9
rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini
müşahidə etmişdir.
Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım Qacar,
Əmənulla xan Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları
olmuşlar. General T. Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilə təltif
edilmişdir.
Azərbaycan generallarının fəaliyyəti üzrə araşdırmalarını uğurla davam
etdirən hərbi jurnalist və yazıçı Şəmistan Nəzirli 1999-cu ilin may ayında
Azərbaycan televiziyası ilə çıxışında Tbilisi arxivlərində Azərbaycan generalları
haqqında xeyli yeni materiallar əldə etdiyini bildirmişdir. O, eyni zamanda bildirdi
ki, əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7
general, Yadigarovlar nəslindən 4 general yetişmişdir
1
.
Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri
azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı Abşeron alayı,
Dağıstan alayı (№ 82), Samur alayı (№ 83), Şirvan alayı (№ 84), eləcə də Şamaxı
alayı (№ 205) və Səlyan alayı (№ 206) I dünya müharibəsi dövründə hərbi
əməliyyatlarda qismən iştirak etmişlər.
XIX əsrdə və XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla
görkəmli hərbi sərkərdələr yetişmişdir. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər
və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə
Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar
Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar. Döyüşdə cəngavər
olan xalqımızın gücündən Çar Rusiyası da özünə lazım olduqda bəhrələnmişdir.
Hərbi jurnalist Şəmistan Nəzirli “Azərbaycan generalları” kitabında göstərir
ki, Zaqafqaziya Rusiyaya birləşdirildikdən (1806-1810) sonra, 1829-cu ildə
Azərbaycanda beş süvari alayı yaradılmışdı: I alay - Qarabağlılardan, II alay -
Şirvanlılardan və Şəkililərdən, III alay – Gəncə, Qazax, Şəmsəddin və
Borçalılardan, IV alay – İrəvan azərbaycanlılarından, V alay - əsasən Kəngərli
nəslinin igidlərindən təşkil
edilmişdi
2
.
I dünya müharibəsi illərində Rusiya ordusu tərkibində 250-dən çox
azərbaycanlı zabit döyüşmüşdür. Rus ordusunda xidmət edən Azərbaycanlı poruçik
Fərrux ağa Qaibov 1916-cı ildə Vilno üzərində Almaniyaya məxsus 4 hərbi təyyarə
ilə təkbaşına 4 saat ərzində döyüşərək, onlardan 3-nü vurub yandırmış və özü də
həlak olmuşdur.
1
Azərbaycan generalları haqqında daha geniş məlumat üçün bax: Şəmistan Nəzirli, Azərbaycan
generalları, Bakı 1991; İsrafil İsmayılov, Dünya Azərbaycanlıları XX əsrdə, Bakı, 1997, səh. 172-174.
2
Ş.Nəzirli, Azərbaycan generalları, Bakı. 1991. s.5-6