Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


ƏLĠYEV ġəmsulla Feyzulla oğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

69 
 
 
ƏLĠYEV ġəmsulla Feyzulla oğlu 
(1916-1943) 
 
Dərbənd şəhərində dünyaya göz açmış və Almaniya faşizmi ordusuna qarşı 
müharibənin fəal iştirakçısıdır.  
Batalyon  komandirinin  siyasi  hissə  üzrə  müavini  kapitan  Ş.Əliyev  Şimali 
Qafqazda, Taman və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir. 
Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cu atıcı diviziyanın tərkibində 
batalyon komandirinin siyasi hissə üzrə müavini idi. 1943-cü ilin noyabrında Kerç 
şəhərinin  girəcəyində,  iki  zavodun  ətrafında  gedən  döyüşlərdə  “İrəli,  Qafqazın 
qartalları!” çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə 
hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı. Belə ağır döyüşlərin biri 
də  noyabrın  19-da  oldu  və  kapitan  Ş.Əliyev  bu  döyüşdə  qəhrəmancasına  həlak 
oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir. 
 
ƏSƏDOV Gəray Lətif oğlu 
(1923-1944) 
 
Biləsuvar rayonunun Şahsevən kəndində dünyaya göz açmış və 1942-ci ildə 
hərbi  xidmətə  getmişdir.  Serjant  Gəray  Əsədov  27-ci  ordunun  tərkibində  məşhur 
Kursk  əməliyyatında  döyüşmüş;  Ukrayna,  Moldaviya  və  Rumıniyanın  azad 
edilməsində fəal iştirak etmişdir.  
Qvardiya  serjant  Gəray  Əsədov  Markita  şəhəri  (Rumıniya)  uğrunda 
döyüşdə  misilsiz  qəhrəmanlıq  göstərmişdir;  öz  bədəni  ilə  düşmənin  güclü  atəş 
nöqtəsini  susduraraq  əməliyyatın  uğurlu  olmasını  təmin  etmişdir,  Sovet  İttifaqı 
Qəhrəmanı  adı  ona  1945-ci  ilin  24  martında  verilmişdir.  Təhsil  aldığı  kənd 
məktəbinə və rayonun bir küçəsinə onun adı verilmişdir. 
 
ƏHMƏDOV Cəmil Məhəmməd oğlu 
(1924-1944) 
 
Cəbrayıl rayonunun mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduda 
xidmətə getmişdir. Hərbi məktəbdə təhsili leytenant rütbəsi ilə qurtardıqdan sonra 
Belorusiyanın  azad  edilməsi  üzrə  döyüşlərdə  fəal  iştirak  etmişdir.  Qvardiya 
leytenant C.Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya 
çayını  hamıdan  əvvəl  keçərək,  suyun  içində  döyüş  mövqeyini  digər  hissələrin 
gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet 
İttifaqı Qəhrəmanı adına təqdim edilmişdir.  


70 
 
Bundan  iki  ay  sonra  1944-cü  ilin  2  sentyabrında  Polşa  ərzisində  həlak 
olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbiristanlıqda dəfn edilmişdir. Sovet 
İttifaqı  Qəhrəmanı  fəxri  adı  isə  ona  1945-ci  ilin  24  martında  verilmişdir. 
Cəbrayıldakı məktəb və bir küçə onun adını daşıyır.  
 
ƏKBƏROV Qəzənfər Qulam oğlu 
(1917-1944) 
 
Naxçıvan Respublikasının indiki Babək rayonunun Cəhri kəndində dünyaya 
göz açmış və Naxçıvanda pedaqoji institutu bitirərək, məktəb direktoru işləmişdir. 
1941-ci ilin əvvəlində orduda xidmətə çağırılmış və həmin ilin avqustunda cəbhəyə 
göndərilmişdir.  
Baş  serjant  Q.Əkbərov  1944-cü  ilin  əvvəlində  2-ci  tank  ordusu  tərkibində 
Varşavanın azad edilməsi üzrə aparılan döyüşlərdə tank əleyhinə topçu bölməsinin 
komandiri  olmuş  və  avqustun  3-də  Varşavanın  şimali-şərqində  aparılan  ağır 
döyüşlərdə düşmənin tanklarından ikisini və çoxsaylı canlı qüvvəsini məhv etmiş, 
özü də həlak olmuşdur.  
Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 26 oktyabrında verilmişdir. Təhsil 
aldığı orta məktəbə onun adı verilmişdir. 
 
