Familia: Lamiaceae Lindl.-Dodaqçiçəklilər fəsiləsi
Genus:Thymus L. – Kəklikotu cinsi
Species: Thymus transcaucasicus Ronniger – Zaqafqaziya (Ziazat) kəklikotu
Syn.: Thymus aserbaidshanicus Klokov, Thymus bakurianicus Klokov, Thymus fominii
Klokov & Des.-Shost., Thymus superbus Ronniger
Repert. Spec. Nov. Regni Veg. 31: 140 1932.
Ümumi yayılması: Qafqaz.
Azərbaycanda yayılması: Azərbaycanda- Kiçik Qafqazda yayılmışdır.
Statusu: Azərbaycanın nadir bitkisidir .CR B1ab (i,ii,iii).
Bitdiyi yer: Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda bitir.
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur.
Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx
tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az
bilinən nöqtəli vəzicikli, yumurtavari-uzun-
sovdan enli-yumurtavariyədək, uzunluğu 7-
15 mm, eni 3-10 mm, alt tərəfi damarcıq-
larda tükcüklü, yan damarcıqları 2-3 cütdür.
Çiçək qrupu başcıqlı və ya uzunsovdur.
Çiçək saplaqları uzun, tükcüklüdür. Kasa-
cığın uzunluğu təxminən 5 mm olub alt
tərəfi tükcüklüdür. Kasacığın yuxarı hissə-
sində olan dişciklər ensiz-lansetvari olub, kənarları tükcüklüdür. Çiçək
tacı qırmızı, tükcüklüdür. VI-VII aylar arasında çiçəkləyir, VIII ayda
meyvə verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş mühafizə tədbiri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki formasi-
yaları.1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008.
Familia: Lamiaceae Lindl.
Dodaqçiçəklilər fəsiləsi
Genus: Thymus L. – Kəklikotu cinsi
Species: Thymus trautvetteri Klokov & Des.-Shost. – Trautveri
kəklikotu
Trudy Bot. Inst. (Baku) 2: 303 1936.
Ümumi yayılması: Qafqaz.
Azərbaycanda yayılması: Lənkəran dağlarında yayılmışdır.
Statusu: Azərbaycanın nadir və relikt növüdür. En A2abc+3bcd;
B1ab(i,ii,iii)+2ab(i,ii,iii).
Bitdiyi yer: Orta dağ zolağında çınqıllı yamaclarda bitir.
Təbii ehtiyatı: Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Sürünən zoğları olmayan ağ keçətüklü yarımkol-
cuqdur. Çiçək saplaqlı budaqların hündürlüyü 3-5 sm, çiçək qrupunun
altında uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Yarpaqları saplaqlı olub,
enli-yumurtavari formadadır və uzunluğu 4-7 mm, eni 2-4 mm olub hər
iki tərəfdən qısa tükcüklərlə və nöqtəli vəziciklərlə örtülmüşdür. Yarpaq-
ların yan damarcıqları üstə çıxandır. Çiçək qrupu başcıqlıdır. Çiçək sap-
laqları kasacıqdan qısa, uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Kasacığı
zəngvari, uzunluğu 3-3,5 mm, uzun tükcüklü, yuxarı dişcikləri kənarında
sıx tükcükcüdür. Çiçək tacı ağ borucuqlu və bənövşəyi büküklüdür. V-VII
aylarında çiçəkləyir, VII-VIII aylarında meyvə verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliyyə-
tidir.
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş mühafizə tədbiri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-
siyaları.1989; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008.
Familia: Lamiaceae Lindl.
Dodaqçiçəklilər fəsiləsi
Genus: Thymus L. – Kəklikotu cinsi
Species: Thymus karjaginii Grossh. – Karyagin kəklikotu
Izv. Azerbaidzhansk. Fil. 10: 42 1944.
Ümumi yayılması: Qafqaz
Azərbaycanda yayılması: Qobustanda yayılmışdır.
Statusu: Azərbaycanın nadir bitkisidir. CR A2c; B1ac(i,ii)+2ab(i,ii).
Bitdiyi yer: Daşlıq yamaclarda bitir.
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır.
Bioloji xüsusiyyətləri: Çoxsaylı, meyvə-
siz, sürünən zoğları olan yarımkolcuqdur.
Çiçəkli zoğları düz dayanan, hündürlüyü
2-5 sm, sıx, qısa tkcüklüdür. Yarpaqları
uzunsov-lansetvari və ya əks-yumurtavari,
uzunluğu 4-10 mm, eni 2-4 mm olub çox
cod, çılpaq, az bilinən nöqtəli vəzicikli,
kənarları tükcüklərlə örtülüdür. Yarpaq-
ların yan damarcıqları alt tərəfində üstə
çıxandır. Çiçək qrupu başcıqlı, möhkəm-
dir. Kasacığın uzunluğu 4,5-5(6) mm, sıx və qısa tükcüklüdür. Kasacığın
yuxarı dişcikləri üçkünc, kənarları tükcüklüdür. Çiçək tacının uzunluğu
6-7 mm, parlaq çəhrayıdır. V-VI aylarında çiçəkləyir, VII ayında meyvə
verir.
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş mühafizə tədbiri
yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi tövsiyə edilir.
Məlumat mənbələri: Флора Азербайджана. т.7. 1957; Azərbaycanın
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006;
2008.
Dostları ilə paylaş: |