoruma tədbirləri: Təbii arealı olan ərazilərdə yeni qoruma
sahələrinin yaradılması tövsiyə edilir.
Məlumat mənbələri: Деревья и кустарники СССР т.3. 1954; Флора
Азербайджана т.4. 1953; Azərbaycanın ağac və kolları. II cild. 1964;
Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və
bitki formasiyaları. 1996; Красная Книга СССР. 1984; Azərbaycanın
“Qırmızı Kitabı”. 1989; Azərbaycan florasının konspekti, I-III cildlər.
2005; 2006; 2008; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d.
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011.
Familia: Hyperıcaceae Juss.
(Guttiferae Juss.)–Dazıotukimilər fəsiləsi
Genus: Hypericum L. – Dazıotu cinsi
Species: Hypericum atropatanum Rzazade – Atropatan dazıotu
Syn: Hypericum helianthemoides subsp. atropatanum (Rzazade) Sennikov
Dokl. Akad. Nauk Azerb. SSR x. 882 (1954).
Ümumi yayılması: Azərbaycan.
Azərbaycanda yayılması: Naxçıvan MR dağlarında bitir.
Statusu: Azərbaycanın nadir növüdür.VU D2.
Bitdiyi yer: Dağ yamaclarında açıq sahələrdə rast gəlinir.
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Hündürlüyü 10-20 sm olan yarımkolcuqdur.
Gövdələri çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqları üzbəüz, oturaq,
xətvari, uzunluğu 4-7 mm, ucu biz, eni 1,5 mm, burulmuş, vəzicikldir.
Çiçək qrupu salxımvari, 1-9 çiçəkli,
uzunluğu 3-5 sm, eni təxminən 1 sm;
yarımçətirləri saplaqlarda, uzunluğu
5-12 mm-dir. Çiçək altlıqları yu-
murtavari, uzunluğu 1-2 mm, kənar-
ları vəzicikli, çiçək saplaqlarından
çox qısadır. Kasayarpaqları ellips-
vari-yumurtavari, küttəhər, uzunlu-
ğu 2-2,5 mm, eni təxminən 1,5 mm,
kənarları bərabər vəzicikli, bünöv-
rəsi qonurdur. Ləçəkləri ellipsvari
və ya yumurtavari, uzunluğu 5-8 mm, eni təxminən 3 mm, bəzən ucunda
3-5 ədəd vəziciklidir. Erkəkcikləri 3 dəstədə yerləşir. Yumurtalığı təxmi-
nən şarşəkillidir. Sütuncuqları 3 ədəd, yumurtalıqdan uzundur. Qutucuğu
yumurtavari, uzunluğu 5 mm, eni 3 mm-dir. VII ayda çiçəkləyir, VIII
ayda isə meyvə verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın «Qırmızı Kitabı»na daxil edil-
məsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана т. 6. 1955; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki formasi-
yaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması.
2011.
Familia: Lamiaceae Lindl.-
Dodaqçiçəklilər fəsiləsi
Genus: Thymus L. - Kəklikotu cinsi
Species:Thymus karamarianicus Klokov & Des.-Shost.–Qara mərğəm
kəklikotu
Trudy Bot. Inst. (Baku) 2: 308 1936.
Ümumi yayılması: Azərbaycan.
Azərbaycanda yayılması: Kür düzənliyində rast gəlinir.
Statusu: Azərbaycanın nadir və relikt növüdür. CR B1ab(i,ii,iii,iv,v).
Bitdiyi yer: Aşağı dağ zolağında quru, daşlıq yamaclarda bitir.
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Hündürlüyü 15-25
sm olan yarımkolcuqdur. Düz dayanan mey-
vəsiz zoğları və daha cod, düz dayanan çiçək
saplaqları çiçək qrupunun altında uzun, əyil-
miş tükcüklərlə örtülmüşdür. Yarpaqları sap-
laqlarda, orta gövdə saplaqları ellipsvari,
uzunluğu 15-25 mm, eni 4-8 mm, kənarları
tükcüklü, aşağı gövdə yarpaqları uzun sap-
laqlarda, daha xırdaları yumurtavaridir. Yar-
paqların yan yan damarcıqlarında olan, vəzicikli nöqtələr az bilinir. Çiçək
qrupu uzunsov, başcıqlı, çox vaxt şaxələnmişdir. Çiçək saplaqları uzun
tükcüklüdür. Kasacığı zəngvari, uzunluğu təxminən 4 mm, uzun tük-
cüklüdür; yuxarı dişcikləri lansetvari, kənarları tükcüklüdür. Çiçək tacı ağ
borucuqlu və bükükdə bənövşəyi xallıdır. V-VI aylarında çiçəkləyir, VII
ayında meyvə verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş mühafizə tədbiri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008.
Dostları ilə paylaş: |