84
Baş serjant M.Məhərrəmovun dəstəsi 1943-cü ilin 2 oktyabrı gecəsi
Kreşşatnik adlı yerdə Dnepr çayını birinci olaraq keçmiş və 15 gün müddətində
düşmənin arxasında onun silah anbarını partlatmış, zəbt etdiyi kənddə düşmənin
bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin
hücumunun genişlənməsini təmin etmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 22 fevralında verilmişdir.
Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmişdir.
Məhərrəmov Məlik Məlik oğlu
1920-ci ilin 29 avqustunda Zərdab rayonunun Bıçaqçı kəndində anadan
olmuşdur. Hərbi xidmətə 1939-cu ildə çağırılmış və 1941-ci ilin iyunundan 61-ci
ordunun 77-ci qvardiyaçı atıcı diviziyası tərkibində Leninqrad uğrunda və Oryol
ətrafındakı ağır döyüşlərdə iştirak etmişdir. Müharibə cəbhələrində beş dəfə
yaralanmışdır.
Rota komandiri qvardiya leytenant M.Məhərrəmov öz döyüşçüləri ilə
birlikdə 1943-cü ilin 27 sentyabrında Dnepr çayını Nedançiçi adlı yerdə keçərək
(Çerniqov vilayəti) düşmənin istehkam məntəqəsini ələ keçirmiş, düşmən
qüvvələrinin əks hücumlarını dəf edərək, ümumi hücumun uğurunu təmin etmişdir.
Ona və rotasının 15 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 15
yanvarında verilmişdir. Məlik Məhərrəmov müharibəni Berlində başa vurmuşdur.
M.Məhərrəmov 1954-cü ildə M.V.Frunze adına akademiyanı qurtarmışdır.
1973-cü ildə hərbi xidmətdən tərxis edilən polkovnik M.Məhərrəmov indi Bakı
Dövlət Universitetində dərs deyir və respublikada gənclərin hərbi vətənpərvərlik
ruhunda tərbiyəsi işində geniş fəaliyyət göstərir.
MƏMMƏDOV Əli Ağa oğlu
(1922-1944)
Bakıda dünyaya göz açmış və 1942-ci ildə Qara dənizdə qoşun hissəsində
xidmətə çağırılmışdır. 1944-cü ilin 26 martında Odessa hərbi dəniz bazasının 384-
cü batalyonu desant dəstəsi Nikolayev şəhəri rayonunda düşmənin arxasına
çıxarılmışdı və həmin dəstə 2 gün ərzində gecə və gündüz düşmənin 18 güclü əks
hücumunu dəf etmişdi. Həmin dəstə tərkibində döyüşən tank əleyhinə topçu matros
Əli Məmmədov bu ağır döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və son nəfəsinə
qədər döyüşərək, döyüşdə həlak olmuşdur. Nikolayev şəhərində qardaşlıq
qəbiristanlığında dəfn edilmişdir.
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-ci ilin 20 aprelində verilmişdir.
Bakıda 101 №-li məktəbdə qəhrəmanın büstü qoyulmuşdur.
85
MƏMMƏDOV Qafur Nəsir oğlu
(1922-1942)
Bakıda dünyaya göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə
getmişdir. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada
batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse
şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir.
1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf
edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot
heyətini məhv etmişdi. Həmin döyüşdə o, öz komandirini düşmən atəşindən
müdafiə edərkən, özü həlak oldu.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir.
Bakıda bir hərbi məktəbə, bir gəmiyə və bir küçəyə onun adı verilmişdir.
NOSOV Aleksandr Mixayloviç
Saratov vilayətində 1924-cü ildə dünyaya göz açmış Aleksandr Nosov
valideynləri ilə birlikdə 1933-cü ildə Bakıya gəlmiş və bir neçə il Kürdəmirdə
yaşamışdır.
1941-ci ildə 18 yaşlı Aleksandr könüllü cəbhəyə getmiş və onun döyüş yolu
Şimali Qafqazdan başlamışdır.
Taman yarımadası uğrunda aparılan döyüşlərdən birində serjant Aleksandr
Nosovun xidmət etdiyi atıcı batalyonu düşmənin 10 hücumunu dəf edərək, 6
tankını vurmuşdu. Rota komandiri Saidov ağır yaralanaraq döyüşdən çıxarıldıqda,
onu qvardiya serjant Aleksandr Nosov əvəz etdi və çox ağır döyüş qələbə ilə
qurtardı. Serjant Aleksandr Nosova növbədən kənar kiçik leytenant rütbəsi verildi.
Həmin günlərdə aparılan ikinci döyüşdə Aleksandr Nosov tank əleyhinə
qranat ilə şəxsən düşmənin 3 tankını partlatmışdı.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 23 oktyabrında verilmişdir.
HƏKĠMOV Mikayıl Kəbir oğlu
(1916-1944)
Bakıda dünyaya göz açmış Mikayıl Kəbir oğlu orduda dəniz donanması
hissəsində matros olmuşdur.
Böyük vətən müharibəsi başlandıqda Qara dəniz donanmasından Taqanroq
və Mariupolda desant çıxarma əməliyyatlarında iştirak etmişdir.
86
Faşist ordusu geriyə çəkilərkən 1944-cü ilin qışında Nikolayev şəhərinin
buxtasını minalamışdı və onu partlatmalı idilər. Bunu bilən Sovet ordu
komandanlığı həmin planı pozmaq haqqında əmr verdi. Bu əməliyyatı həyata
keçirməli olan 67 nəfərdən ibarət desant dəstəsinə Mikayıl Həkimov da daxil idi.
Desantçılar Cənubi Buğ çayının axınının əksinə kiçik qayıqlarda 25 kilometr
məsafəni qət edərək, buxtaya çatdılar və iki gün qızğın döyüşlər oldu. Bu ağır
döyüşlərin birində Bakılı Mikayıl Həkimov da həlak oldu.
1945-ci ilin 20 aprelində həmin desant əməliyyatında qəhrəmancasına həlak
olan 67 nəfərin hamısına Sovet İttifaqı Qəhrəmanı adı verildi.
OSTAPENKO Ġvan Qriqoryeviç
Kubanda 1914-cü ildə dünyaya göz açmış İvan Ostapenko 16 yaşında
olarkən iş dalınca Azərbaycana gəlmiş, Neftçala rayonunda balıq təsərrüfatında və
kolxozda işləmişdir.
1941-ci ildə orduda xidmətə çağırılmış və onun cəbhə yolu Rostov uğrunda
döyüşlərdən başlanmışdır.
Minomyotçular dəstəsində xidmət edən İ.Ostapenko Kuban, Donbas, Krım
cəbhələrində döyüşmüş və üç dəfə yaralanmışdır.
Kiçik serjant İ.Ostapenko 1944-cü ilin sonunda Dunay yaxınlığındakı
əməliyyatlarda iştirak etmiş, Dunayın qərb sahilinə keçilməsi əməliyyatında igidlik
göstərmişdir.
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-ci ilin martında verilmişdir.
Müharibə qurtardıqdan sonra Azərbaycana qayıdaraq, neft trestlərinin
birində işləmişdir.
PETRUXĠN Nikolay Dmitriyeviç
(1908-1945)
Bakıda dünyaya göz açmış Nikolay Petruxin Suraxanıda yaşamış və 30-cu
illərin əvvəlində hərbi xidməti qurtarıb, yenə də Bakıya qayıtmış, neft sənayesində
işləmişdir. Böyük Vətən Müharibəsi başlandıqda N.Petruxin Qara dəniz
donanmasında xidmətə göndərilmiş və snayper peşəsinə yiyələnmişdir.
1944-cü ilin martında Nikolayev şəhərinin azad edilməsi üzrə desant
əməliyyatında iştirak edən N.Petruxin şəxsi qəhrəmanlıq göstərmişdir: iki gün
ərzində düşmənin 18 hücumu dəf edilmişdi. Çox ağır keçən bu döyüşlərin birində
N.Petruxin həlak olmuşdur.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 20 aprelində verilmişdir.
Dostları ilə paylaş: |