BAĞIROV Müseyib Bağır oğlu 
(1915-1981) 
Gəncə  şəhərində  dünyaya  göz  açmış,  Bakı  dənizçilik  texnikumunu 
qurtarmış (1933) və 1941-ci ildə orduda xidmətə getmişdir. Hərbi məktəbi 1943-cü 
ildə  bitirərək  4-cü  ordu  tərkibindəki  69-cu  qvardiya  atıcı  diviziyasında  bölmə 
komandiri olmuşdur.  
Qvardiya  baş  leytenant  M.Bağırov  Paltava  vilayətinin  Zenkov  şəhəri 
ətrafındakı  döyüşlərdə  şəxsi  qəhrəmanlıq  göstərmiş,  düşmən  səngərinə  birinci 
girərək  onlarla  faşisti  məhv  etmiş  və  ağır  yaralansa  da  döyüş  meydanını  tərk 
etməmişdir.    1944-cü  ilin  22  fevralında  ona  Sovet  İttifaqı  Qəhrəmanı  adı 
verilmişdir.  Kapitan  M.Bağırov  1945-ci  ilin  oktyabrında  hərbi  xidmətdən  tərxis 
edilərək Bakıda işləməyə başlamışdır. 
 
BAYRAMOV Ġsmayıl Xəlil oğlu 
(1900-1945) 
 
Stavropol  vilayətində  azərbaycanlı  ailəsində  dünyaya  göz  açmış  və 
doğulduğu  Dolinovka  kəndində  kolxoz  sədri  vəzifəsindən  1941-ci  ildə  orduda 
xidmətə çağırılmışdır. 


71 
 
I  Ukrayna  cəbhəsində  döyüşən  6-cı  ordunun  243-cü  atıcı  alayında  rotanın 
partiya təşkilatı katibi olmuşdur. 
Starşina  İsmayıl  Bayramov  1945-ci  ilin  əvvəlində  Polşa  ərazisindəki 
döyüşlər  zamanı  fevralın  10-da  Neymarkt  stansiyası  uğrunda  döyüşdə  rota 
döyüşçülərinin  hücumuna  başçılıq  etmiş  və  əlbəyaxa  vuruşda  fərqlənərək, 
batalyonun  hücumunun  qələbəsini  təmin  etmişdir.  Həmin  gün  düşmən 
mühasirəsinə  düşmüş  və  əsir  düşməmək  üçün  sonuncu  qranat  ilə  özünü  və 
ətrafındakı  faşistləri  məhv  etmişdir.  Sovet  İttifaqı  Qəhrəmanı  adı  1945-ci  ilin  10 
aprelində  verilmişdir.  Həlak  olduğu  yerdə  dəfn  edilmişdir.  Doğma  kəndindəki 
məktəb və bir neçə küçə onun adını daşıyır.  
 
BALANDĠN Vladimir Aleksandroviç 
(1923-1924) 
 
Vladimir  Balandin  Suraxanı  rayonunda  dünyaya  göz  açmışdır.    O,  gənc 
yaşlarında Bakının yaxınlığındakı Zabratda aeroklubda təlim keçirdi.  
1941-ci  ildə  qırıcı  təyyarəçilər  məktəbinə  daxil  olmuş  və  1942-ci  ildə 
cəbhəyə göndərilmişdir.  
Onun ilk döyüşü Minsk şəhəri səmasında oldu və bir döyüşdə düşmənin iki 
təyyarəsini məhv etdi.  
Leytenent V.Balandin 1943-cü ilin fevralında eskadrilya komandiri oldu və 
ən çətin döyüşlərdə şəxsi qəhrəmanlıq göstərirdi. 1944-cü ilin sonunda məhv etdiyi 
düşmən təyyarələrinin sayı 16-ya çatmışdı.  
Cəsur təyyarəçi Vladimir Balandinin düşmənlə son döyüşü 1944-cü ilin 30 
dekabrında oldu. Həmin günkü döyüşdə o, düşmənin iki təyyarəsini məhv etmişdi  
və təyyarəsində yanacaq qurtardığı üçün onu təyyarə meydanına istiqamətləndirdi. 
Cəbhə xəttini keçən kimi paraşutla tullandısa da, paraşut açılmadı və o həlak oldu.  
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 19 aprelində verilmişdir. 
 
VERDĠYEV Əvəz HəĢim oğlu 
(1916-1945) 
 
Bakının  ətrafında  olan  Bülbülə  kəndində  dünyaya  göz  açmış  və  1939-cu 
ildə orduda xidmətə çağırılmışdır. 1939-40-cı ildə Sovet-Finlandiya müharibəsində 
iştirak etmişdir.  
Əvəz  Verdiyev  Almaniya  faşizmi  ordusunun  SSRİ-yə  qarşı  müharibəyə 
başladığı gündən döyüşən orduda olmuşdur. Qvardiya baş serjant Ə.Verdiyev 3-cü 
tank  ordusunda  avtomatçılar  bölməsinin  komandiri  idi  və  o,  1944-cü  ilin  22 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə