Familia: Lamiaceae Lindl.
Dodaqçiçəklilər fəsiləsi
Genus: Thymus L. – Kəklikotu cinsi
Species: Thymus daghestanicus Klokov & Des.-Shost. (Hadzhievii
Grossh.)- Dağıstan (Hacıyev) kəklikotu
Trudy Bot. Inst. (Baku) 2: 309 1936
.
Ümumi yayılması: Qafqaz.
Azərbaycanda yayılması: Şamaxı rayonunda (Kızıldərə, Astarxan kəndi
yaxınlığında) rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir.VU C2a(i).
Bitdiyi yer:Yamaclarda, günəş düşən açıq sahələrdə bitir.
Təbii ehtiyyatı :Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Çoxsaylı, meyvəsiz, sürünən zoğları olan yarım-
kolcuqdur. Çiçəkli zoğları düz dayanan, hündürlüyü 7-15 sm, sıx, qısa
tücüklüdür. Yarpaqları uzunsovlansetvari və ya əks-yumurtavari, uzun-
luğu 6-10 mm, eni 2-3 mm, çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli,
kənarları tükcüklüdür; yan damarcıqları alt tərəfində üstə
çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm,
sıx və qısa tükcüklüdür; yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür.
Çiçək tacının uzunluğu 7 mm, parlaq çəhrayıdır. İyun-iyul aylarında
çiçəkləyir, avqust ayında isə meyvə verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş mühafizə tədbiri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-
siyaları.1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008.
Familia: Lamiaceae Lindl.
Dodaqçiçəklilər fəsiləsi
Genus:Thymus L. – Kəklikotu cinsi
Species: Thymus collinus Biber – Biber kəklikotu
Fl. Taur.-Caucas. 3: 401 1819
.
Ümumi yayılması: Qafqaz.
Azərbaycanda yayılması: Quba və Naxçıvan MR-da dağlıq yerlərində
rast gəlinir.
Statusu: Azərbaycanın nadir və relikt növüdür. VU D2.
Bitdiyi yer: Orta və subalpda quru daşlı yamaclarda bitir.
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı
hissəsində tükcüklü kolcuqdur. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-
dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək,
uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı,
başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. İyun aynda çiçək-
ləyir iyul avqust ayında toxum verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbirləri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki formasiya-
ları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması.
2011.
Familia:Limoniaceae Ser. (Plumbaginaceae Lindl.)
QurĢunçiçəyikimilər fəsiləsi
Genus: Acantholimon Boiss. – Tıs-tıs cinsi
Species: Acantholimon tenuifolium Boiss. – Nazikçiçək tıs-tıs
Diagn. Pl. Orient. 7: 78 1846.
Ümumi yayılması: Qafqaz.
Azərbaycanda yayılması: Kiçik Qafqazda (Gəncə yaxınlığında) təbii
halda bitir.
Statusu: Azərbaycanın nadir növüdür. EN B1ab(ii,iii,iv)+2ab(ii,iii,iv).
Bitdiyi yer: Dağ ətəyində, quru, gilli və çınqıllı yamaclarda bitir.
Təbii ehtiyatı:Arealı dardır.
Bioloji xüsusiyyətləri: Alçaq kolcuqdur. Yastıqcası çox möhkəm, dia-
metri 10-20 sm (və daha çox), hündürlüyü 8-12 sm, bəzən yarım şar-
şəkillidir. Yay yarpaqları açıq-göyümtül, hamar, üç hissəli və ya xətvarı-
bizvarı, cod, bünövrəsində
uzunluğu 11-16 (25) mm
və eni 1-1,5 mm, ucu biz,
çılpaq, kənarları xırda tük-
cüklüdür. Yaz yarpaqları
çox qısadır. Çiçək saplaq-
ları 5-8 dəfə yarpaqlardan
uzun, uzunluğu 15-25 sm,
yuxarı tərəfində budaqlı,
2-5 və ya daha çox əyrili,
bəzən sadədir. Çiçəkləri
çiçək qrupunda seyrək yer-
ləşmiş, sünbüllərin arasın-
da məsafələri onların uzunluğundan çoxdur və ya ona bərabərdir. Sün-
bülləri bir çiçəkli, uzunluğu 10-11 mm-dir. Çiçək altlıqları çılpaq, üst
çiçək altlığının uzunluğu 4-5 mm, yumurtavarı-lansetvarı, içəri çiçək alt-
lıqları üstdəkindən uzun, pərdəli, ucu qısadır. Kasacığın uzunluğu 9-10
mm, qıfvari olub, borucuğu tükcüklüdür.Kasacığın büküyü ağ, eni təx-
minən 3 mm, 10 qanadlı, çılpaq, qonur damarcıqlıdır. Ləçəkləri çəhrayı-
dır. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Dostları ilə paylaş: |