78
1941-ci ilin avqustunda Sovet Ordusu hissələri tərkibində Cənubi Azərbaycana
(İrana) göndərilmişdi.
1941-ci ilin oktyabrından etibarən serjant Boris Yenaliyev Böyük Vətən
Müharibəsi cəbhələrində vuruşmuş və onun döyüş yolu Xarkov, Krım, ..., Berlinə
qədər uzanmışdır.
Almaniya paytaxtını iki hissəyə bölən Şpreye çayının keçilməsi
əməliyyatında Boris Yenaliyev şəxsi igidlik göstərərək, ağır döyüşlərdə 20 faşist
zabit və əsgərini məhv etmiş və böyük bir əməliyyatın həyata keçirilməsini təmin
etmişdir. 1945-ci 31 mayında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Müharibə qurtardıqdan sonra Boris Yenaliyev Bakıya qayıtmış və burada
əmək fəaliyyətini davam etdirmişdir.
KOVERĠN Ġlya Ananyeviç
Azərbaycanın Astara rayonunda 1910-cu ildə dünyaya göz açmış İlya
Koverin müharibə başlanana kimi hərbi xidmətə çağırıldı və tank hissəsində
döyüşə başladı.
Tankçı İlya Koverinin döyüş yolu Qafqazdan Rumıniyaya qədər uzun
olmuşdur. Və onun ən ağır döyüşü də 1944-cü ilin 16 sentyabrında Rumıniya
torpağında oldu.
Bütün günü davam edən döyüşdə tank heyətində olan 5 nəfərdən yalnız İlya
Koverin sağ qalır və tankı da sıradan çıxır. Döyüşün ikinci günü faşistlər Sovet
əsgərini əsir götürmək üçün dəfələrlə hücuma keçirlər. Cəsur döyüşçü tankda olan
silah və qranatlarla düşmənləri tankın ətrafında məhv edir.
Döyüşün 3-cü gününün axşamı İlya Koverin qaranlıq gecədə tankı tərk
edərək, öz hissəsinə qayıda bilmişdi.
İlya Koverinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı 1945-ci ilin 17 avqustunda
verilmişdir.
Müharibə qurtardıqdan sonra Koverin Astara rayonuna qayıtmışdır.
KALĠNĠÇENKO Qriqori Martınoviç
(1903-1943)
Cənubi Ukraynanın Xerson vilayətində dünyaya göz açmış Qrirori
Kaliniçenko 1928-30-cu illərdə orduda xidmət etmiş və bu xidmətdən tərxis
olunduqda Bakıya gəlmiş və burada limanda və zavodda işləməyə başlamışdı.
Böyük Vətən Müharibəsinə də Qriqori Kaliniçenko Bakıdan getmişdir.
Hərbi məktəbi leytenant rütbəsi ilə qurtaran Qriqori Kaliniçenko Qafqaz dağları
ətəklərindən döyüşə başlamışdır.
79
Leytenant Qriqori Kaliniçenkonun ən ağır son döyüşü Ukraynanın əsas çayı
olan Dneprin keçilməsində baş verdi. Komandir öz rotasının Dnepri keçməsini
böyük ustalıqla təmin etmişdi. Lakin son dəqiqələrdə düşmən gülləsi komandirə
tuş oldu. Ona Sovet İttifaqı Qəhrəmanı 1943-cü ilin 19 noyabrında verilmişdir.
KĠLDYAKOV Mixayıl Andreyeviç
Bakıda dülgər ailəsində dünyaya göz açmış Mixayıl Kildyakov dəmir
yolunda işlədiyi üçün ordu sıralarına çağırışdan möhləti olmasına baxmayaraq,
könüllü olaraq döyüşən Orduda xidmətə getdi və batalyon komandirinin siyasi işlər
üzrə müavini vəzifəsində Dunay çayı sahilinə qədərki məsafədə döyüş yolu
keçmişdir.
Mixayıl Kildyakovun son döyüşü 1945-ci ilin 30 martında Dunay çayı
sahilindəki Komarno (Çexoslovakiya) şəhərini azad etmək əməliyyatı zamanı
olmuşdur. Həmin gecə döyüşündə batalyonun 1-ci dəstəsi ilə sahilə çıxan komissar
əməliyyatın qələbəsini təmin etmişdi, lakin son dəqiqələrdə qəflətən düşmən
atəşinin qurbanı oldu. Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1946-cı ilin 15
mayında verilmişdir.
KLĠMOV Pavel Dmitreviç
Bakıda 1920-ci ildə dünyaya göz açmış Pavel Klimov sənaye institutunda
(İndiki Azərbaycan Dövlət Akademiyası) təhsilə başlamış, 1938-ci ildə
təyyarəçilik məktəbində təhsilini davam etdirmişdir.
O, müharibədə iştiraka Şimal donanmasında 1943-cü ildə başlamış və
həmin ilin 31 noyabr gecəsi Şimal donanması qırıcı təyyarəçiləri içərisində faşist
bomba atan təyyarəsini təkbaşına döyüşdə məhv etməyə nail olmuşdur.
Böyük Vətən müharibəsi qurtarana qədərki dövrdə bakılı Pavel Klimov
onlarla düşmən təyyarəsini məhv etmiş və 1943-cü ilin 24 martında ona Sovet
İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.
1965-ci ildə polkovnik rütbəsində olan P.D.Klimov hərbi hava qüvvələri
sistemində xidmət edirdi.
KOÇALAYEVSKĠ Yuriy Petroviç
1920-ci ildə Bakıda anadan olmuş Yuriy Koçalayevski Böyük Vətən
müharibəsində hərbi təyyarəçi kimi iştiraka başlamışdır. Leytenant Yuriy
Koçalayevski müharibə illərində 127 hərbi döyüş uçuşu etmiş və bunların
əksəriyyəti düşmənin Şimal dənizində hərbi və nəqliyyat gəmilərinin məhv
80
edilməsinə yönəldilmişdi. Bu döyüşlərdə o düşmənin yeddi nəqliyyat gəmisini, bir
neft daşıyan tankerini və bir hərbi mühafizə gəmisini məhv etmişdir. Ona Sovet
İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 31 mayında verilmişdir.
LEVĠN Semyon Samuiloviç
Bakıda 1904-cü ildə dünyaya göz açmış Semyon Levin Sovet – Finlandiya
müharibəsində zabit rütbəsində iştirak etmişdir. Böyük Vətən müharibəsi
başlandıqda atıcı diviziyada ştab rəisi, az sonra isə komandir vəzifəsində Volqa
çayı və Donbas ətrafındakı döyüşlərdə iştirak etmişdir.
Qvardiya polkovnik S.Levinin komandir olduğu 62-ci atıcı diviziya 1943-cü
ilin 1 senyabrında İlovaysk stansiyasını (Donbas) düşməndən azad etmişdir.
1945-ci ilin yanvarında həmin diviziya 3-cü Belorusiya cəbhəsi tərkibində
Şərqi Prussiya ərazilərində döyüşürdü. Bu döyüşlərə görə 62-ci diviziyaya 3-cü
orden verildi və onun komandiri S.Levin Sovet İttifaqı Qəhrəmanı adına layiq
görüldü.
LOZOV Vasiliy Savelyeviç
Krasnodarın Mixaylovka kəndində doğulmuş Vasiliy Lozov 13 yaşında ikən
(1927-ci ildə) Bakıya gəlmiş və 1937-ci ildə buradan könüllü olaraq orduda
xidmətə getmişdir.
83-cü Zenit artilleriya alayında top komandiri olan serjant Vasiliy Lozov
düşmən qüvvələri ilə döyüşlərə 1941-ci ilin noyabrında Novorossiyskdən
başlamışdır. Sonrakı dövrlərdə məşhur Kursk-Belqorod döyüşlərində, Dneprin
keçilməsində V.Lozov düşmən təyyarələrinə və birbaşa atəşlə düşmən tanklarına
qarşı çoxsaylı uğurlu əməliyyatlarda iştirak etmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 26 oktyabrında Dnepri keçmə
əməliyyatına görə veilmişdir.
Həmin əməliyyat zamanı ağır yaralanmış V.Lozov hərbi xidmətdən tərxis
edilərək, Bakıya gəlmiş və burada əmək fəaliyyətini davam etdirmişdir.
MANEVĠÇ Lev Yefimoviç
(1898-1945)
Belorusiyada 1898-ci ildə dünyaya göz açmış Lev Yefimoviç uşaq ikən öz
valideynləri ilə Bakıya gəlmiş və şəhərin Qara şəhər adlanan hissəsində oxumuş və
sonra zavodda işləmişdir.
Dostları ilə paylaş: |