Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə6/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   2   3   4   5   6   7   8   9   ...   123
KSQ 2V, I Variant, AraqIN KİMYƏVİ ANALİZİ
Qəhrəman  əsgərlər.  Mən  şəxsən  Almaniya 
cəbhəsində  bir  çox  müharibələrdə  olmuşam,  fəqət  sizin  qədər  qəhrəmanlıq 
göstərən  əsgərlərə  nadir  halda  təsadüf  etmişəm.  Siz  mənim  ümidlərimi 
qüvvətləndirdiniz. Siz qanınızla gənc  Azərbaycan Ordusunun namusunu mühafizə 
etdiniz
”. 
Qarabağada  istədiyinə  nail  olmayan  Ermənistan  hökuməti  aprelin  26-da 
(1920) barışıq xahiş etdi.  
Lakin  həmin  vaxtda  aprelin  26-dan  27-nə  keçən  gecə  72  min  nəfərlik  XI 
Qırmızı  Ordunun  zirehli  qatarları  şimaldan  Azərbaycan  sərhədini  keçərək  Bakı 
üzərinə hərəkət etməyə başladı. Bu hücum parlamana məlum ultimatumdan 12 saat 
əvvəl başlamışdı. 
                                                           
5
 Bax: Nəsib Nəsibzadə, Azərbaycan Demokratik Respublikası, s. 68-69. 


14 
 
Azərbaycanda  1920-ci  ilin  27  aprelində  yaranmış  vəziyyət  Azərbaycan 
parlamanının  27  apreldə  axşam  çağırılmış  fövqəladə  iclasında  müzakirə  edildi. 
Həmin  iclasa  Azərbaycan  K/b/P,  Rusiya  K(b)P  Qafqaz  Diyar  Komitəsinin  Bakı 
bürosu  və  Mərkəzi  fəhlə  konfransı  adından  hakimiyyətin  bolşeviklərə  təhvil 
verilməsi  haqqında  ultimatum  verildi.  Ultimatumun  müzakirəsi  gərgin  vəziyyətdə 
keçdi.  Bu  müzakirədə  bolşevik  Əliheydər  Qarayev  demişdi:  “Qarabağda  zühur 
edən  bu  hadisə  müttəfiqlərin  bizi  boğmaq  üçün  sardığı  zəncirlərdən  bir  halqadır. 
Bu halqanı Azərbaycan öz qüvvəsi ilə parçalaya bilməz. Buraxın Şərq millətlərini 
müdafiə edən Qızıl Ordu gəlsin. Qarabağ üsyanını yatırsın, daha sonra Anadoluya 
getsin”. 
Anadoluya (Türkiyəyə) XI Ordunun köməyə gedəcəyinin tarixçəsi belədir: 
1920-ci  ilin  16  martında  İstanbul  Antanta  hərbi  qüvvələri  tərəfindən  işğal 
edilmişdi. Türkiyəyə qarşı yunanların və ermənilərin hərbi əməliyyatları da davam 
edirdi. 
Belə  bir  vəziyyətdə  1920-ci  ilin  23  aprelində  Ankarada  Türkiyə  Böyük 
Millət  Məclisi  çağırılmışdı  və  Mustafa  Kamal  paşa  Məclisin  və  hökumətin  sədri 
seçilmişdi.  Aprelin 26-da Mustafa Kamal paşa Rusiya Sovet hökumətinin başçısı 
V.İ.Leninə  göndərdiyi  məktubunda  Rusiya  ilə  diplomatik  əlaqələri  yaratmağı  və 
milli-azadlıq  mübarizəsində  Türkiyəyə  hərbi  yardım  edilməsini  təklif  etmişdi. 
Göründüyü  kimi  bolşevik  Əliheydər  Qarayev  XI  Ordunu  Azərbaycana  dəvət 
etməyin  lazımlığını  bu  ordunun  Türkiyə  üçün  də  xilaskarlıq  missiyasına  inandığı 
üçün  əsas  götürürdü.  Lakin  sonrakı  hadisələr  bu  vədlərin  doğruluğunu  təsdiq 
etmədi
6

Parlamanın  göstərilən  son  iclasındakı  çıxışında  Milli  Şuranın  sədri 
Məhəmməd  Əmin  Rəsulzadə  demişdi:  “Bizə  deyirlər  ki,  sərhədlərimizi  keçən 
ordunun  başında  Necati  adlı  bir  türk  komandiri  durur...  Rusiyadan  gələn  bu 
təcavüzkar  ordu  bildirir  ki,  Türkiyənin  xilası  üçün  gəlir...  Anadolunun  imdadına 
getmək  bəhanəsiylə  yurdumuza  girən  bu  işğal  ordusu  bir  daha  vətənimizdən 
çıxmaq istəməyəcəkdir”. Tarix M.Ə.Rəsulzadənin haqlı olduğunu sübut etdi. 
Məhəmməd  Əmin  Rəsulzadə  sonralar  qələmə  aldığı  “Azərbaycan  davası” 
adlı  məqaləsində  o  müdhiş  günləri  xatırlayaraq  yazmışdı:  “Azərbaycan 
Cumhuriyyəti  hökuməti  aprel  ayının  27-də  yuxusundan  sərsəm  bir  halda  qalxdı... 
Xüsusi bir amansızlıqla Vətənimizə hücum edən bolşevik-daşnak ordu birləşmələri 
vətənpərvər  oğullarımızı  qan  işində  boğdu.  Ölkəmiz  təqibə,  böhtana  məruz  qaldı. 
Min  bir  həngamələrlə  izahı  olmayan  həbslərin  dalğası  gücləndi.  On  minlərlə 
günahsız  adamlar  güllələndi.  Azərbaycan  Milli  Ordusunun  min  iki  yüzdən  çox 
                                                           
6
 Bu haqda daha geniş: İsmayılov İ.Z. Azərbaycanın XIX əsrdə dövlətçilik siyasəti məsələləri: B., 1995, 
s.49-53. 


15 
 
əsgər  və  zabiti  Arazı  keçərək  o  taylı  qardaşlarımıza  pənah  apardı.  Təqib  olunan 
minlərlə ziyalımız Türkiyəyə, Fransa və Almaniyaya mühacirətə getdi”.  
Şəmistan Nəzirli “Cumhuriyyət generalları” kitabında (Bakı, 1995) yazır ki, 
Azərbaycan  Xalq  Cumhuriyyəti  dövrü  (1918-1920)  Azərbaycanın  21  döyüş 
generalı  olmuşdur  (səh.49).  Bunlar  Səməd  bəy  Mehmandarov,  Əliağa  Şıxlinski, 
Xosrov  bəy  Sultanov,  İbrahim  ağa  Vəkilov,  İbrahim  ağa  Usubov,  Hüseynxan 
Naxçıvanski,  Mirkazımxan  Talışxanov,  Firudin  bəy  Vəzirov,  Qalib  bəy  Vəkilov, 
Daniyal bəy Həlləcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur 
bəy  Novruzov,  Əmir  Kazım  Mirzə  Qacar,  Məhəmməd  Mirzə  Qacar,  Əmənulla 
Mirzə  Qacar,  Feyzulla  Mirzə  Qacar,  Cavad  bəy  Şıxlinsi,  Məmməd  Sadıq  bəy 
Ağabəyzadə və digərləri idilər.  
General-leytenant    Məmmədbəy  Sulkeviç  (litva  tatarı,  Azərbaycan 
vətəndaşlığını  qəbul  etmişdi)  1918-1919-cu  illərdə  Azərbaycan  ordusunda  Baş 
qərargahın rəisi və az sonra korpusun komandiri olmuşdur.  
General-mayor  Cavad  bəy  Şıxlinski,  general  Məhəmməd  Mirzə  Qacar 
Gəncədə  XI  Orduya  qarşı  xalq  mübarizəsinə  rəhbərlik  etmişlər.  Azərbaycan 
generallarından Xalq Cumhuriyyəti hökumətinin I və II kabinələrində Hərbi Nazir 
Xosrov  bəy  Sultanov,  Daxili  İşlər  Naziri  isə  Behbud  Cavanşir  olmuşdur.  Xosrov 
bəy Sultanov 1919-cu ildə Qarabağın general-qubernatoru vəzifəsində çalışmışdır. 
Rəsmi  araşdırmalar  göstərir  ki,  1920-ci  ilin  bolşevik-daşnak  terroru 
nəticəsində  Azərbaycan  Milli  Ordusuna  xidmət  edən  12  general,  27  polkovnik  və 
podpolkovnik,  46  kapitan  və  ştabs  kapitan,  poruçik  və  podporuçik,  148  praporşik 
və podpraporşik, 266 digər rütbəli hərbi qulluqçu məhv edilmişdir. 
Həmin  dövrdə  qırmızı  terrorun  qurbanı  olaraq  əksəriyyəti  1920-ci  ildə 
Nargin adasında güllələnmiş generallarımız  aşağıdakılardır: 
General-mayor  Həbib  bəy  Hacı  Yusif  oğlu  Səlimov  (Azərbaycan 
Cumhuriyyətinin  ilk  Hərbi  Naziri),  general-mayor  Əmir  Kazım  Qacar,  general-
mayor  İbrahim  ağa  Usubov,  general-leytenant  Məmməd  bəy  Sulkeviç,  general-
mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy 
oğlu Tlexas (milliyyətcə çərkəz olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü 
olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov. 
Məlumdur  ki,  Azərbaycan  Xalq  Cumhuriyyəti  hökumətinin  ilk  Baş  Naziri 
Fətəli  xan  Xoyski  də  1920-ci  ilin  19  iyununda  Tiflisdə  erməni  terrorçusu  Aram 
Yevqanyan tərəfindən öldürülmüşdür.  
 
*** 
 
Azərbaycan  Sovet  Respublikası  1920-ci  ilin  aprelin  sonundan  1922-ci  ilin 
12  martına  qədərki  dövrdə  müstəqil  dövlət  kimi  fəaliyyət  göstərirdi.  Lakin 


16 
 
Rusiyanın  XI  Ordusunun  Azərbaycanda  yerləşdirilməsi  bu  müstəqilliyi  heçə 
endirdi.  Təkcə  onu  demək  kifayətdir  ki,  XI  Ordu  1920-ci  ilin  may  ayının  beş 
günündə Gəncədə qanlı hərbi əməliyyatlar keçirərək, yerli əhalidən 23 min nəfəri 
qətlə yetirmişdir. 
Azərbaycan Respublikasının SSRİ tərkibində olduğu 1923-cü il yanvarın 1-
dən  sonrakı  ilk  17  ildə  (yəni  Böyük  Vətən  müharibəsinin  başlanmasına  qədərki 
dövrdə)  Respublika  vətəndaşları  Sovet  Ordusu  tərkibində  ümumi  əsgəri 
mükəlləfiyyətə cəlb edilməklə yanaşı Azərbaycanda bir milli atıcı diviziya da var 
idi.  Həmin  dağ-atıcı  diviziyası  1920-ci  ilin  30  oktyabrında  təşkil  edilmişdi  və 
1938-ci  ilə  qədər  mövcud  olmuşdur.  1924-1930-cu  illərdə  diviziyanın  komandiri 
Cəmşid  Naxçıvanski  (1895-1938)  olmuşdur.  Sovet  Ordusunun  təşkili  ərazi 
sistemindən  sırf  kadr  sisteminə  keçirildikdə  (1938)  həmin  diviziya  77-ci  diviziya 
adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil 
edilmişdi. 
 
*** 
 
İkinci  dünya  müharibəsindən  əvvəlki  dövrdə  yetişmiş  və  böyük  hərbi 
xidmət yolu keçmiş azərbaycanlı general və sərkərdələrdən bir neçəsi haqqında bir 
qədər geniş: 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə