63
keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu.
Həmyerlimiz leytenant Serafimo adı altında partizanlıq etmiş və 1945-ci ilin 25
aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq
göstərmişdir. Ona “Qaribaldi ulduzu” və “Milli bayraq” ordenləri verilmişdir. Şıxlı
kəndində olan muzeydə onun haqqında geniş material vardır.
Belə partizanlardan biri də hazırda Bakı şəhərinin Nəsimi rayonunda
yaşayan
Cəfərov Xançoban Bayram oğludur. 1919-cu ildə Ermənistanın Qokark
rayonunun Gözəldərə kəndində dünyaya göz açmış serjant Xançoban Cəfərov
1943-cü ilin iyununda Leninqrad ətrafındakı döyüşlərin birində əsir düşərək
Almaniya (Hamburq) və Fransa əsir düşərgələrindən sonra İtaliyanın Pyaçensa
şəhərində (13 A zonasında) əsirlər üçün olan düşərgədə 1946-cı ilədək yaşamışdır.
1947-ci ildə Vyanadan Budapeştə, oradan da Lvova gələrək, doğulduğu
yerə buraxılmışdır. (Xarici ölkələrdə olması haqqında “Patriot haqqında № 144
vəsiqə” - Pyaçensa şəhəri divizionunun komendantlığının komissarı tərəfindən
verilmişdir və müvafiq qeydiyyatlar vardır). Avropada faşist düşərgələrindən
canını qurtarmış Xançoban Cəfərov erməni faşistləri tərəfindən öz doğma
Gözəldərə kəndindən 1988-ci ildə vəhşiliklə qovulmuşdur və indi Bakıda yaşayır.
§ 8. Böyük Vətən Müharibəsi illərində
“Sovet Ġttifaqı Qəhrəmanı” və
“ġöhrət” ordeninin üç dərəcəsi
ilə təltif edilmiĢ Azərbaycanlılar
Azərbaycanda dünyaya göz açmış vətəndaşlardan müharibə illərində 123
nəfər “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülmüş, 34 nəfər isə “Şöhrət”
ordeninin hər üç dərəcəsi ilə təltif edilmişlər. Müharibə dövrünün bu qəhrəmanları
haqqında nəşr edilmiş məcmuə və yazıların əksəriyyəti rus dilində olmuşdur və
bunların da hamısı indi yalnız kitabxanalarda qalmışdır.
Müstəqil Azərbaycan dövləti ordusunun döyüşçüləri və bütün gənclərimiz
üçün həmin qəhrəmanlar haqqında tərtib edilmiş bu qısa oçerklər şəklində yığcam
məlumatlar onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində xüsusi əhəmiyyət
kəsb edir.
64
ASLANOV Həzi Əhəd oğlu
(1910-1945)
iki dəfə “Sovet İttifaqı Qəhrəmanı”,
tank qoşunları General-Mayoru
Həzi Əhəd oğlu Aslanov Lənkəranda dünyaya göz açmış və böyümüş, Bakı
və Peterburq məktəblərində təhsil almışdır. 1929-cu ildə hərbi xidmətə başlamış,
Sovet-Finlandiya müharibəsində iştirak etmişdir.
Alman faşizminin SSRİ-yə 1941-ci ilin 22 iyununda müharibə başladığı ilk
günlərdə kapitan Həzi Aslanovun komandir olduğu tank batalyonu Lvov
yaxınlığında yerləşirdi və faşistlərlə ilk döyüşü Zoloçev adlı yerdə başladı.
1941-ci ilin son aylarında Moskva ətrafındakı döyüşlərdə hərbi təşkilatçılıq
bacarığı və şəxsi igidliyinə görə ona podpolkovnik rütbəsi verildi. Onun hərbi
sərkərdəlik sahəsində xüsusi məharəti 1942-ci ilin 15-19 dekabrında Stalinqrad
uğrunda vuruşlarda özünü bir daha göstərdi.
Stalinqrad şəhəri uğrunda vuruşlar zamanı polkovnik Həzi Aslanovun
komandir olduğu 55-ci tank alayı Verxni-Kumskda general-feldmarşal Manşteynin
ordu birləşmələrinin arası kəsilmədən təşkil etdikləri hücumların qarşısını alan
hissələrdən biri olmuşdur. Həmin vuruşlara görə Həzi Aslanova 1942-ci ilin 22
dekabrında Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.
1943-cü ilin payızında 35-ci Qvardiya tank briqadasının şəxsi heyəti aldığı
yeni texnika ilə döyüşlərə hazırlaşdığı dövrdə polkovnik H.Aslanov Moskvada
Zirehli tank və motorlu qoşunlar akamiyasına təhsilə göndərilir. Akademiyanı
bitirmək ərəfəsində, 13 mart 1944-cü ildə ona general-mayor rütbəsi verilir. Tank
qoşunları qvardiya general-mayor hərb təcrübəsində “cinahlardan zərbə vurmaq
taktikasının” mahir ustası kimi tanınmış sərkərdədir və bu sahədə hərb elmini
zənginləşdirmişdir. Yalnız 1944-cü ildə onun adı Ali Baş Komandan İ.V.Stalinin
qələbə münasibəti ilə verdiyi əmrlərdə 8 dəfə çəkilmişdir.
General-mayor Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı
verilməsi materialları həmin müharibə illərində də xalqımıza düşmən olan qüvvələr
tərəfindən gizlədilmişdi və ona ikinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” adı 1990-cı
ildə verildi.
Görkəmli hərbi sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya
general-mayor Həzi Aslanov 1945-ci ilin 24 yanvarında (faşizm üzərində qələbəyə
üç ay yarım qaldığı bir vaxtda) Yelqava şəhəri (Litva) yaxınlığındakı vuruşda
qəhrəmancasına həlak olmuşdur. Döyüşlərdə komandirlik rəşadətlərinə və şəxsi
igidliklərinə görə o, 11 orden və bir sıra hərbi medallarla təltif edilmişdir.
Bakıda Dağüstü parkda dəfn edilmişdir. Bakıda zabitlər evi, Volqoqradda
küçə, Bakı və Volqoqradda məktəb və tanker onun adını daşıyır. Lənkaranda ev