Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


partizan  Mixaylonun  (Mehdi  Hüseynzadənin)  əfsanəvi  qəhrəmanlıqları  “Uzaq



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə35/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   31   32   33   34   35   36   37   38   ...   123

partizan  Mixaylonun  (Mehdi  Hüseynzadənin)  əfsanəvi  qəhrəmanlıqları  “Uzaq 
sahillərdə” kinofilmində geniş təsvir edilir. 
Əfsanəvi partizan 
Mehdi  Hənifə  oğlu  Hüseynzadə
  (1918-1944)  vətəndən 
uzaqlarda  -  Adriatika  sahillərində,  İtaliya  və  Yuqoslaviya  partizanları  ilə  birlikdə 
faşizmə qarşı mübarizədə öz xalqının adını bütün dünyada ucaltdı. 
Leytenant  Mehdi  Hüseynzadə  bir  müddət  223-cü  Azərbaycan  Milli 
diviziyasında  xidmət  etmiş,  Stalinqrad  ətrafındakı  şiddətli  döyüşlərin  birində  ağır 
yaralanaraq  əsir  düşmüşdür.  O,  Polşa,  İtaliya  və  Yuqoslaviyada  hərbi  əsir 
düşərgələrində  olmuş  və  Yuqoslaviyada  əsirlərin  faşist  hərbi  dəstələri  ilə 
mübarizəsində böyük rəşadət və mahir təşkilatçılıq nümunələri göstərmişdir. 1944-
cü ilin əvvəlində əsirlikdən qaçaraq Yuqoslaviya partizanlarına qoşulmuş və 9-cu 
partizan korpusunun 31-ci diviziyasında diversiya qrupunun rəhbəri olaraq ən çətin 
tapşırıqların  icrasında  iştirak  etmişdir.  Bu  tapşırıqlar  isə  faşist  hərbi  hissələrin 
arxasında hərbi eşelonları partlatmaq, hərbi qüvvələri məhv etməkdən ibarət idi. 
Mehdi  Hüseynzadə  1944-cü  ilin  16  noyabrında  Sloveniyada  faşistlərlə 
döyüşdə sonuncu gülləsini öz ürəyinə vuraraq həlak oldu və partizanlar tərəfindən 
dəfn  edildi.  Onun  qəbri  üstündə  yazılmışdır:  “Rahat  yat,  bizim  əziz  Mehdimiz, 
Azərbaycan  xalqının  qəhrəmanı,  azadlıq  uğrunda  sənin  böyük  hünərin  sənin 
dostlarının ürəyində həmişə yaşayacaqdır”. 
1942-44-cü    illərdə    Azərbaycanlı    əsirlər    Polşanın  Yedlino  şəhərində, 
Fransanın  Rodez  şəhərində,  İtaliyanın  Udins  şəhərində  gizli  antifaşist  təşkilatları 
yaratmışlar.  Bu  təşkilatlar  əsirlər  arasında  antifaşist  məzmunlu  vərəqələr  yayırdı. 
                                                           
40
 
Bax: Ayna qəzeti, 7 dekabr 1996-cı il 
 


61 
 
Rodez şəhərində yerləşən azərbaycanlı əsirlər özləri üçün “Azrodez” sözünü parol 
qəbul  etmişdilər.  Rodeziyada  yerləşən  antifaşist  düşərgəsi  Fransa  Kommunist 
partiyası  Mərkəzi  Komitəsi  ilə  əlaqə  yarada  bilmişdi.  Burada  olan  azərbaycanlı 
əsirlərdən 52 nəfərini faşistlər vəhşicəsinə qətlə yetirmişdilər. Nəhayət 1944-cü ilin 
17  avqustunda  fransız  və  Azərbaycanlı  partizanları  Rodezi  faşistlərdən  azad  edə 
bildilər. 
Rodezdə  mübarizə  aparan  Azərbaycanlı  partizanlardan  biri  də 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə