Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

66 
 
səsini  qaldıran  və  onlara  əsaslı,  dəlilli  mənbələrə  istinadan  cavab  verən,  onların 
qarşısını daim alan Ziya Bünyadov idi...” (H.Əliyev). 
Akademik Ziya Bünyadov müqəddəs kitabımız Qurani-Kərimi Azərbaycan 
dilinə  tərcümə  etmiş  və  ömrünün  son  aylarında  “Dinlər,  təriqətlər,  məzhəblər” 
kitabını  yazıb  qurtarmışdır.  İslami  dəyərlər  haqqında  müəllifin  bu  xidmətləri  və 
digər  əsərləri  Azərbaycan  xalqının  mənəviyyatının  zənginləşməsinə  böyük 
töhfədir. 
 
MƏMMƏDOV Ġsrafil Məhərrəm oğlu 
(1919-1946) 
1941-45-ci illər müharibəsinin ilk 
azərbaycanlı qəhrəmanı 
 
İsrafil  Məhərrəm  oğlu  Şəmkir  rayonunun  Qapanlı  kəndində  dünyaya  göz 
açmış,  Gəncə  Pedaqoji  Texnikumunu  bitirdikdən  sonra  1939-cu  ildə  orduda 
xidmətə könüllü getmişdir. 
Alman faşizminin SSRİ-yə qarşı başladığı müharibənin ilk günlərindən 180-
ci  atıcı  diviziyasının  42-ci  alayı  tərkibində  cəbhədə  olmuşdur.  Düşmən  qüvvələri 
Moskva  istiqamətində  hücuma  keçdiyi  dövrdə  İsrafil  Məmmədovun  komandir 
olduğu  bölmə  Moskvadan  Şimalda  Novqorod  vilayətinin  Pustınka  kəndi 
yaxınlığında düşmənlə üz-üzə vuruşurdu. İyulun ilk günlərindəki döyüşdə o, qranat 
ilə  düşmənin  tank  dəstəsinin  başında  gələn  birinci  tankını  partlatmışdı  və  bundan 
sonra  daha  üç  tank  məhv  edilmişdi.  Həmin  1941-ci  ilin  3  dekabrında 
İ.Məmmədovun bölməsinə qarşı düşmənin 2 batalyonu hücuma keçmişdi. Düşmən 
hücumu 4 dəfə  təkrar olundu. Bu döyüşdə  düşmənin 300-dən çox  əsgər və  zabiti 
məhv edildi. Bunlardan 70 nəfərini komandir İsrafil Məmmədov özü məhv etmişdi. 
1941-ci  il  dekabrın  11-də ona  Sovet  İttifaqı  Qəhrəmanı  fəxri  adı  verildi.  O,  SSRİ 
Ali Soveti Prezidiumunun Fərmanı ilə elan edilən ilk Azərbaycanlı qəhrəman oldu. 
Ölkənin  ən  mötəbər  qəzeti  olan  “Pravda”  qəzetinin  1941-ci  il  11  dekabr 
sayında  yazılmışdı:  “Sovet  xalqı  İsrafil  Məmmədov  kimi  qəhrəmanlar  tərbiyə 
etmişdir.  Onun  qəhrəmanlığı,  onun  igidliyi  haqqında  şad  xəbər  bütün  ölkəyə 
yayılmışdır”. Sovet ordusunun əsas qəzeti olan “Krasnaya Zvezda” 1941-ci ilin 23 
dekabrında  baş  məqaləsində  yazmışdı:  “Əgər  cəbhə  dostluğunun  nə  olduğunu, 
döyüşdə  bir-birinə  köməyin  nə  olduğu  bilmək  istəyirsinizsə  Sovet  İttifaqı 
Qəhrəmanı   İsrafil Məmmədovdan və onun yoldaşlarından öyrənin”. 
Leytenant İ.Məmmədov 1943-cü ildə səhhətinə görə xidmətdən tərxis edildi 
və doğma Azərbaycana qayıtdı. 


67 
 
İsrafil Məmmədovun qəhrəmanlığı bütün ölkədə geniş təbliğ edilirdi. Onun 
adı ilə bağlı Azərbaycanda “Məmmədovlar hərəkatı” başlandı, onun qəhrəmanlığı 
haqqında şerlər və kitablar yazıldı, kinofilm çəkildi. 
Qəhrəmanın adı təhsil aldığı kənd məktəbinə verilmiş, Gəncədə onun adına 
küçə və xatirə ansamblı vardır. 
 
