Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir.
Zəruri qoruma tədbirləri: Bitkinin sıx bitdiyi yerlərin mühafizə altına
alınması zəruridir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-
siyaları. 1989; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin
in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının,
reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərə-
cəsi almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan Muxtar Respublikası
florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi
və onun nadir növlərinin qorunması. 2011.
Familia: Moraceae Lindl.
Tut fəsiləsi
Genus: Ficus L. – Əncir cinsi
Species: Ficus carica L. – Adi əncir
Sp. Pl. 1059 1753.
Ümumi yayılması: Qafqaz, Orta və Kiçik Asiya, İran, Əfqanıstan, Çin,
Rusiya (Krım) və Türkiyədə təbii arealı vardır.
Azərbaycanda yayılması: Dağlıq Qarabağ və Lənkəranda Naxçıvan
MR-də yayılmışdır.
Statusu: Azərbaycanın nadir və relikt növüdür. NT.
Bitdiyi yer: Aşağı dağ qurşağında günəşli yamaclarda və tək tək orta dağ
qurşaqlarında rast gəlinir.
Təbii ehtiyatı: Arealı çox geniş deyildir.
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 10-15 m-ə çatan ağac və ya
koldur. Yarpaqları kələ-kötür, əl ayası şəklində, az və ya çox yarılmış
olub, budaq üzərində növbəli düzülmüşdür. Yarpaqları tam, ya da bar-
maqvarı, 3-5 dilimlidir. Üst tərəfdən tünd-yaşıl, həm də qalın olub, yar-
pağı töküləndir. Yarpaqda damarlar görünür. Yarpaq tumurcuqları pul-
cuqlarla örtülmüşdür.
Gövdəsi hamar və boz rəngdədir. Yaşlı gövdələri üzərində dayaz
çatlar və ağ ləkələr olur. Enli dağınıq qollu-budaqlı, şarvarı çətirə ma-
likdir. Bəzən budaqlar seyrək, cavan vaxtlarda yaşıl, ikinci ildə isə boz və
ya qəhvəyi rəngdə olur. Çiçək tumurcuqları iki və üç cərgəli pulcuqlarla
örtülü olur. Pulcuqlar iyun ayının əvvəllərində və ya 2-ci yarısında tökül-
dükdən sonra yarpağın qoluğundan böyük çiçəklər əmələ gəlir. Əncir
ikievli bitkidir. Əncir ağaclarının çiçək qrupunda həm erkək çiçəklər, həm
də dişi çiçəklər vardır. Erkək çiçəklər üst hissədə, dişi fırlı çiçəklər isə
çiçək qrupunun dib hissəsində toplanmışdır.
Dişi çiçəkli ağacların meyvə qruplarnda dişicikli çiçəklər, nadir
hallarda gözcüyün yanında erkəkcikli çiçəklər olur.
Bir çiçək qrupunda 1000-dən artıq çiçək olur. Çiçəkyanlığını əmələ
gətirən yarpaqcıqlar çoxdur. Yumurtalıq qısa sütuncuqlu bir yumurtacıq-
dan ibarətdir. Çiçəklər mayalandıqdan sonra meyvə qrupunda meyvə-
ciklər əmələ gətirir. Aprelin axırında və iyulda çiçək açır.
Çoxalması: Təbiətdə əsasən generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatın dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi: Mədəni halda becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir.
Zəruri qoruma tədbirləri: Qoruq və ya yasaqlıqların yaradılması
zəruridir.
Məlumat mənbələri: Флора Кавказа. т. 3.1945; Флора Азербайджана
т.3. 1952; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan SSR-
nin “Qırmızı Kitabı”. 1989; Naxçıvan Muxtar Respublikası florasının tak-
sonomik spektri. 2008; Azərbaycan florasının konspekti. I-III cildlər.
2005; 2006; 2008; Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”.
2010; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin
in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının,
reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərə-
cəsi almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan MR-nın flora müx-
təlifliyi və onun nadir növlərinin qorunması. 2011.
Familia: Moraceae Lindl.
Tut fəsiləsi
Genus: Ficus L. – Əncir cinsi
Species: Ficus hyrcana A.Grossh. – Hirkan ənciri
syn: Ficus carica L.
in Izvest. Azerb. Fil. No. 1-2, 111 (1939).
Ümumi yayılması: Azərbaycan.
Azərbaycanda yayılması: Azərbaycanda Lənkəran, Astara və Yuxarı
Qarabağ ərazilərində təbii halda yayılmışdır.
Statusu: Azərbaycanın endem bir növüdür. NT.
Bitdiyi yer: Aşağı dağ qurşağında günəşli yamaclarda və tək tək orta dağ
qurşaqlarında rast gəlinir.
Təbii ehtiyatı: Arealı dardır.
Bioloji xüsusiyyətləri: 10 m-ə qədər hündürlükdə olan ağac və ya ağac-
vari koldur. Yaşlı ağaclarda gövdə qabığı çatsız olub ağımtıl boz rəng-
dədir. Uc tumurcuğu apikal olub, yan tumurcuqlardan daha böyükdür.
Ümumiyyətlə hər yarpaq qoltuğunda 2 ədəd tumurcuq vardır. Yan
tumurcuqlar 2 və ya 3 pulcuqludur. Zoğları qalın olub yaşılımtıl-qəhvəyi
rəngdədir, tüksüzdür. Cavan zoğlar kəsildikdə ağ rəngli süd (latex) ifraz
edir. Yarpaqları 3-5 dilimlidir və 10-20 sm uzunluğundadır. Yarpaq ayası-
nın bir tərəfi ürəkşəkillidir. Tərsinə yumurtaşəklində olan dilimlərin ucu
küt olub, kənarları dişlidir. Yarpaqlarının üst tərəfi sərt, alt tərəfi isə
yumşaq tüklüdür. Yarpaq saplağının uzunluğu 2-5 sm arasında olur.
Hirkan əncirinin meyvələri armudşəklində olub, uzunluğu 3-4 sm,
eni isə 2-3 sm-dir. Payız meyvələri isə bir qədər böyük olub, çəhrayı
rəngindədir. Hər meyvə saplağın da bir meyvə olur.
Çoxalması: Təbiətdə əsasən generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Dostları ilə paylaş: |