83
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1944-cü ilin 3 iyununda verilmişdir.
Müharibədən sonra Tovuz rayonunda müxtəlif vəzifələrdə işləmişdir.
MUSTAFAYEV Bəkir Dursun oğlu
(1898-1970)
Gürcüstanın Axaltsix rayonunun Qlazar kəndində anadan olmuş və 1941-ci
ilin avqustunda könüllü olaraq hərbi xidmətə getmişdir. 1942-ci ilin martında
Şimali Qafqazda döyüşən 56-cı Ordunun 164-cü atıcı alayının tərkibində döyüşə
başlayan qvardiyaçı əsgər Bəkir Mustafayev 1943-cü ilin noyabrında məşhur Kerç
əməliyyatında (Krım vilayəti) qəhrəmanlıq göstərmişdir. Noyabrın 3-də o,
düşmənin möhkəmləndirilmiş səngərinə birinci daxil olaraq onun 9 nəfər əsgərini
qranat və silah ilə məhv etmiş və
düĢmən pulemyotundan düĢmənə atəĢ
açmıĢdır. Bu döyüşdə yaralansa da döyüş yerindən çıxmamışdır.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1944-cü ilin 16 mayında verilmişdir.
Müharibə qurtardıqdan sonra Səmərqənddə (Özbəkistan) yaşamışdır və orada bir
küçəyə onun adı verilmişdir.
MUSTAFAYEV Xıdır Həsən oğlu
(1905-1975)
Gözəldərə kəndində (Ermənistan) dünyaya göz açmış və 1927-ci ildə hərbi
xidmətə çağırılmışdır. Motoatıcı batalyon komandiri rütbəsində cəbhələrdə döyüşə
1942-ci ilin sentyabrında başlamışdır. I Ukrayna cəbhəsində döyüşən 3-cü qvardiya
tank ordusunda batalyon komandiri olan mayor X.Mustafayevin batalyonu 1943-cü
ilin 7 noyabrında Kiyev vilayətində Fastov şəhərinə birinci olaraq daxil olmuş və
onu azad etməkdə həlledici rol oynamışdır.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1944-cü ilin 10 yanvarında verilmişdir.
Polkovnik X.Mustafayev 1954-cü ildə hərbi xidmətdən tərxis edilərək
Bakıda işləmişdir.
MƏHƏRRƏMOV Məhəmməd Əli oğlu
(1919-1977)
Qasım İsmayılov rayonunun (indiki Goranboy) Qarasuçu kəndində dünyaya
göz açmış və 1939-cu ildə hərbi xidmətə çağırılmışdır.
Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında
bölmə komandiri vəzifəsində başlamışdır.