 
ABDULLAYEV MəmiĢ ġahbaz oğlu 
(1923-1945) 
 
Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi 
qurtardıqdan  sonra  1943-cü  ilin  iyununda  hərbi  qulluğa  getmiş  və  I  Belarus 
cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordu tərkibində olan 339-cu atıcı alayda 
pulemyotçu  olmuşdur.  Serjant  Məmiş  Abdullayev  1944-cü  ilin  sentyabrının 
əvvəlində  Polşa  ərazisində  düşmənə  qarşı  aparılan  döyüşlərdə  şəxsi  qəhrəmanlıq 
göstərmiş  və  döyüşən  hərbi  hissənin  uğurlu  hücumunu  təmin  etmişdir.  Sovet 
İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir. 
 
ABDULLAYEV Səməd Həmid oğlu 
(1920-1943) 
 
Ağdaş  rayonunun  Qolçatı  kəndində  anadan  olmuş  və  şəhərdəki  pedaqoji 
texnikumunda  təhsilini  bitirdikdən  sonra  hərbi  xidmətə  çağırılmış,  tibbi  xidmət 
üzrə  təlim  keçərək  Şimali  Qafqazda  hərbi  əməliyyatlar  aparan  18-ci  ordunun 
tərkibindəki 318-ci dağ-atıcı diviziyasında xidmətə başlamışdır. 
Tibb  xidmət  starşinası  Səməd  Abdullayev  Kerç  yarımadasına  1/11-43 
tarixdə  desant  çıxarılmasında  iştirak  etmiş,  yaralı  döyüşçülərə  hərbi  xidmətlə 
yanaşı düşmənə qarşı aparılan ağır əlbəyaxa döyüşdə bir neçə faşist əsgərini məhv 
etmiş və ağır döyüşlərin 5-ci günü həlak olmuşdur. 
Kerç  şəhəri  ətrafında  dəfn  edilmişdir.  Sovet  İttifaqı  Qəhrəmanı  adı  17/11-
43-cü  ildə  verilmişdir.  Ağdaşın  Qolçatı  kənd  məktəbinə  qəhrəmanın  adı 
verilmişdir.
 
 
ALLAHVERDĠYEV Müseyib Abdulla oğlu 
(1909-1969) 
 
Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya göz açmış və 1941-ci ildə 
könüllü olaraq orduda xidmətə getmişdir. 


68 
 
Boyük  Vətən  müharibəsi  illərində  döyüşən  ordu  sıralarında  Moskva 
altındakı  döyüşlərdən  başlayaraq  Budapeştə  qədər  döyüş  yolu  keçmişdir.  Mayor 
Müseyib  Abdullayevin  komandir  olduğu  batalyon  Dnepri  keçərək  Macarıstan 
ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında 
apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. 
M.Allahverdiyev  Budapeştin  azad  edilməsi  əməliyyatında  da  iştirak  etmişdir. 
Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir. 
 
ƏLƏKBƏROV Mikayıl Məhəmməd oğlu 
(1924-1943) 
 
Bakının  indiki  Abşeron  rayonunun  Saray  kəndində  dünyaya  göz  açmış  və 
1942-ci ildə orduda xidmətə könüllü getmişdir. 
Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) 
tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin 
keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez 
keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə 
verməklə 
hücum  əməliyyatının  qələbəsini  təmin  etmişdir.  Ukraynanın 
Dnepropetrovsk  vilayətinin  azad  edilməsi  uğrunda  aparılan  döyüşlərdə  düşmənin 
14  hücumunun  dəf  edilməsində  iştirak  edərək,  ağır  yaralanmış  və  iki  həftə  sonra 
aldığı  ağır  yaralardan  həlak  olmuşdur.  Dnepropetrovskda  Rudka  kəndində  dəfn 
edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ölümündən 12 gün sonra 1943-cü ilin 26 
oktyabrında verilmişdir. 
Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir. 
 
ƏLĠYEV Məstan Aslan oğlu 
(1913-1945) 
 
Tovuz  rayonunun  Əsrik  Çırdaxan  kəndində  anadan  olmuş  və  kənd 
məktəbində  müəllim  işləyən  Məstan  Əliyev  1939-cu  ildə  orduda  xidmətə 
getmişdir. 
Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, 
Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. 
Starşina  Məstan  Əliyevin  uğurlu  döyüşlərindən  biri  1945-ci  ilin  16 
aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi düşmənin 72 
əsgər  və  zabitini  əsir  götürdü,  şəxsən  özü  isə  20  nəfərə  qədər  faşist  məhv  etdi. 
Məstan  Əliyev  aprelin  23-də  Berlin  uğrunda  döyüşlərin  birində  həlak  oldu.  Ona 
Sovet  İttifaqı  Qəhrəmanı  adı  1945-ci  il  mayın  31-də  verildi.  Almaniyada  dəfn 
edilmişdir. Doğma kəndinin məktəbi onun adını daşıyır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə