19
“Anna” ordeninin üç dərəcəsi, “Stanislav” ordeninin iki dərəcəsi ilə
mükafatlandırılmışdır.
I dünya müharibəsi qurtardıqdan sonra C.Naxçıvanski komandiri olduğu
süvari alayı ilə Azərbaycana qayıtmış və alay Şuşa şəhərində yerləşdirilmişdi.
Burada o, daşnaklara qarşı hərbi əməliyyatlarda da iştirak etmişdir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları
şurasının sədri N.Nərimanov alay komandiri C.Naxçıvanskini milli ordunun
yaradılmasında iştirak etmək üçün Bakıya dəvət etdi. Onun komandir olduğu
süvari alayı da könüllü olaraq Sovet Ordusu tərəfinə keçmişdi. Az sonra
C.Naxçıvanski Azərbaycanda yaradılmış Birləşmiş Hərbi Komandirlər məktəbinin
rəisi təyin edilmişdi.
C.Naxçıvanski 1922-ci ilin əvvəlində yenicə yaradılmış Azərbaycan dağ-
atıcı diviziyasına (sonralar 77-ci milli atıcı diviziyası adlandı) komandir təyin
edildi.
1931-ci ildə C.Naxçıvanski M.V.Frunze adına məşhur Hərbi Akademiyada
(Moskva) təhsilini qurtararaq, oradaca müəllim saxlanılmışdı.
Cəmşid Naxçıvanskinin qardaşları Davud və Kəlbalı Naxçıvanskilər
Azərbaycan Sovetləşəndən sonra rəsmi icazə ilə İrana gedərək şah ordusunda
xidmətə girmişdilər və 1934-cü ildə onların hər ikisi İranda edam edilmişdi. Dörd
il sonra belə cəza Cəmşiddən də yan keçmədi və 1938-ci ildə o, “xalq düşməni”
kimi həbs edilərək, güllələndi. Görünür, onun da güllələnməsi üçün əsas bəhanə
qardaşlarının İranda şah ordusunda xidmət etməsi olmuşdur.
General-mayor
XOSROV BƏY SULTANOV
(1879-1947)
Xosrov Paşabəy oğlu Sultanov Zəngəzur mahalının Gürdhacılı kəndində
dünyaya göz açmış və Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada tibb təhsili
almışdır.
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından
Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26
nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün
təşkil edilmiş birinci hökuməti kabinetində X.Sultanov Hərbi Nazir təyin edilmişdi.
X.Sultanov Zaqafqaziya Seyminin və Azərbaycan parlamanının üzvü olmuşdur.
X.Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin
edilmişdi. Az sonra həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa
yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdi. X.Sultanovun başçılığı ilə daşnak
20
generalı Dronun hərbi dəstələri mayın 30-da darmadağın edildi və Azərbaycan
silahlı dəstələri Xankəndi və Şuşaya daxil oldular.
1923-cü ildə general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü
başlandı. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşadı,
Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir.
Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov,
Trabzonda məskunlaşır, sonra isə 1941-45-ci illər müharibəsi dövrü əsir düşmüş
azərbaycanlı əsgərlərin Almaniyadakı düşərgələrindən Türkiyəyə gətirilərək, xilas
edilməsinə kömək etmişdir. Fəaliyyətinin son dövrü haqqında məlumat azdır.
Cəsur sərkərdə CAVAD XAN
(1748-1804)
Cavad Şahverdi xan oğlu Gəncədə dünyaya göz açmışdır. Sonralar o, 19 il
(1785-1804) Azərbaycanın qədim şəhəri Gəncənin xanı olmuş, vətənpərvər, mərd
və cəsur sərkərdə kimi tanınmışdır. Onun şəxsi möhürünün üstündə bu sözlər
yazılmışdır: “Düşmənə amansız, dostunun əhdini qırmayan Cavad xan”.
Cavad xanın xanlığı dövrü Rusiya çarı I Aleksandr Qafqazı tamamilə ələ
keçirmək siyasətini mərhələ-mərhələ həyata keçirirdi və bu müstəmləkəçilik
siyasətinin növbəti mərhələsi 1801-1804-cü illərdə Gəncə xanlığını böyük ordu
qüvvəsi ilə zəbt etmək əməliyyatı oldu. Bu qanlı əməliyyata Rusiya çarizminin
cəlladlarından biri olan Qafqazın valisi knyaz Pavel Sisianov başçılıq etmişdir.
General-mayor Lazarov (Lazaryan) 1803-cü ilin yanvarında knyaz
P.Sisianova yazılı bildirmişdi ki, o, Gəncəyə hücum etdikdə ermənilər ona kömək
edəcəklər. Sisianov əməliyyatı dinc yolla həll etmək üçün Cavad xandan oğlu
Uğurlu ağanı Tiflisə əmanət kimi göndərməyi tələb etdi. Cavad xan bu təklifi rədd
etdi və Gəncənin mühasirəsi başlandı. Sisianovun şəhəri təhvil verməsi tələbinə
Cavad xan 1803-cü ilin 28 dekabrında belə cavab yazdı: “... Xam xəyalından əl
çək. Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsən...”. Bir aylıq vuruşun
nəticəsində şəhərin müdafiəçilərinin silahı və ərzağı tükənmişdi, şəhərə gələn su
xətti də kəsilmişdi...
1804-cü ilin 3 yanvarı orucluq günü idi və həmin günü səhər erkən Sisianov
Gəncə qalasının zəbtinə top atəşləri ilə başladı. Dəfələrlə üstün hərbi qüvvəyə
malik olan düşmən qüvvələri nəhayət qala divarlarından içəri girə bildilər.
Əlbəyaxa qılınc vuruşunda Cavad xan və oğlu Hüseynqulu ağa da qətl edildilər
(Cavad xanı ruslar doğram-doğram doğradılar).
Cavad xanın arvadı Bəyimxanım ərinin və oğlunun parçalanmış meyitlərini
xəlvəti olaraq qala divarlarından aşağıya, məscid həyətinə endirtdi. Səhəri gün
21
Sisianov Bəyimxanımı çərkəzi paltarda, ərinin qılıncı əlində öz ərinin cəsədi
qarşısında gördü və qadının ağır zəhmi altında otağı tərk etdi.
Gəncə qalasının müdafiəçilərinin böyük itki verməsi səbəblərindən biri
ermənilərin xəyanəti olmuşdur.
Cavad xanın cəsurluğu və xalqımızın həmin dövrdə öz Vətənini müdafiə
əzmi haqda daha geniş məlumat almaq üçün bu kitabları oxumaq məsləhətdir:
Əhməd İsayev, Gəncə və gəncəlilər (Bakı, 1991), Nüşabə Məmmədova, Cavad
xan, (Gəncə, 1996).
I fəsil
II DÜNYA MÜHARĠBƏSĠNĠN BAġLANMASI
§ 1. Müharibənin mərhələləri
Antanta İttifaqına daxil olan dövlətlərin I Dünya müharibəsində məğlub
olmuş Almaniyaya 1919-cu ildə qəbul etdirdikləri Versal sülh müqaviləsinin
şərtləri Almaniyanın yenidən silahlanmasının qarşısını ala bilmədi. Az sonra
Almaniya öz hərbi maşınını gücləndirməyə başladı. Qərb ölkələrinin (ilk növbədə
İngiltərə və Fransa) dövlət başçıları Almaniyanın silahlanmasına saymazyana
yanaşaraq, onun hərbi qüvvəsini Şərqə, SSRİ-yə qarşı istiqamətləndirmək
siyasətini seçdilər.
Qərbin bu məkrli siyasətini Sovetlər İttifaqının rəhbəri İ.Stalin tez başa
düşdü və 1939-40-cı illərdə Pribaltikanı, Qərbi Ukrayna və Qərbi Belarusiyanı
SSRİ tərkibinə birləşdirmək yolu ilə Sovet imperiyasının sərhədlərini qərb tərəfə
xeyli məsafədə genişləndirdi.
İkinci dünya müharibəsi 1939-cu ilin 1 sentyabrında faşist Almaniyasının
Polşaya hücumu ilə başlandı. Buna cavab olaraq Polşanın müstəqilliyi və ərazi
bütövlüyünə 1939-cu ilin 31 martında rəsmi sənədlə zəmanət vermiş İngiltərə və
Fransa hökumətləri sentyabrın 3-də Almaniyaya müharibə elan etdilər
7
. Beləliklə
birinсi və ikinci dünya müharibələri arasında bəşəriyyət yalnız 20 il nisbətən dinc
yaşaya bildi.
Sovet rəhbərliyi Qərbin SSRİ-yə qarşı istiqamətləndirdiyi faşist Almaniyası
ilə 1939-cu ilin avqustunda bir-birinə hücum etməmək haqqında saziş (pakt)
imzaladı.
7
A.Якобин, Второя Мировая война в хронике и документах.1939-1945; Дормштадт, 1961.
Dostları ilə paylaş: |