72
iyulunda Lvov vilayətinin Kulikov şəhərciyinin azad edilməsində şəxsi
qəhrəmanlıq göstərərək, batalyonun uğurlu hücumunu təmin etmişdir.
1944-cü ilin 31 iyulundan 3 avqusta qədərki dövrdə Əvəz Verdiyevin
komandir olduğu avtomatçılar bölməsi Polşa ərazisində Visla çayını keçərək çayın
sol sahilindəki düşmən qüvvələrini məhv etmiş və öz ordu hissələrinin yeni
hücumu üçün şərait yaratmışdı. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 23
sentyabrında verilmişdir. Sonrakı döyüşlərin birində Əvəz Verdiyev ağır
yaralanmış və 1945-ci ilin mayın 1-də xəstəxanada dünyasını dəyişmiş və
Boleslavest şəhərində (Polşa) dəfn edilmişdir.
VƏZĠROV Aslan Fərhad oğlu
(1910-1989)
Bərdə rayonunun Zümürxan kəndində dünyaya göz açmış və 1928-ci ildə
hərbi xidmətə getmişdir. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş
və müharibə cəbhələrinə göndərilmişdir.
Qvardiya polkovnik Aslan Vəzirov 70-ci Ordunun tərkibində (II Belorus
cəbhəsi) – sapyor briqadasının komandiri idi. 1945-ci ilin 20 aprelində ordu
hissələrinin Oder çayını keçməsi əməliyyatına rəhbərlik edirdi. Bu əməliyyat
düşmənin güclü atəşi altında üç gün və gecə davam etdi və həmyerlimizin böyük
hərbi məharətini sübut etdi. Həmin əməliyyata rəhbərliyinə görə ona 1945-ci ilin
29 iyununda Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Müharibədən sonra A.Vəzirov uzun illər Ümumittifaq Müharibə Veteranları
Komitəsinin Bakı seksiyasına rəhbərlik etmiş, Azərbaycan Respublikası Ali
Sovetinin deputatı seçilmişdir.
Veteran polkovnik Aslan Vəzirov Dneprodjerjinsk və Mogilyov
şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüşdür. Veteran 8 orden və çoxsaylı
medallarla təltif edilmişdir.
ABRAMOV Vladimir Fyodoroviç
Bakıda 1921-ci ildə anadan olmuş Vladimir Abramov orduda xidmətə
Yeysk şəhərində hərbi dəniz idarəçiliyi məktəbində təhsil ilə başlamışdır.
Böyük Vətən müharibəsi başlandığı dövrdə o Tallində qırıcı təyyarə
dəstəsində xidmət edirdi. Onun ilk döyüşləri Lelinqrad və Baltika səmalarında
oldu.
1943-cü ilin may-iyun aylarında kapitan V.Abramov qırıcı təyyarələr
eskadrilyasının komandiri idi və hər gün 2-3 döyüşə rəhbərlik edirdi.
73
Müharibə illərində qvardiya kapitanı V.Abramov 600 dəfədən çox döyüş
uçuşu keçirmiş və 29 düşmən təyyarəsini məhv etmişdir (bunlardan beşini şəxsən,
qalanı birlikdə). Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı 1944-cü ilin 22 iyununda
verilmişdir.
60-cı illərdə o general-mayor hərbi rütbəsində idi və SSRİ Silahlı Qüvvələri
sistemində rəhbər vəzifədə çalışırdı.
VƏLĠYEV Mirzə Dövlət oğlu
(1923-1945)
Qusar rayonunun Yuxarı Leker kəndində dünyaya göz açmışdır. Cəbhəyə
könüllü getmişdir. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və
Ukrayna, Belorusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir.
Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan
torpağında olmuşdur. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz
hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar
göstərdilər. Döyüş meydanını tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi
heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün
qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli
avtomobilini nəhv etdisə də, özü də həlak oldu.
Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında
verilmişdir.
HÜSEYNZADƏ Mehdi Hənifə oğlu
(1918-1944)
Bakı şəhərində dünyaya göz açmış Mehdi Hüseynzadə 1941-ci ildə orduda
xidmətə çağırılmış və 223-cü Azərbaycan atıcı diviziyasının 1041-ci alayında
bölmə komandiri olmuşdur
42
. Leytenant M.Hüseynzadə 1942-ci ilin iyulunda
Stalinqrad ətrafındakı ağır döyüşlərdə iştirak etmiş və həmin ilin dekabrında
döyüşdə ağır yaralanaraq əsir düşmüşdü. Polşa, İtaliya və Yuqoslaviya hərbi əsir
düşərgələrində olmuş; Yuqoslaviyada əsirlərin qaçmasını təşkil etmək üçün gizli
təşkilat yaratmış və bir dəstə əsirlə 1944-cü ilin əvvəlində əsirlikdən qaçaraq
Yuqoslaviya partizanlarına qoşulmuşdur. Burada faşizmə qarşı mübarizədə faşist
zabiti formasında öz cəsurluğu və əfsanəvi qəhrəmanlığı ilə şöhrət qazanmışdır.
Onun bu qəhrəmanlığı “Uzaq sahillərdə” filmində (1958, İmran Qasımov və Həsən
Seyidbəyli) dolğun göstərilmişdir.
42
Bax: B.М.Mehdiyev. 223-я краснознаменная Белградская; Баку, 1993, стр. 272-273.