Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


Əhmədiyə  Mikayıl  oğlu  Cəbrayılov



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə36/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   32   33   34   35   36   37   38   39   ...   123
Əhmədiyə 
Mikayıl  oğlu  Cəbrayılov
  olmuşdur.  Əhmədiyə  Cəbrayılov  1942-ci  ilin  mayında 
Donbasda  faşist ordusuna  qarşı aparılan qanlı döyüşlərin birində  ağır  yaralanaraq 
əsir  düşmüş  və  Fransa  ərazisindəki  əsirlər  düşərgəsinə  aparılmışdır.  Həmin  ilin 
noyabrında  o,  əsirlikdən  qaçaraq  Fransa  müqavimət  hərəkatı  iştirakçılarına 
qoşulmuşdu.  Əhmədiyə  Cəbrayılov  3  il  ərzində  Fransa  partizanları  ilə  birlikdə 
faşistlərlə  mübarizə  aparmış  və  bu  xidmətlərinə  görə  o,  Fransanın  8  orden  və 
medalı  ilə  təltif  edilmişdir.  1944-cü  ilin  20  avqustunda  Paris  şəhəri  faşistlərdən 
azad  edildikdə  mitinqdə  Əhmədiyə  Cəbrayılov  da  çıxış  etmişdir.  Ona  Fransanın 
milli qəhrəmanı adı verilmişdir
41

Fransada 1944-cü ildə fəaliyyət göstərən birinci Sovet partizan alayında 200 
nəfərə  qədər  azərbaycanlı  olmuşdur.  Həmin  alayın  bir  bölməsinin  komandiri 
Azərbaycanlı Xalaf Hacıyev idi. Bölmənin  faşistlərə qarşı həyata  keçirdiyi  uğurlu 
hərbi  əməliyyatlara  görə  X.Hacıyev  Fransanın  4  orden  və  medalı  ilə  təltif 
edilmişdir. 
Fransa müqavimət hərəkatına Əhmədiyə Cəbrayılovdan əlavə Əliyev Ənvər 
Cəlal oğlu (Bakı), Mürsəlov Məmmədtağı Xanbaba oğlu (Bakı), Kərimov Mətanəli 
Dadaş  oğlu  (Bakı),  Süleymanov  Abdulla  Ramazan  oğlu  (Bakı),  Haməddin 
Hacımuradov  (Xudat),  Seyfəddin  Qazanbəyov  və  Cəbrayıl  Mürsəlov  (Qusar), 
Əmir Quliyev (Xaçmaz),  Ənvər Həsən oğlu  Rüstəmov (Bakı), Əşrəf Səməd oğlu 
Əşrafov  (Bakı),  Xalid  Hacıyev  (Göyçay),  Fərhad  Kərimov  (Siyəzən),  Daniyal 
Abdulla  oğlu  Abdullayev  (Balakən),  Nuru  Mahmud  oğlu  Abdullayev  (Şəki), 
Eynulla Səfərov (Ağdaş) da iştirak etmişlər. 
Fransa  müqavimət  hərəkatında  vaxtilə  iştirak  etmiş  üç  nəfər  Azərbaycanlı 
(Qədir Süleymanoğlu, Tofiq Tağıyev, Qüdrət Bəkirzadə) indi də Parisdə yaşayırlar 
və oradakı “Azərbaycan evi” adlı cəmiyyətdə fəal iştirak edirlər. 
                                                           
41
 
Mehdi  Hüseynzadə  və  Əhmədiyə  Cəbrayılovun  müqavimət  hərəkatında  iştirakları  haqqında 
müəllifin “Dünya Azərbaycanlıları XX əsrdə” kitabında (B. 1997) müfəssəl məlumat verilmişdir (s.31-
32). 
 


62 
 
Şimali  İtaliyada  partizan  dəstələrinin  tərkibində  300  nəfərdən  çox 
Azərbaycanlı  partizan  mübarizə  aparırdı.  Burada  Azərbaycanlı  əsirlər  dəstəsinə 
rəhbərlik  edən  Həmzə  Əsgərov  (1944-cü  ilin  payızı)  Betola  qəsəbəsi 
yaxınlığındakı  döyüşdə  qəhrəmancasına  həlak  olmuşdur.  Onun  qəbirüstü  daşında 
“Azərbaycanlı  Həmzə  Betola  uğrunda  döyüşlərdə  misilsiz  döyüş  qabiliyyəti  və 
hünər göstərmişdir” sözləri yazılmışdır. 
İtaliya  müqavimət  hərəkatında  eləcə  də  partizan  batalyonu  komandiri  Əli 
Babayev,  Şahbaba  Məhərrəmov,  Məhərrəm  Nəcəfov,  Əlisa  Qasımov,  Xançoban 
Cəfərov və digərləri iştirak etmişlər. 
Tanınmış yazıçı-publisist Süleyman Vəliyev 1939-cu ildən Sovet ordusunda 
xidmət  etmiş,  qərbi  Ukraynada  aparılmış  hərbi  əməliyyatlarda  (1939)  və  Böyük 
Vətən  müharibəsi  dövrü  Ukrayna  və      Krımda  döyüş  əməliyyatlarında  iştirak 
etmişdir. Onun əsirlik dövründə müqavimət hərəkatında iştirakı çox ağrılı və uzun 
olmuşdur: “Vətənlə yol” adlı povestində (Литературный Азербайджан, 1961, № 
9, s. 111-132), bu yolun  Almaniya-Fransa-Avstriya-Yuqoslaviya-İtaliyadan,  sonra 
isə Misir, İran və İraqdan keçdiyi nəql edilir. S.Vəliyev İtaliyada C.Qaribaldi adına 
Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə