301
GÜLDƏSTƏ TOPLAYIRAM
“Şirvan çiçəkləri”nin müəllifi
şair Əhməd Cəmilə
Sanki qanadlıyam, uçub gəlirəm,
“Volqa” şose boyu süzür quş kimi.
Yerlərigöyləri qucub gəlirəm,
Yerlərəgöylərə vurulmuş kimi.
Əylə, qadan alım, maşını əylə,
Belə bağça olmaz, belə bağ olmaz.
Mən xəzanmı deyim bu gözəlliyə
Xəzandırsa, xəzan bu sayaq olmaz?!
Əhlihal oğlandır, arifdir şofer,
Əyləyir maşını, düşürük yerə.
Nə qədər gözəldir bu səma, bu yer,
Enirəm dərəyə, gül dərədərə.
Üzümdəngözümdən işıq tökülür,
Elə bil çiçək yox, fərəh yığıram.
Şəlalə sevincim daşıb tökülür,
Baxdıqca vurulur, bir də baxıram.
Sanki yolyamaca al günəş düşüb,
Bəlkə ağacları alışıb yanır.
Hər qızıl yarpağa bir atəş düşüb,
Şəfəqlər şəfəqə qarışıb yanır.
Böyürtkən kolları, qırğı caynaqlı,
İlişir, dolaşır ayaqlarıma.
Qırmızı salxımlar əli çıraqlı,
Bənzəyir gözəllik mayaklarına.
Yetişmiş, sulanmış dolğun gilələr
Allanıb, ballanıb qız dodağı tək,
302
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Gəlin, ay obalar, gəlin, ay ellər
Təbiət adlanan bu qızı öpək!
Mənim güldəstəmdə, baxın, nələr var:
Bu, palıd budağı, bu da qızıl gül.
Onlar mənim üçün Koroğlu, Nigar,
Onlar mənim üçün bir cüt saf könül.
Bu zoğal ağacı, bu sumaq kolu,
Hərəsi bir dərdin dərmanı güllər.
O batbat koludur, quruyub qolu,
Sağaldar, dişlərin ağrısa əgər.
Yalnız çiçək deyil dərdiyim mənim,
Gözümlə dərirəm şəfəqləri də.
Bahar təravətli çölüçəməni,
Qızıl bilərzikli üfüqləri də.
Gedirəm, qoynumda nəhəng bir çələng,
Hər gülün ruhu var, hər otun canı.
Sanki çələng deyil qucduğum bərkbərk,
Açıb qollarımı vəcdə gələrək,
Bağrıma basmışam Azərbaycanı!
1965
ƏNƏNƏ – GƏLƏNƏK
Biz gəldik bu axşam qəbir üstünə,
üzlər qəm rənginə boyanmış kimi.
Farağat çinarlar, telli söyüdlər
fəxri qarovulda dayanmış kimi.
Bürüdük məzarı üzük qaşı tək,
burda bir eloğlu, bir dost uyuyur.
303
Başı əmmaməli, əli təsbehli
mollamız üstündə Quran oxuyur.
On iki əsrdir gəlir bu adət,
fəryadlar içindən səssiz keçirik.
Molla surə açır ərəb dilində,
biz öz dilimizdə fikirləşirik.
On iki əsrdir köçür dünyadan
atamız, anamız, övladlarımız.
On iki əsrdir ölümüzlə bir
ölür ən qiymətli saatlarımız.
Sən bu saatları bir yerə topla,
ellərin sayına vurub hesabla,
illərin sayına vurub hesabla.
Onda bilərsən ki, əsr itirmişik.
neçin zaya çıxıb yüz diləyimiz.
Neçə dağ aşsaq da, bəlkə hələ də
İyirminci əsrə çatmamışıq biz.
Başımız üstündə meyvəli ağac.
bircə budağını əyə bilmədik.
Ən gərəkli gündə, qəbr üstündə də
ürək sözümüzü deyə bilmədik.
1970
ÜZ-ÜZƏ DURMUŞUQ
Fürsət axtarırsan, an gözləyirsən,
Elə bir girəvə gəzirsən ki, sən,
Zəhərli dişindən qılınc düzəldib
Soxasan köksümə düz qəbzəyəcən.
304
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Fürsət axtarıram, an gözləyirəm,
Elə bir girəvə gəzirəm ki mən,
Hörümçək torunu dartım, qopardım
Sənin o dolaşıq kirpiklərindən.
Fürsət axtarırsan, an gözləyirsən,
Elə bir girəvə gəzirsən ki, sən,
Başımdan basasan. Sümüklərimi
Nərdivan eyləyib hey yüksələsən.
Fürsət axtarıram, an gözləyirəm,
Elə bir girəvə gəzirəm ki, mən,
Sənə calaq vurum insaniyyəti,
İnsanlıq – xoşbəxtlik nədir, biləsən.
Üzüzə durmuşuq. Görək kim kimi?
Hədəf bir, məqsədlər başqadı lakin.
Mənim silahımdır sənə məhəbbət,
Sənin silahınsa yırtıcı bir kin.
1978
ŞAİR QƏHRƏMANLIĞI
Mikayıl Müşfiqin həm parlaq şəxsiyyətinə, həm də böyük
poeziyasına ayrıca məhəbbət bəsləyən, eyni zamanda mühüm partiya
işində çalışan Ayna xanım Sultanova 1937-ci ildə onu yaxınlaşan
qanlı fəlakətdən qurtarmaq üçün deyir: - Hüseyn Cavid onsuz da
əlimizdən gedib. Bəlkə ona qarşı bir şeir yazasan, səni bu yolla xilas
edək?! – Mən iki biləyimin dibindən kəsilməsinə razı olaram, ancaq
nur heykəlinə, ustadıma, Hüseyn Cavidə qarşı şeir yazmaram!
Sağ əlim yazsa, sol əlimlə onu baltalaram! – deyib Mikayıl Müşfiq.
Üzüzəmi gəldilər Müşfiqlə Ayna Sultan?
Yoxsa çatdı sifariş qanqırmızı stoldan?!
305
Ya bəlkə görüşdülər xəlvəti bir dalanda,
Dənizin yaxasında, ya bir köşkün dalında?
Bilmirəm bu dialoq harda, nə cür quruldu,
Bəlkə Ayna xanımın ala gözləri doldu.
Bəlkə hönkürtü saçdı, sözünü udauda,
Yatmış ikən oyanıq, oyaq ikən uyğuda.
Bilmirəm bu dialoq harda, nə cür quruldu,
Bircə budur bildiyim: dolmuş bahar buludu,
Zəif, zərif cismində dörd okean sükutu,
27 yaşlı gənc lapdan ildırım oldu.
Dimdik ayağa qalxdı dalğalı, gur saçları,
Barıt kibi qaraldı tutqun, çatıq qaşları.
Balaca, dar köksündə şəlalələr döyündü.
Uzun, çəlik qolları bir cüt qılınca döndü.
Nəsə qırdı, hayqırdı: Qıfıllı sərhədləri,
Haqq önünə çəkilmiş dəmirbeton sədləri.
Ən dərin quyularda dəfn edilmiş dərdləri,
Maskadan da eybəcər, donuq sirsifətləri.
Bir millətin boynuna ilgək kimi salınmış
Gizli cinayətləri, aşkar cinayətləri.
Qıvrılan qandalları, əjdaha zindanları,
Bu alınan, satılan ölümcül vicdanları
Silib süpürmək üçün mədəd, ey ulu Tanrı!
Yerdən, göydən bir qüdrət, hümmət, ey ulu Tanrı!
Mən Mikayıl Müşfiqəm, mən adicə bir şair.
Can istəsə verərdim... məndən fələk mürdəşir
Mənliyimi istəyir.
Dünyada hər xilqətin öz xülqü
1
, öz şakəri...
Gül paylayan bahardır, nur paylayan dan yeri.
Dağı, daşı göyərtmək selin, suyun qisməti.
Cürbəcür dona girmək buqələmun qisməti.
1988
1
Xülq –xasiyyət, təbiət
Dostları ilə paylaş: |