Becərilməsi: Mədəni halda becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir.
Zəruri qoruma tədbirləri: Yasaqlığın yaradılması zəruridir.
Məlumat mənbələri: Флора Кавказа. т. 3.1945; Флора Азербайджана
т.3. 1952; Azərbaycanın ağac və kolları. I cild. 1961; Красная Книга.
СССР. 1984; Azərbaycan SSR-nin “Qırmızı Kitabı”. 1989; Azərbaycan
florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar
Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan Muxtar
Respublikasının “Qırmızı Kitabı”. 2010; Azərbaycanın nadir və nəsli kə-
silməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji
xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyasının və repatriasiyası-
nın elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.
2011.
Familia: Nitrariaceae Bercht. et Presl.
ġorgilə fəsiləsi
Genus: Nitraria L.- ġorgilə cinsi
Species: Nitraria komarovii Iljin & Lava– Komarov Ģorgiləsi
Priroda (Moscow) 1944(5-6): 117 1944.
Ümumi yayılması: Qafqaz, Rusiya (Aşağı Volqa), Qazaxıstan, Türkmə-
nistan, Avstraliya, Mərkəzi Asiya, Afrika, Ərəbistan və Fələstində yayıl-
mışdır.
Azərbaycanda yayılması: Abşeronda rast gəlinir.
Statusu: Azərbaycanın nadir növüdür. CR B1ab(i,ii,iii,iv)+2ab(i,ii,iii,iv).
Bitdiyi yer: Dəniz sahilində duzlu qumluqlarda rast gəlinir.
Təbii ehtiyatı: Arealı dardır.
Bioloji xüsusiyyətləri: Yarpaq tökən 1-1,4 m hündürlükdə boy verən bir
koldur. İşıqsevən bir bitkidir. Yarpaqları növbəli, sadə, ətlidir. Çiçəkləri
sarımtıl və ya ağ, qısa ayaqlarda, yumşaq, qoltuq qıvrımlarda yerləşir.
Meyvəsi – giləmeyvəşəkilli, sulu, oval çəyirdəkdir.
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Mədəni halda becərilmir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na salınması
tövsiyə edilir.
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т. 4. 1958; Флора
Азербайджана т.6. 1955; Azərbaycanın ağac və kolları. III cild. 1970;
Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və
bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.
2005; 2006; 2008.
Familia: Nitrariaceae Bercht. et Presl.
ġorgilə fəsiləsi
Genus: Nitraria L.- ġorgilə cinsi
Species: Nitraria schoberi L. – ġober Ģorgiləsi
Syst. Nat. ed. 10 2: 1044 1759.
Ümumi yayılması: Qafqaz (Ermənistan, Gürcüstan,) Rusiya (Aşağı Vol-
qa, Krım, Qərbi Sibir), Qazaxıstan, Orta Asiya (Qaraqum, Qızılqum,
Amudərya, Sırdərya, Pamir-Alay) Rumunya, Türkiyə, Suriya, İran, Əfqa-
nıstan, Çin, Şimali Afrika və Monqolustanda təbii halda yayılmışdır.
Azərbaycanda yayılması: Abşeronda və Naxçıvan MR-də rast gəlinir.
Statusu: Azərbaycanın nadir növüdür.CR B1ab(i,ii,iii,iv).
Bitdiyi yer: Dəniz sahili qumluqlarında səhra və yarımsəhralarda boş
ərazilərdə, qilli-duzlu torpaqlarda, düzənliklərdə və daq yamaclarında
bitir.
Təbii ehtiyatı: Arealı dardır.
Bioloji xüsusiyyətləri: 1-2 m hündürlüyündə koldur. Ag-bozumtul qabıq-
lı olub, çoxbudaqlıdır. Kiçik zoqlarının ucları tikanlıdır. Yarpagları iridir,
uzunluqları 15-25 mm, eni 4-7 mm-ə qədər ola bilir. Yarpaqları uzunsov-
kürəkvari və ya tərsinə-yumurtavaridir. Çiçəkləri aq-sarımtıl, çox qısa çi-
çəksaplaqı, sonunda qisa tükçüklü zoqlarda topa şəklində yıqilmışdir. Ka-
sacığı yarıya qədər yumurtavari küt dilimlərə bölünmüşdür. Ləçəklərinın
uzunluqu 4-5 mm, eni isə 2 mm-ə qədər olur, ellepsvaridir kasacıqdan 3
dəfə uzun olur. Dişiciklər ləçəklərə barabər boyda olur, yumurtalığı ko-
nusvarıdır. Meyvəsi iri çəyirdəkmeyvəli, solqun qirmızımtıl şirəlidir və
uzunluğu 6-7 mm, eni 3-4 mm, yumurtavarı olub ucu itidir.May ayında
çiçəkləyir, iyunda isə meyvələri yetişir.
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: BaĢlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Mədəni halda becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi və müasir dövrdə bitkinin populyasiya vəziyyətinin nəzarət altına
alınması tövsiyə olunur.
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т. 4. 1958; Флора
Азербайджана т.6. 1955; Azərbaycanın ağac və kolları. III cild. 1970;
Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və
bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.
2005; 2006; 2008.
Dostları ilə paylaş: |