Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

61 
 
Rodez şəhərində yerləşən azərbaycanlı əsirlər özləri üçün “Azrodez” sözünü parol 
qəbul  etmişdilər.  Rodeziyada  yerləşən  antifaşist  düşərgəsi  Fransa  Kommunist 
partiyası  Mərkəzi  Komitəsi  ilə  əlaqə  yarada  bilmişdi.  Burada  olan  azərbaycanlı 
əsirlərdən 52 nəfərini faşistlər vəhşicəsinə qətlə yetirmişdilər. Nəhayət 1944-cü ilin 
17  avqustunda  fransız  və  Azərbaycanlı  partizanları  Rodezi  faşistlərdən  azad  edə 
bildilər. 
Rodezdə  mübarizə  aparan  Azərbaycanlı  partizanlardan  biri  də  Əhmədiyə 
Mikayıl  oğlu  Cəbrayılov  olmuşdur.  Əhmədiyə  Cəbrayılov  1942-ci  ilin  mayında 
Donbasda  faşist ordusuna  qarşı aparılan qanlı döyüşlərin birində  ağır  yaralanaraq 
əsir  düşmüş  və  Fransa  ərazisindəki  əsirlər  düşərgəsinə  aparılmışdır.  Həmin  ilin 
noyabrında  o,  əsirlikdən  qaçaraq  Fransa  müqavimət  hərəkatı  iştirakçılarına 
qoşulmuşdu.  Əhmədiyə  Cəbrayılov  3  il  ərzində  Fransa  partizanları  ilə  birlikdə 
faşistlərlə  mübarizə  aparmış  və  bu  xidmətlərinə  görə  o,  Fransanın  8  orden  və 
medalı  ilə  təltif  edilmişdir.  1944-cü  ilin  20  avqustunda  Paris  şəhəri  faşistlərdən 
azad  edildikdə  mitinqdə  Əhmədiyə  Cəbrayılov  da  çıxış  etmişdir.  Ona  Fransanın 
milli qəhrəmanı adı verilmişdir
41

Fransada 1944-cü ildə fəaliyyət göstərən birinci Sovet partizan alayında 200 
nəfərə  qədər  azərbaycanlı  olmuşdur.  Həmin  alayın  bir  bölməsinin  komandiri 
Azərbaycanlı Xalaf Hacıyev idi. Bölmənin  faşistlərə qarşı həyata  keçirdiyi  uğurlu 
hərbi  əməliyyatlara  görə  X.Hacıyev  Fransanın  4  orden  və  medalı  ilə  təltif 
edilmişdir. 
Fransa müqavimət hərəkatına Əhmədiyə Cəbrayılovdan əlavə Əliyev Ənvər 
Cəlal oğlu (Bakı), Mürsəlov Məmmədtağı Xanbaba oğlu (Bakı), Kərimov Mətanəli 
Dadaş  oğlu  (Bakı),  Süleymanov  Abdulla  Ramazan  oğlu  (Bakı),  Haməddin 
Hacımuradov  (Xudat),  Seyfəddin  Qazanbəyov  və  Cəbrayıl  Mürsəlov  (Qusar), 
Əmir Quliyev (Xaçmaz),  Ənvər Həsən oğlu  Rüstəmov (Bakı), Əşrəf Səməd oğlu 
Əşrafov  (Bakı),  Xalid  Hacıyev  (Göyçay),  Fərhad  Kərimov  (Siyəzən),  Daniyal 
Abdulla  oğlu  Abdullayev  (Balakən),  Nuru  Mahmud  oğlu  Abdullayev  (Şəki), 
Eynulla Səfərov (Ağdaş) da iştirak etmişlər. 
Fransa  müqavimət  hərəkatında  vaxtilə  iştirak  etmiş  üç  nəfər  Azərbaycanlı 
(Qədir Süleymanoğlu, Tofiq Tağıyev, Qüdrət Bəkirzadə) indi də Parisdə yaşayırlar 
və oradakı “Azərbaycan evi” adlı cəmiyyətdə fəal iştirak edirlər. 
                                                           
41
 
Mehdi  Hüseynzadə  və  Əhmədiyə  Cəbrayılovun  müqavimət  hərəkatında  iştirakları  haqqında 
müəllifin “Dünya Azərbaycanlıları XX əsrdə” kitabında (B. 1997) müfəssəl məlumat verilmişdir (s.31-
32). 
 


62 
 
Şimali  İtaliyada  partizan  dəstələrinin  tərkibində  300  nəfərdən  çox 
Azərbaycanlı  partizan  mübarizə  aparırdı.  Burada  Azərbaycanlı  əsirlər  dəstəsinə 
rəhbərlik  edən  Həmzə  Əsgərov  (1944-cü  ilin  payızı)  Betola  qəsəbəsi 
yaxınlığındakı  döyüşdə  qəhrəmancasına  həlak  olmuşdur.  Onun  qəbirüstü  daşında 
“Azərbaycanlı  Həmzə  Betola  uğrunda  döyüşlərdə  misilsiz  döyüş  qabiliyyəti  və 
hünər göstərmişdir” sözləri yazılmışdır. 
İtaliya  müqavimət  hərəkatında  eləcə  də  partizan  batalyonu  komandiri  Əli 
Babayev,  Şahbaba  Məhərrəmov,  Məhərrəm  Nəcəfov,  Əlisa  Qasımov,  Xançoban 
Cəfərov və digərləri iştirak etmişlər. 
Tanınmış yazıçı-publisist Süleyman Vəliyev 1939-cu ildən Sovet ordusunda 
xidmət  etmiş,  qərbi  Ukraynada  aparılmış  hərbi  əməliyyatlarda  (1939)  və  Böyük 
Vətən  müharibəsi  dövrü  Ukrayna  və      Krımda  döyüş  əməliyyatlarında  iştirak 
etmişdir. Onun əsirlik dövründə müqavimət hərəkatında iştirakı çox ağrılı və uzun 
olmuşdur: “Vətənlə yol” adlı povestində (Литературный Азербайджан, 1961, № 
9, s. 111-132), bu yolun  Almaniya-Fransa-Avstriya-Yuqoslaviya-İtaliyadan,  sonra 
isə Misir, İran və İraqdan keçdiyi nəql edilir. S.Vəliyev İtaliyada C.Qaribaldi adına 
partizan dəstəsində döyüşmüşdür. 
Polşada  müqavimət  hərəkatında  Zeynal  Zeynalov  və  Həsən  Novruzov 
(Rodan  şəhəri  yaxınlığında),  Yuqoslaviyada  Rza  Orucov,  Slavakiyada  Hümbət 
Namazov və digərləri geniş fəaliyyət göstərmişlər. 
Faşizmə  qarşı  ölüm-dirim  döyüşünə  Alman  faşizminin  yuvasında  - 
Buxenvald  ölüm  düşərgəsində  antifaşist  təşkilatına  rəhbərlik  etmiş  Əkbər 
Ağayevin qəhrəmanlığı xüsusi əhəmiyyət kəsb edir və bu haqda geniş yazılmışdır. 
Hazırda  ömür  sürən  iki  antifaşist-partizan,  İtaliyada  müqavimət  hərəkatı 
iştirakçısı haqqında bir qədər geniş: 
Məmməd  Səməd  oğlu  Bağırov  1920-ci  ildə  İsmayıllı  rayonunun  Basqal 
kəndində  doğulmuşdur:  II  dünya  müharibəsi  cəbhələrində  bu  qədim  kənddən  100 
nəfərdən çox döyüşçü həlak olmuşdur. 
Məmməd  Bağırov  1944-cü  ilin  sentyabrında  İtaliyada  Umberto  Fantaççi 
adına  beynəlmiləl  partizan  dəstəsi  tərkibində  faşizmə  qarşı  mübarizə  aparmışdır. 
Həmin  dəstədə  20  millətin  nümayəndəsi  mübarizə  aparırdı  və  onlar  İtaliyanın 
Piston  şəhərini  faşistlərdən  azad  etmişdi.  Hazırda  leytenant  Məmməd  Bağırov  öz 
kəndində hərbi vətənpərvərlik fəaliyyəti istiqamətində geniş muzey təşkil etmişdir. 
O,  Cüzeppe  Qaribaldi  adına  qızıl  medalla  təltif  edilmişdir,  İtaliya  partizanları 
Assosiasiyasının fəxri üzvüdür, İtaliya hökumətinin bir neçə yüksək mükafatlarına 
layiq görülmüşdür. 
Tahir  Ġsayev  Qazax  rayonunda  Şıxlı  kəndində  1922-ci  ildə  dünyaya  göz 
açmışdır.  Müharibə  cəbhəsində  Mazdokun  altındakı  ağır  döyüşlərdə  yaralanaraq 
əsir  düşmüş  və  Avstriyadakı  əsir  düşərgəsindən  böyük  əziyyətlərlə  İtaliyaya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə