296
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Azərbaycan!
Köksümdə arzuların Xəzəri!
Mənim gözümün zəri,
ürəyimin atəşi,
Gecəmgündüzüm, yuxum!
Həyəcanım və qorxum!
Məhəbbətim, nifrətim!
Görünməz yarasından
Araz uzunluğunda qan axsa da,
sarğısı açılmayan Vətənim!
Hələ mərdi namərddən
seçilməyən Vətənim!
Azərbaycan! Od yurdugündoğanın gövhəri.
Yüz min sözün içində
dilimizin əzbəri.
Hələ atıb tutacaq
zaman bu kəlmələri,
haman bu kəlmələrin
vəznini bilmək üçün.
Siqlətini, ruhunu,
məğzini bilmək üçün.
Sözün də mərdlər kimi müqavimət gücü var.
İşsizəməlsiz sözü
Məhv edir qasırğalar,
toztorpağa döndərir.
Qoşur əsən yellərə,
muzeylərə göndərir.
Ərdəbilim, Təbrizim!
Söylə, qara yelləri
Yara biləcəkmisən?
Tufanlar qarşısında
bu sal qayalar kimi
dura biləcəkmisən?
Deyirlər, səndə Tomris,
səndə Babək əzmi var.
Yetəcəkmi dadına
uzaqdakı qartallar?
297
Onların mərd ruhunu
tarixin caynağından qapa biləcəkmisən?
Milyonmilyon ürəyin
vahidləşən nəbzini
bükülməz biləyində
tapa biləcəkmisən?
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
Bu fikirlər içində
gedirəm yavaşyavaş.
Sanki ürəyimdədir
ovcumda sıxdığım daş.
1979
TƏBRİZLİ ŞAİRİN DÜŞÜNCƏLƏRİ
Hamı yuxuya getmiş, oyaq qalan tək mənəm.
Gəzinirəm otaqda addımımı sayaraq.
Əlli beş illik ömür gəldi, keçdi biqərar.
Bəs bu vaxtda neylədi bu addımlar, bu qollar?
Əllərimə baxıram... bir az arıq, bir az cod.
Nazik budaqlar kimi şaxəli damarların
Üstü bir az göyümtül, içərisi hələ od!
Nə iş gördü, neylədi? Şeir yazdı əllərim.
Bəs neçin azalmadı barı bircə damla da
Mənim dərya kədərim, mənim ümman dərdlərim?
Nə qədər hava uddum, bahar, ya qış havası.
Ən yaxşısı səngərin barıtlanmış havası!
Ən çətin gündə belə,
torpaq, ey ana torpaq,
Bizdən qızırqanmadın bağlarının ətrini.
Bütün nemətlərini, bütün sərvətlərini
Bəxş elədin bizə sən.
298
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Bəs səninçin neylədi bu addımlar, bu qollar?
Sənə gün ağladımı yetirdiyin oğullar?
Vaxt oldu dara düşdük, borana, qara düşdük.
İradəni gəmirən, dözümləri gövşəyən
Daş zindanlara düşdük.
Təslim olmadı ancaq içimizdəki vüqar!
Bildik ki, yer üzündə təkcə məhbəs dibi yox,
Savalan zirvəsi var, Səhənd ucalığı var!
1970
XƏZƏRDƏ GÜLÜSTAN
Cücərtilər, çiçəklər hasarsız dairədə,
Dörd tərəfdən dənizlə mavi mühasirədə.
Seyr elə gübrələnmiş səliqəli ləkləri,
Dəmir ayaqlar üstə möhkəm duran şəhəri.
Kişilər gəmilərin torpaq töküb küncünə,
Köhnə gəmi uzunsov, kiçik gülüstan olub.
Bu gülşənin yolunda tufan qopub, qan olub,
Qızılgüllər səpilib axırda su üzünə.
Sağda oranjeriya... al günəşli aynabənd,
Bağban açır üzümə qapıları taybatay.
Ağ çiçəkli maqnoli – gəlin, üzündə rübənd,
Naringilər, lumular sanki yerə düşmüş ay.
Burda rezin şlanqla axır səyyar bulaqlar,
Əfsanələr söyləyir çətin gələn bahardan.
Bürüyəcək Xəzəri Xəzər boyda laləzar,
Lalələr yanmayacaq bir də qəmdən, qubardan.
Əllərini sıxdığım bağbana göz qoyuram,
Təndir divarı kimi isti ovucları var.
299
Mənimkitək ağırdı işi bir az... duyuram,
Balasıdır elə bil qut bağlayan fidanlar.
Çəkilməyib heç zaman ağacların yanından,
Baxışıyla isidib hər üşüyən çiçəyi.
Şaxələrin şirəsi axıb keçir qanından,
Tunc alnında sındırıb ildırımı, küləyi.
Gileylənir: Bu yerdə çətin qalxır ağaclar,
Ancaq asan itirir öz tumurcuqlarını.
Qasırğaya, çovğuna məgər baxır ağaclar?
Tufanda da yetirir bəhrəsini, barını.
1986
LƏYAQƏT
Məni işə düzəldin, deyir tanış bir cavan
Ancaq bir az yaxşı iş... donluğu çox, yükü az.
Gözlərinin içinə baxdım, dedim astadan:
Neftçilər arasında sən deyən iş tapılmaz!
Gözlərinin içinə baxdım və anladım ki,
Gözdən, qulaqdan savay insanda bir də, bir də
Ləyaqət duyğusunun yetişməsi gərəkdir,
“Mən hər şeyə qadirəm!” deyən hissi gərəkdir.
Bunsuz gözlərin baxar, ancaq görə bilməzsən.
Bunsuz addım atarsan, gedə bilməzsən fəqət.
Ləyaqət duyğusudur insanı insan edən
Üç hecalıq söz deyil, qolqanaddır ləyaqət!
– Gedək, səni aparım bizim Neft daşlarına!
Orda öz ürəyincə istədiyin işi seç.
Pis bir sənət yoxdur heç... göz qoy yoldaşlarına,
İsnişərsən, duyarsan sən də həyatı tezgec.
300
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Yaxşı ki, sözə baxdı. Qoşuldu bir gün mənə.
Usta köməkçisi ol, dedim, burda hələlik.
Mənim qardaşım oğlu, göz qoy bizim mədənə,
Mədənin bel sütunu fəhləlikdi, fəhləlik.
Sən bu yolu keçməsən, gözü bağlı qalarsan,
Fəhləlik könlün, gözün açılması deməkdir.
Sən bu yolu keçməsən, qalxsan da, alçalarsan,
Əmək – iş, ləyaqətin tac olması deməkdir.
Sən şair də, nazir də ola bilərsən bir gün,
Fəhlə ola bilməsən, nazirliyin əbəsdir.
Söz ürək təndirində çörək kimi bişməsə,
Çörəkçilik etməsən, şairliyin əbəsdir.
Fəhlə yaradır, qurur... bu sözlərə fikir ver,
“Qurur” və “qürur” sözü əzəli qafiyədir.
Yaratmasan, qurmasan, qürurun olmaz sənin,
Qürursuz keçinənlər insan deyil, kölədir.
Bəs onda vəzifəsi, bağbağatı, maşını,
Mərmər imarətilə “Mənəm! Mənəm!” deyənlər?
“Mənəmmənəm!”lik hələ Mənlik duyğusu deyil,
Hər oxuyan, oxudan Molla Pənahdır məgər?
Sən fəhlə qürurunu ayır saxta qürurdan,
Qürur ipək qalstuk, göyçək natiqlik deyil.
Qürurlu ürəklərdə çaylar kimi vurur qan,
Qürurlu başları sən Elbrusdan uca bil!
Mənim canımciyərim, qardaşımın balası,
Sən duymazsan bu şeiri, fəhlə ola bilməsən.
Öz ruhudur insanın sarsılmayan qalası,
Kor qalarsan, qəlbindən işıq ala bilməsən.
1969
Dostları ilə paylaş: |