borucuğuna bərabər və ya bir az ondan uzun, enli haşiyələnmişdir.
Kasacığın uzunluğu 10-11 mm olub qıfvaridir. Borucuğu tükcüklü, bükü-
yü ağ, 10 qanadlı, tünd-qonur, kənarlarına qədər çatan damarcıqlıdır.
Çiçək tacı açıq- qırmızıdır. Toxumu uzunsov olub uzunluğu 5-6 mm, eni
təxminən 0,5 mm, qonurdur. May-iyun aylarında çiçəkləyir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbirləri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi tövsiyə olunur.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008.
Familia:Limoniaceae Ser. (Plumbaginaceae Lindl.)
QurĢunçiçəyikimilər fəsiləsi
Genus: Acantholimon Boiss. – Tıs-tıs cinsi
Species: Acantholimon schemachense Grossh. – ġamaxı tıs-tısı
Trudy Obshch. Pas. Ser. A 7: 99 1931.
Ümumi yayılması: Azərbaycan.
Azərbaycanda yayılması: Abşeronda, Qobustanda rast gəlinir
Statusu: Azərbaycanın nadir növüdür.VU D2.
Bitdiyi yer: Aşağıdan orta dağ zolağına qədər quru, daşlıq yamaclarda
bitir.
Təbii ehtiyatı: Arealı dardır.
Bioloji xüsusiyyətləri Alçaq koldur. Yastıqcığı çox möhkəm, yarımşar-
şəkilli, diametri 15-35 sm-dir. Yay yarpaqları açıq göyümtül, çoxsaylı,
açıq, əhəngli nöqtəli, hamar, üçhissəli, cod, qısa, uzunluğu 5-7 (bəzən 10-
15) mm, eni təxminən 1 mm, ucu biz, çılpaq, kənarları xırda tükcüklü,
sıx oturandır. Yaz yarpaqları bir az qısa və enlidir. Çiçək saplaqları qısa,
təxminən yarpaqlardan uzun deyil, əsasən sadə, bəzən az budaqlı, hündür-
lüyü 2-2,5 sm, çox qısa tükcüklüdür. Çiçəkləri seyrək 1-5(6) sünbüllərdə
yerləşir. Sünbüllərin uzunluğu (9)10-12 mm, birçiçəklidir. Çiçək altlıqları
çılpaqdır. Üst çiçəkaltlığı təxminən iki dəfə içəridəkilərdən qısa, uzunluğu
4-5 mm, uzunsov-yumurtavari, qısa uclu, ensiz haşiyəlidir. Içəri çiçəkalt-
lıqları təxminən kasacığın borucuğuna bərabər, enli haşiyələnmiş, qısa
ucludur. Kasacığın uzunluğu 8-10 (11) mm, qıfşəkillidir. Borucuğun
uzunluğu 6-7 mm olub, damarcıqlarının tükcüklüdür. Borucuğun büküyü
ağ, eni təxminən 4 mm, tünd -qonur, kənarlarına qədər küt damarcıqlıdır.
Çiçək tacı çəhrayıdır. May-iyun aylarında çiçəkləyir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir.
Zəruri qoruma tədbirləri: Bitkinin sıx bitdiyi yerlərin mühafizə altna
alınması zəruridir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki formasi-
yaları.1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008.
Familia: Lythraceae Jaume St.-Hil.
Ağlarotkimilər fəsiləsi
Genus: Punica L. – Nar cinsi
Species: Punica granatum L. - Adi nar
Sp. Pl. 1: 472 472 1753.
Ümumi yayılması: Rusiya, Orta Asiya, İran, Əfqanıstan və Türkiyədə
təbii arealları vardır.
Azərbaycanda yayılması Ağdaş, Ağsu, Lənkəran, Şəki, Astara, Naxçıva
MR-in ərazilərində təbii halda rast gəlinir.
Statusu: Azərbaycanın relikt nadir növüdür. NT.
Bitdiyi yer: Aşağıdan orta dağ qurşağına qədər quru, daşlı yamaclarda
bitir.
Təbii ehtiyatı: Arealı dardır.
Bioloji xüsusiyyətlər: Adi nar qışda yarpağını tökən, 2-7 m-ə qədər
hündürlükdə koldur. Bitkinin gənc zoğları 4 künclü olub, kül rəngində və
ya qəhvə rəngindədir. Tüksüzdür. Tumurcuqları 2 cüt pulcuqludur, qır-
mızı – şabalıdı rəngindədir. Yarpaqları tərsinə yumurta şəklindədir,
2-7 sm uzunluğunda ola bilir. Meyvələri əvvəlcə yaşılımtıl olur, yetişdik-
də rəngi dəyişir. Meyvədə olan toxumlar çoxsaylıdır. Toxumun xarici
hissəsi ətlidir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Mədəni şəraitdə becərilir.
Dostları ilə paylaş: |