16
Rusiyanın XI Ordusunun Azərbaycanda yerləşdirilməsi bu müstəqilliyi heçə
endirdi. Təkcə onu demək kifayətdir ki, XI Ordu 1920-ci ilin may ayının beş
günündə Gəncədə qanlı hərbi əməliyyatlar keçirərək, yerli əhalidən 23 min nəfəri
qətlə yetirmişdir.
Azərbaycan Respublikasının SSRİ tərkibində olduğu 1923-cü il yanvarın 1-
dən sonrakı ilk 17 ildə (yəni Böyük Vətən müharibəsinin başlanmasına qədərki
dövrdə) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri
mükəlləfiyyətə cəlb edilməklə yanaşı Azərbaycanda bir milli atıcı diviziya da var
idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və
1938-ci ilə qədər mövcud olmuşdur. 1924-1930-cu illərdə diviziyanın komandiri
Cəmşid Naxçıvanski (1895-1938) olmuşdur. Sovet Ordusunun təşkili ərazi
sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya
adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil
edilmişdi.
***
İkinci dünya müharibəsindən əvvəlki dövrdə yetişmiş və böyük hərbi
xidmət yolu keçmiş azərbaycanlı general və sərkərdələrdən bir neçəsi haqqında bir
qədər geniş:
General-polkovnik
SƏMƏD BƏY MEHMANDAROV
(1857-1931)
Lənkəranda dünyaya göz açmış və Bakıda gimnaziya təhsili almış Səməd
Sadıqbəy oğlu Mehmandarov Peterburqda artilleriya təmayüllü hərbi məktəbi
bitirmişdir. Rus-yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova
1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik
rütbəsinə bərabərdir.
I Dünya müharibəsi başlanarkən general S.Mehmandarov Varşava ətrafında
xidmət edirdi. Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində 4 alay var
idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan
alyı. Diviziya komandiri S.Mehmandarovun fitri istedadı nəticəsində Lodz
istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində
qələbə əldə edilmişdi. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci
diviziya 52-ci piyada diviziyası ilə birgə vuruşmuşdu və bu diviziyanın tərkibində
205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi.
17
1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi.
1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərə,
Fransa və Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilmişdi.
1917-ci ilin fevral inqilabından sonra S.Mehmandarov Rusiyada hərbi
xidmətdən çıxaraq Azərbaycana gəldi.
General S. Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökumətində
1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsində olmuş və müstəqil
Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu
ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir
S.Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökuməti başçısı Nəsib bəy
Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi hissələri
Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar.
Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya müharibəsi
illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan
hökumətindən xahiş etmişdi.
Müstəqil Azərbaycan dövlətinin ərazisi Rusiyanın XI Ordusu tərəfindən
zəbt edildikdən sonra S.Mehmandarov öz xalqının müqəddəratına biganə
olmayaraq, Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini
davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-
1928-ci illərdə müəllimlik etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci
dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: “Mehmandarov nadir
artilleriyaçıdır”.
General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda
hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən
tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
General-polkovnik S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən
bir olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç
ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.
General-leytenant
ƏLĠAĞA ġIXLĠNSKĠ
(1865-1943)
Azərbaycanın Qazax qəzasında dünyaya göz açmış Əliağa İsmayıl oğlu
Şıxlinski Peterburqda artilleriya məktəbini bitirdikdən sonra (1886) Rusiya-
Yaponiya müharibəsində (1904) iştirak etmiş və Port-Arturun müdafiəsində
igidliyinə görə Qızıl Qılıncla mükafatlandırılmışdı. Port-Arturun süqutundan sonra,
ayağından yaralı olan Ə.Şıxlinski 1905-ci ilin aprelində dəniz vasitəsilə xarici ölkə
18
gəmilərində Sinqapuru və Seylonu keçərək Hind okeanı, Aralıq dənizi və Qara
dəniz vasitəsilə Odessaya gəlmiş və məşhur kurort Yesentukidə (Həsən tiki)
müalicə olunmuşdur.
1912-ci ildə Ə.Şıxlinski general-mayor hərbi rütbəsi almışdır. Onun
artilleriya sahəsində yeni nəzəri müddəaları və ixtiraları dünya hərb elmində
“Şıxlinski üçbucağı” və “Şıxlinski formulu” adı ilə məşhurdur və dərsliklərə
“Artilleriya allahı”nın kəşfləri kimi daxil edilmişdir.
Birinci dünya müharibəsinin əvvəlində Petroqradın artilleriya müdafiəsi Ə.
Şıxlinskiyə tapşırılmışdı. 1915-1916-cı illərdə o, qərb cəbhəsi artilleriya qoşunları
rəisi, 1917-ci ilin sentyabrından isə Rusiyanın X Ordusunun komandanı olmuş və
general-leytenant rütbəsinə layiq görülmüşdür.
Hərbi xidmətlərinə görə general Ə.Şıxlinski Rusiyanın 11 ordeni və
Fransanın yüksək legion ordeni ilə təltif edilmişdi.
1921-ci ilin yayından general Ə.Şıxlinski Azərbaycan Sovet Respublikası
qoşunları qərargahında işləməyə başlamış, 1924-1928-ci illərdə Birləşmiş Hərbi
Komanda heyəti məktəbində rəis müavini işləmişdir. General Ə.Şıxlinski
Azərbaycan tarixində ilk dəfə olaraq “Rusca-azərbaycanca qısa hərbi lüğət” tərtib
etmiş və onu 1926-cı ildə nəşr etdirmişdir.
1929-cu ildə hərbi xidmətdən istefaya çıxmış general Ə.Şıxlinski hərbi-
publisist əsərlər yazmış, tərcüməçiliklə məşğul olmuş, Səməd Vurğun və Osman
Sarıvəllinin bir sıra şerlərini rus dilinə tərcümə etmişdir.
General-leytenant Ə.Şıxlinski haqqında məşhur filosof Heydər Hüseynov
1945-ci ildə geniş məqalə çap etdirmişdir. Sabir İbrahimovun “General
Ə.Şıxlinski” adlı monoqrafiyası və yazıçı Qılman İlkinin “General” adlı povesti
(1975) Ə.Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Generalın özünün
“Xatirələrim” kitabı ilk dəfə 1944-cü ildə nəşr olunmuşdur.
General
CƏMġĠD NAXÇIVANSKĠ
(1895-1938)
Atası Gəngərli nəslindən olan Cəfər xan rus ordusunun zabiti idi və oğlu
Cəmşidi Tiflisdəki yunkerlər məktəbində təhsilə qoymuşdu. Gənc Cəmşid 1914-cü
ildə podporuçik rütbəsi ilə qvardiya məktəbini bitirmişdi.
Birinci dünya müharibəsi illərində tatar (azərbaycanlı) süvari eskadronu
komandiri C.Naxçıvanski general Brusilovun adı ilə bağlı olan düşmən
“Cəbhəsinin yarılması” adlı məşhur əməliyyatında fəal iştirak etmiş və buna görə
də “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif edilmişdi. O, eyni
zamanda Avstriya və Rumıniya cəbhələrində döyüşərək, üç dəfə yaralanmış və
Dostları ilə paylaş: |