12
Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 1919-cu il dövlət büdcəsində
hərbi xərclər büdcənin 24 faizini təşkil edirdi və həmin il 25 min nəfərlik milli ordu
yaradılması nəzərdə tutulmuşdu.
Hərbi Nazir general S.Mehmandarov 1919-cu ilin 2 aprelində Nazirlər
Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik
olduğunu və bu qəhrəmanlıqlar tariximiz əsasında ordumuzun şəxsi heyətinin milli
vətənpərvərlik ruhunda tərbiyəsinə başlanmasının vacibliyini göstərərək yazırdı:
“...yüzillik rus hökmranlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır
ki, biz həmişə asılı vəziyyətdə olmamışıq”
4
.
1919-cu ilin aprelində ingilis qoşun hissələri Zaqafqaziyadan geriyə
çəkilməyə başladı. Lakin eyni zamanda Azərbaycan üçün Şimaldan Denikinin 150
minlik könüllü ordusu tərəfindən təcavüz qorxusu (“Vahid və bölünməz Rusiya”
şüarı altında) reallaşmağa başlayırdı. Denikin Xəzər donanmasının bir hissəsini
zəbt etmişdi və bunu 1828-ci ildə tərtib edilmiş Türkmənçay müqaviləsi ilə
əsaslandırırdı. Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin buna cavab notasında
deyilirdi ki, Türkmənçay müqaviləsinə imza edən çar hökuməti yıxılmışdır və bu
müqavilə öz qüvvəsini itirmişdir. Denikinin Xəzər dənizinə şimaldan nəzarəti
Bakıdan Həştərxana satılmaq üçün neft ixracına mane olurdu.
Denikinin hərbi hissələri 1919-cu ilin yayında Dağıstana daxil olmuşdu.
1919-cu ilin avqustunda ingilis hərbi hissələrinin Azərbaycanı tamamilə tərk
etməsindən istifadə edən Denikin öz hərbi dəstələrinə Dərbənd istiqamətində
hücuma keçmək haqqında əmr verdi. Belə bir vəziyyətdə Azərbaycan parlamanı
fövqəladə iclasında Dövlət Müdafiə Komitəsi yaratdı və bütün idarəçiliyi Müdafiə
Komitəsinə verməyi qərara aldı; ölkədə müharibə vəziyyəti elan edildi; Samur çayı
hövzəsində müdafiə istehkamları yaradılmasına başlandı. Lazım gələrsə dövlət
idarələrinin Bakıdan Gəncəyə köçürülməsi müəyyənləşdirildi. Azərbaycan
ordusunda xidmət edən rus zabitlərinin xeyli hissəsinin Denikinə hüsn rəğbəti və
onun xeyrinə cəsusluğu aşkar edildi və onlar Azərbaycandan sürgün edildilər.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari
diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül
toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç
zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi.
1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə
çatdırılması planlaşdırıldı. Hərbi xidmətə 19-24 yaşlı müsəlman əhalisinə məxsus
gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12
hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Gəncədə
bir hərbi zavod işləməyə başlamışdı. Lakin eyni zamanda Azərbaycanın Avropa
4
Bax: Nəsib Nəsibzadə, Azərbaycan Demokratik Respublikası, Bakı, 1990, s.67.
13
ölkələrində silah alması da böyük çətinliklərə rast gəlirdi. Belə ki, Antanta ölkələri
Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrini bilərək, ona silah satmaq istəmirdi.
Ermənistana isə xristian nəvazişi ilə nə istəyirdisə verirdilər. Bütün bunlara
baxmayaraq Azərbaycan ordusu xeyli möhkəmləndi və yüksək intizamlı ordu
yaradılmışdı. 1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri
Skotland Liddel öz təəssüratlarında yazırdı: “Mənə deyirdilər ki, burada
qarışıqlıqla rastlaşacağam, amma heç bir qarışıqlıq görmədim... yol boyu biz
Azərbaycan ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl
gördüyüm əsgərlər deyildilər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar.
Azərbaycan ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan
dərk etdi ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz. Azərbaycanda dəmir
intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur”
5
Lakin əvvəllər Denikinlə ittifaqda olan daşnak Ermənistanı rəhbərliyi
Denikinin məğlubiyyətindən sonra Rusiya bolşevikləri ilə də əlaqədə idi və
Qarabağı zəbt etmək üçün bütün hazırlıq işini görmüşdü. Rusiyanın XI ordusu
Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdığı dövrdə (Azərbaycan Ordusunun əsas
qüvvələri Qarabağa göndərilmişdi) 1920-ci ilin Novruz bayramı günlərində
Ermənistanın daşnak hərbi hissələri Xankəndi qarnizonuna hücum etdi. Bu hücum
dəf edildikdən sonra onlar Qarabağa yeganə keçid olan Əsgəran qalasını ələ
keçirdilər və Xankəndində olan Azərbaycan ordu hissələrini mühasirəyə aldılar.
Belə bir vəziyyətdə Azərbaycan rəhbərliyi ölkənin Şimalında olan milli ordunun
böyük bir hissəsini general Həbib bəy Səlimovun komandanlığı altında Qarabağa
göndərməyə məcbur oldu. Azərbaycan ordusu daşnak ordusu hissələrini və
Qarabağın erməni qiyamçılarını darmadağın edərək aprelin 2-də yuxarı Qarabağı
düşməndən azad etdi.
Hərbi nazir general S.Mehmandarov bu qələbə münasibətilə Azərbaycan
əsgərlərinə müraciətində demişdi: “Qəhrəman əsgərlər. Mən şəxsən Almaniya
cəbhəsində bir çox müharibələrdə olmuşam, fəqət sizin qədər qəhrəmanlıq
göstərən əsgərlərə nadir halda təsadüf etmişəm. Siz mənim ümidlərimi
qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu mühafizə
etdiniz”.
Qarabağada istədiyinə nail olmayan Ermənistan hökuməti aprelin 26-da
(1920) barışıq xahiş etdi.
Lakin həmin vaxtda aprelin 26-dan 27-nə keçən gecə 72 min nəfərlik XI
Qırmızı Ordunun zirehli qatarları şimaldan Azərbaycan sərhədini keçərək Bakı
üzərinə hərəkət etməyə başladı. Bu hücum parlamana məlum ultimatumdan 12 saat
əvvəl başlamışdı.
5
Bax: Nəsib Nəsibzadə, Azərbaycan Demokratik Respublikası, s. 68-69.
Dostları ilə paylaş: |