Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə39/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

202

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yalnız, yalnız bircə kəs

Tək insan keçə bilməz.

Həsrətdən giryan olub

Od tutan keçə bilməz.

Astaraya nəzər sal:

Şəhər iki bölünmüş.

Məhəllələr, küçələr,

İzlər iki bölünmüş.

Sahilin sahildən çoxmu fərqi var?

Bax gözün doyunca, könlün doyunca.

O tayda, bu tayda eyni ağaclar,

Ora da yoncadı, bura da yonca.

Üstə ot göyərmiş evlər görürəm,

Tale qapaz vurub sanki başına.

Hicran buludunun tökdüyü gürşad

Hopub torpağına, hopub daşına.

Çadralı, çadrasız qadınlar seyrək,

Qara buludların udduğu ay tək.

Haçan dağıdacaq o buludları

Qardaş gözlərindən saçılan şimşək?

Atalar görürəm, sözlü, fikirli...

Az qalır qışqırım: ­ Ata! – söyləyim.

Gedirlər... Əllərdə üçqanad yaba,

Öküz haylayan kim, ot daşıyan kim.

Hələ o balalar, gözəl balalar,

Onlar kirpiyilə od götürərlər.

Bu tayda məktəbin zəngi çalınar,

O tayda eşidib köks ötürərlər.




203

Astara çayında tor süzən zaman

O tayın, bu tayın balıqçıları,

Tor tora ilişir bəzən nagahan,

Bir də təzələnir könül qubarı.

Fəqət tələsmirlər toru açmağa,

Baxışlar danışır, gözlər öpüşür.

Elə də olur ki, bəzən bir balıq

O tordan sıçrayıb bu tora düşür.

Qonşuluq sayılır bizdə müqəddəs,

Qohumluq adəti möhkəm saxlanır.

Dünyadan köçəndə o tayda bir kəs,

Ona bu tayda da matəm saxlanır.

Sevdiyim bir şair gözəl deyib ki,

Çiynini əzsə də hicranın yükü,

Sərhəd bu torpağın üstündən keçir,

Altında vahiddir torpağın kökü.

1979

YURDUM, SƏNİN SAĞLIĞINA!

Bir məclisdə unuduldum,

Mey içdilər hər gələnin sağlığına,

Hər gedənin sağlığına.

Yaxasına qonduğumuz mavi gölün sağlığına,

Mey gətirən şux gözəlin sağlığına.

Güldandakı qızıl gülün sağlığına,

Xoş qədəmli ayın, ilin sağlığına!

Unuduldum. Nə tutuldum, nə pərt oldum.

Pıçıldadım öz­özümə: ­ Xəlil, sənin sağlığına!

Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!



204

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!

Qibtə etsin qoy dan yeri saçlarının təkəm­seyrək ağlığına,

Ey dost, sənin sağlığına!

Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,

Basılmadın. Sarsılmadın.

Heç bir zaman qoltuqlara qısılmadın.

Şax yeridin öz yolunla, düz yolunla!

Mən heyranam sənin qaya dözümünə, dağlığına.

Dodağıma sıxa­sıxa piyaləni,

İçirəm bu şəlaləni, könlüm, sənin sağlığına!

Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,

Heç bir zaman xəstələnməz,

Ruhu enməz, əhdə sadiq, beyni yanar, qəlbi qaynar

Bir oğul var – Xəlil, sənin sağlığına!

Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.

Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.

Sən elə bir yolçusan ki, məsləkindən dönməyin yox,

Tərif, çələng paylananda susmağın var, dinməyin yox.

Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,

Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!

Şeirimizin xoş taleyi, ağ baxtısan,

Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!

Heç bilmirəm əfv elərmi dostlar məni?

Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.

Elim – günüm, səsim – ünüm,

Bu qənd­şəkər piyaləni vurdum sənin sağlığına,

Öz sağlığım bəhanədir, yurdum, sənin sağlığına!

Türkan, 27 aprel 1979



205

KİŞİ BƏTNİ

İndi ən böyük mərəz –

Bu yırtıcı zümrədir, bu satqınlar ordusu!

Cəmiyyət dənizində kürül­kürül çoxalır

Yalan, riya kürüsü.

Bu dargözlər sürüsü, şərəfsizlər sürüsü!

Bunlar beş­altı deyil, on deyil, on beş deyil!

Bunlar bataqlıq ikən

Özünə gülşən deyir!

Təzyiqə, infarkta dözər ürəyim.

Açıq düşmənə də can vermərəm mən.

Siz məni qoruyun öz içimizdə

Maskalı dəyyusun təbəssümündən!

Çörək də tapılır, ət də, balıq da

Məhəbbət, səadət çəkilib ərşə.

Çoxdur məmləkətdə başı papaqlı,

Kişilik, dəyanət çəkilib ərşə.

Bağçalar, zəmilər od tutub yanır,

Göyərir rəzalət, bar verir rüşvət.

Sülənir hardasa namərd, kəmfürsət,

Dardadır cəsarət, çəkilib ərşə!

Arxlar daşla dolub, kəhrizlər bomboş,

Tüfeyli ortada meydan sulayır.

Qananlar qəlbinin yeyir qanını,

Qanmazın, alçağın qurdu ulayır.

Düşmən naşı deyil, seçir kütləri,

Xalqı öz əlilə susdurmaq üçün.

Çəkir vəzifəyə, dartır irəli,

Qəbrini özünə qazdırmaq üçün!



206

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Düşmən axmaq deyil... tanıyır, tapır

Diriykən ömrünü bitirmişləri.

Xalq üçün düşməndən daha qorxulu

Milli simasını itirmişləri!

Çin verir onlara! Hələ pul basır,

Bərkidir satqınlar şəbəkəsini.

Birinin döşündən medal da asır,

Ört­basdır edərək qan ləkəsini.

Ürəyim qışqırır! Ağlım deyir: ­ Sus!

Bu qədər soyğunçu, bu qədər casus,

Bu qədər acgödən, mədəni quldur

Bu qədər qəlbi kar, ürəyi çopur.

Bunca ikiüzlü, üçüzlü, hətta

Yüzsifət, minsifət varsa həyatda,

Demək, bu dağılmış dağılmalıdır!

Yeni bir cəmiyyət doğulmalıdır!

Sanki günəşi də oğurlayıblar,

Qaranlıq nə qədər qatıdır, sıxdır.

Bu çirkab içində təmiz yaşamaq

Bəlkə də ən böyük qəhrəmanlıqdır!

İşlər böylə getsə... böylə getməsin!

Getsə bu gedişi boğacağam mən.

Bütün Azərbaycan övladlarını

Öz kişi bətnimdən doğacağam mən.



23 ocaq 1991

HAÇAN XƏSTƏLƏNSƏM...

Haçan xəstələnsəm, haçan büdrəsəm,

Nə dərman yeyəcəm, nə də qüssə, qəm.

Atılıb Türkanda bir sal qayadan,




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə